Şahzadə Aləmşah

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şahzadə Aləmşah
Dəfn edildiyi Cem Sultan türbəsinin interyeri - Muradiyə külliyəsi, Bursa
Dəfn edildiyi Cem Sultan türbəsinin interyeri - Muradiyə külliyəsi, Bursa
Şəxsi məlumatlar
Doğum tarixi 1477
Doğum yeri Amasya sancaqbəyliyi, Osmanlı imperiyası
Vəfat tarixi avqust 1503
Vəfat yeri Manisa sancaqbəyliyi, Osmanlı imperiyası
Dəfn yeri Cem Sultan türbəsi, Bursa
Atası II Bəyazid
Anası Gülruh Xatun
Həyat yoldaşı Fərahşah Xatun
Uşaqları Şahzadə Osmanşah
Ayşə Sultan
Fatma Sultan

Şahzadə Aləmşah (1477, Amasya iliavqust 1503, Manisa ili) — 8-ci Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.[1][2][3]

Şahzadə Aləmşah 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Gülruh Xatundur. 1480-ci ildə babasının əmriylə İstanbula gətirilmiş, qardaşları Əhməd, Qorqud, MahmudSəlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə sünnət edilmişdir. 1490-cı ildə Mentəşə, 1502-ci ildə isə Manisa sanqcaqbəyliyinə təyin edildi. Bütün bu təyinatları boyunca anası Gülruh Xatun da onunla birlikdə vəzifə yerinə göndərilmişdir.

Gülruh Xatunun oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərir.

Qeyd edildiyi üzrə Şahzadə Aləmşah 1503-cü ildə anidən vəfat etdi. Cənazəsi Bursadakı Muradiyə külliyəsinə gətirilərək Cem Sultan türbəsinə, əmiləri Şahzadə MustafaCem Sultanın yanında dəfn edilmişdir.

  • Fərahşah xanım
  • Peirce, Leslie P. (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. ISBN 978-0-195-08677-5
  • Yardımcı, Ilhan (1976). Bursa tarihinden çizgiler ve Bursa evliyaları. Türdav Basım, Yayım. p. 49
  1. Doğan Yavaş, Muradiye KülliyesiTürk Diyanet Vakfı İslam Ansiklopedisi
  2. "II. Bayezid’in oğlu Âlemşah bir müddet Denizli çevresinde teşkil edilen sancağın başında bulunmuş, ancak bu durum kısa bir süre devam ettiği için kaynaklarda sancak hakkında ayrıntılı bilgi verilmemiştir." - İslam Ansiklopedisi, Denizli Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine
  3. "Muhtemelen on yaşlarında iken dedesi Fâtih Sultan Mehmed tarafından kardeşleri (Ahmed, Korkut, Mahmud, Âlemşah) ve amcası Cem’in oğlu Oğuz Han ile birlikte İstanbul’a çağrıldı. Dönemin tarihçilerinden Kemalpaşazâde’ye göre Fâtih torunlarına büyük ilgi gösterdi ve onları sünnet ettirdi."İslam Ansiklopedisi, I Selim Arxivləşdirilib 2019-02-23 at the Wayback Machine