Şahzadə Murad
Şahzadə Murad | |
---|---|
Osmanlıca:شہزادہ مراد | |
Doğum tarixi | |
Doğum yeri | Amasya, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Kaşan və ya İsfahan, Səfəvi imperiyası |
Atası | Şahzadə Əhməd |
Dini | İslam |
Şahzadə Murad (Osmanlıca:شہزادہ مراد; 1495, Amasya – 1519, İsfahan) — Osmanlı şahzadəsi, Şahzadə Əhmədin övladı. II Bəyazidin (1481–1512) ölümündən sonra Osmanlı taxtı uğrunda baş vermiş toqquşmalarda iştirak etmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Muradın atası Əhməd Osmanlı taxtının hüquqi varisi idi. Lakin taxt-tac uğrunda mübarizədə qardaşı Şahzadə Səlimə məğlub olmuş Əhməd Səfəvi hökmdarı I Şah İsmayıldan yardım almışdır.[1] Şahzadə Əhmədin Səlim tərəfindən öldürülməsindən sonra onun oğlu Murad Şah İsmayıldan yardım almağa və taxt iddiasını davam etdirməyə çalışmışdır.[1] Şah İsmayıl ondan istifadə eədərk Səlimə qarşı olan müxalifəti mobilizasiya etmək istəyirdi.[1] 1512-ci ildə Nurəli Xəlifənin Anadoluya doğru baş tutmuş böyük ölçülü yürüşündə Murad da ona qatılmış və hətta səfəvilərdən Qızılbaş börkü almışdır.[2][3] Səlimin xəfiyyələrinin ona verdiyi məlumata görə, Şah İsmayılın məqsədi Anadolunu ələ keçirmək və bəylərbəyilik kimi Murada vermək idi. Yerdə qalan torpaqlar isə qızılbaşlar tərəfindən idarə edilməli idi.[2] Hər bir halda, Qızılbaşların Murada verdikləri dəstək nəticəsiz qaldı və Murad Səfəvi sarayına sığınmağa məcbur oldu.
Muradln taxt-tac iddiası zamanı Şah İsmayılın onu dəstəkləməsi Sultan Səlim üçün əsas casus belli (savaş bəhanəsi) olmuş və Çaldıran döyüşü ilə nəticələnmişdir.[1]
O, Kaşanda[1] və ya İsfahanda[4] vəfat etmişdir.
Övladları
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- McCaffrey, Michael J. ČĀLDERĀN // Encyclopaedia Iranica, Vol. IV, Fasc. 6. 1990. 656–658.
- Savory, Roger; Karamustafa, Ahmet T. ESMĀʿĪL I ṢAFAWĪ // Encyclopaedia Iranica, Vol. VIII, Fasc. 6. 1998. 628–636.
- Savory, Roger. Iran Under the Safavids. Cambridge: Cambridge University Press. 2007. ISBN 978-0521042512.
- Faroqhi, Suraiya; Fleet, Kate, redaktorlar The Cambridge History of Turkey (Vol. 2): The Ottoman Empire as World Power, 1453-1603. Cambridge: Cambridge University Press. 2012. 1–723. ISBN 978-1316175545.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Savory, 2007. səh. 40
- ↑ 1 2 Faroqhi, Fleet, 2012
- ↑ McCaffrey, 1990. səh. 628-636
- ↑ Savory, Karamustafa, 1998. səh. 628-636
- ↑ 1 2 Yelçe, Nevin Zeynep. The Making of Sultan Süleyman: A Study of Process/es of Image-Making and Reputation Management. 2009. 48–49, 64–65.
- ↑ 1 2 Al-Tikriti, Nabil Sirri. Şehzade Korkud (ca. 1468-1513) and the Articulation of Early 16th Century Ottoman Religious Identity – Volume 1 and 2. 2004. 95, 316–17.
- ↑ Belgeler, Türk tarih belgeleri dergisi, Volumes 9-11. Türk Tarih Kurumu Basımevi. 1979. 49.