ZƏFƏR EPOPEYASI
Anar İsgəndərov,
T.e.d., professor.
Elnur Nəciyev,
AMEA Tarix İnstitunun doktorantı.
Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və
beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün
dünya tərəfindən tanınır. Ermənistanın Azərbaycan Respublikasına qarşı
təcavüzü nəticəsində 1990-cı illərin əvvəlində bizim ərazilərimizin təxminən 20
faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə
çevrildi. Xalqımız etnik təmizləməyə məruz qaldı. Bu problemin dinc yolla həlli
üçün Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi onun siyasi varisi
olan Azərbaycan Respublikası da ilk öncə danışıqlar yoluna baş vurdu. Lakin bu
danışıqlar zamanı böyük güc mərkəzlərinin hər cür diqqət və qayğısı ilə əhatə
olunan, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı və 7 rayonu işğal
edən Ermənistana nə bircə dəfə “işğalçısan” deyən oldu, nə də işğalçı
Ermənistanla işğala məruz qalan Azərbaycana fərq qoyuldu. Əksinə, hər dəfə
aralarına bərabərlik işarəsi yazmağa çalışıldı və yazıldı. Danışıqların səmərə
vermədiyinə görə bir çıxış yolu qalırdı: hərb yolu. Məhz hərb yolu ilə Zəfər
paradına aparan şərəfli bir tarix yazıldı. Elə bir tarix ki, bizə 1919-1920-ci
illərdə Qarabağ general-qubernatoru olmuş Xosrov Paşa bəy Sultanovun
daşnaklara verdiyi layiqli cavabı xatırlatdı və biz həmin tarixə bu dəfə
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə şahidlik etdik. Görəsən 1919-cu il yanvar ayının 15-də
general qubernator vəzifəsinə təyin edilən və fevral ayının 12-dən vəzifəsinin
icrasına başlayan Xosrov Paşa bəy Sultanovun hələ Cümhuriyyət dövründə
Qarabağ probleminin həll edilməsində xidməti nə idi? Məhz o, 1919-cu ilin 30
may tarixində erməni yaraqlıları üzərində Şuşa və Xankəndi zəfərini
qazanmışdır. Onun gördüyü işlərlər Erməni Milli Şurası üzvləri Azərbaycandan
çıxarılmış və artıq 1919-cu ilin yayında Qarabağda, Zəngəzurda və ermənilərin
ərazi iddiası irəli sürdüyü digər yerlərdə Azərbaycanın suveren hüquqları tam
bərpa edilmişdi. Bu uğurlar sadəcə hərb meydanında deyil, həm də diplomatiya
yolu ilə masa arxasında əldə edilmişdi. Cənab Ali Baş Komandanımızın
rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi, həmin müharibəyə qədər baş
verən Aprel döyüşləri (2016-cı il, 1-5 aprel), Günnüt zəfəri (2018-ci il, 20-27
may), Tovuz döyüşləri (2020-ci il, 12-23 iyul) və diplomatik cəbhədə görülən
işlər 101 il əvvəl qazanılan bu uğurun təkrarı idi. Lakin bu dəfə qazanılan qələbə
əvvəlki dövrlərdən fərqli olaraq daha əsaslı idi. Bu zəfəri daha möhkəm edən
Azərbaycan ordusunda, Azərbaycan diplomatiyasındakı nəzərəçarpacaq qədər
hiss olunan inkişaf idi. Dəyişməyən isə Azərbaycan xalqının iradəsi və vətən
eşqi idi. Bütövlükdə, Qarabağda qazanılan zəfəri 3 əsas məsələ üzərindən təhlil
etmək lazımdır:
1. Aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz döyüşlərində qazanılan
qələbənin əhəmiyyəti;
2. 44 günlük vətən müharibəsində ön və arxa cəbhədə görülən işlər;
3. Azərbaycan Resublikasının Prezidentinin Vətən müharibəsinin gedişində
diplomatiya sahəsində beynəlxalq ictimaiyyətə verdiyi dərs və istər ölkə
daxilində, istərsə də xaricdə yaşayan Azərbaycan xalqının nümayəndələrinin
Qararabağ məsələsində nümayiş etdirdiyi birlik.
Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsinə aparan yol Aprel
döyüşlərindən başlandı. Məhz 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı
Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən
hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç
bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun, azad
edəcək.1 Aprel döyüşləri və ya Dördgünlük müharibə 2016-cı ilin aprelin 1-dən
2-nə keçən gecə başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında
baş vermişdir. Bu döyüşlər əslində Ermənistan işğalçılarının növbəti dəfə
atəşkəsi pozmasına verilən cavab idi. Dördgünlük müharibə zamanı, Azərbaycan
Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə
təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan
məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə”
adlandırılan yüksəkliyə nəzarəti ələ keçirtmişdir. Döyüşlər nəticəsində,
Azərbaycan Silahlı qüvvələri Ağdərə-Madagiz (Suqovuşan) istiqamətində
yolların nəzarətdə saxlanılmasını təmin etmişdir. Hərbi əməliyyatlar zamanı
Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olmuş, 1 Mi-24
helikopteri vurulmuş və 1 tank mina partlayışı zamanı sıradan çıxmışdı.
Döyüşlərdə iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun
Komandir müavini Şükür Nəriman oğlu Həmidov, polkovnik-leytenant Xüsusi
Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev, mayor
Samid Gülağa oğlu İmanov prezident İlham Əliyevin sərəncamı ilə
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. 2 Döyüşlərdə ermənilərə
məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis
qurğuları məhv edilmiş, 320 erməni yaraqlısı öldürülmüş və 500 nəfərdən çoxu
isə yaralanmışdır.3 Hərbi əməliyyatların uzun çəkməsi Azərbaycan üçün zəfər
paradını bəlkə daha yaxın edərdi. Lakin buna imkan verilmədi və Ermənistanın
öz havadarları üzərinə qaçaraq yardım istəməsi, beynəlxalq təzyiq Azərbaycan
hökümətini silahlı həll yolunu bir qədər təxirə salmağa vadar etdi. 31 mart 2017Ali Baş Komandan İlham Əliyev tariximizə Qarabağın xilaskarı kimi daxil oldu. 24 dekabr,
2020-ci il. xalqqazeti.com/az/news/66752
2
“Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin sərəncamı. Bakı şəhəri, 19.04.2016. №1966 / e-qanun.az/framework/33692
3
Bünyatov, Ş.Y. 20 yanvar hadisəsi və aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu.
Bakı: “Zərdabi LTD” MMC, 2017, s. 43
1
ci ildə cənab İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü
ilə əlaqədar bir qrup hərbçilərlə keçirdiyi görüşdəki çıxışında da bu məqama
diqqəti yönəldərək belə demişdi: “Aprel döyüşləri zamanı onlar beynəlxalq
təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət etmişlər ki, döyüşlər tezliklə
dayandırılsın. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir.
Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk qrupunun həmsədr ölkələri
tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda
və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim
daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim
daxili işimizə qarışa bilməz.”4 Bütün bunlara baxmayaraq Aprel döyüşləri, həm
ordumuzun peşəkarlığını göstərdi, həm də təmas xəttini dəyişdirdi. Aprel
döyüşləri ermənilərin yaratdığı “güclü ordu” mifini, onun ideoloji əsaslarını
dağıtdı. Cənab prezidentin də ifadə etdiyi kimi “bu döyüşlər göstərdi ki, xarici
yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya
bilmir və bilməz”. 5 Dövlət başçısı təsadüfən demirdi ki, bütün bu uğurların
təməlində düşünülmüş siyasət dayanır. Ordu quruculuğu prosesi Azərbaycanda
ardıcıllıqla icra edilir. Həm təminat, təchizat, müasir texnikanın alınması, döyüş
qabiliyyətinin artırılması, eyni zamanda, bizim hərbi uğurlarımız siyasi uğurlarla
tamamlanır. Aprel döyüşlərində əldə edilən uğur Günnüt əməliyyatında da
davam etdirildi.
Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin mayında Günnüt zəfəri
qazanıldı. Əməliyyat zamanı Azərbaycan tərəfi bir şəhid (Azərbaycan Silahlı
Qüvvələrinin əsgəri Adil Tatarov) verdi. Əvəzində isə Əlahiddə Ümumqoşun
Ordunun əks-həmləsi nəticəsində “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi,
“Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edildi. Naxçıvan Muxtar
Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt
kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər
Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə, Əlahiddə Ümumqoşun
Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə
irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail
olundu. Azad edilən və dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən
Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti ordumuza İrəvanYeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı
verməsi idi. Həyata keçirilən əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın
cənubu və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral
yolun mühüm bir hissəsinin Əlahiddə Ümumqoşun Ordu bölmələrinin bir neçə
istiqamətdə tam vizual nəzarəti altına keçməsi mühüm hərbi üstünlük demək
İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup
hərbçilərlə görüş keçirib. 31 mart, 2017 // president.az/articles/23230
5
İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup
hərbçilərlə görüş keçirib. 31 mart, 2017 // https://president.az/articles/23230
4
idi.6 Əldə edilən bu üstünlüklər 2 il sonra Tovuz döyüşləri və ən nəhayət 44
günlük Vətən müharibəsi ilə mütləq nəticəsini verdi.
Ermənistan bütün bu dərslərdən nəticə çıxarmadı. Vətən müharibəsindən
əvvəl, iyul ayının 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz
rayonu istiqamətində erməni tərəfi növbəti dəfə təcavüzkar hərəkətə yol verdi.
Bu silahlı hücum təsadüfi bir hərbi insident olmayıb, Ermənistanın Azərbaycan
Respublikasına qarşı qanunsuz güc tətbiqinin növbəti açıq təzahürü kimi diqqət
çəkdi və ölkəmizin yeni ərazilərini zəbt etmək məqsədi daşıdı. Döyüşlərin
birinci günündə Ermənistan ordusu Azərbaycan–Ermənistan dövlət sərhədinin
Tovuz rayonu sahəsində və istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq
mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya qurğularından istifadə etməklə
həm mövqelərimizi atəşə tutdu, həm də hücuma keçməyə cəhd göstərdi. Lakin
görülən adekvat tədbirlər nəticəsində düşmənə ağır zərbə endirildi və işğalçı itki
verərək geri oturduldu. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun
mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Düşmən
hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq
Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar
Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçuları əsgər Elçin Mustafazadə, Nazim İsmayılov, Xəyyam Daşdəmirov,
çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov şəhid oldu. Bu, Azərbaycan
Ordusunun general və digər yüksək rütbəli zabitlərinin əsl vətənpərvərliyini,
cəbhənin ön xəttində döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetməsini bir daha
bütün dünyaya nümayiş etdirdi. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə
zəfər döyüşü kimi daxil oldu. Döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu
düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını
qətiyyətlə almaqda çətinlik çəkmir. 100-dən çox hərbçisi və onlarla hərbi
obyektləri məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta
səngərləri qoyub qaçdı. Təcavüzkar Ermənistan cəbhədəki ağır uğursuzluğunu
xalqdan gizlədərək, hərbi rəhbərliyin doğru olmayan məlumatlarını yaydılar.
Tovuz döyüşləri ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyinin yenidən
təcəssümünə çevrildi.7 Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə bərabər,
onun geosiyasi üstünlüyünü də açıq şəkildə göstərdi. Belə ki, Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir neçə üzvünün ölkəmizin haqlı
mövqeyini dəstəkləməsindən sonra Türkiyə, Pakistan, Ukrayna və hətta İtaliya
kimi ölkələr Azərbaycanın işğala məruz qaldığını bildirməklə kifayətlənmədilər,
eyni zamanda, ölkəmizə hər cür dəstək verə biləcəklərini bildirdilər. Məhz
ölkəmizə bu xarici dəstəkdən sonra Ermənistan cəmiyyətində ciddi xaos hiss
olunmağa başladı. Ermənistanın yüksək rütbəli zabiti Arkadi Ter-Tadevosyan
İrəvandakı "İmpuls 106.5 FM" radiosuna verdiyi müsahibəsində “Azərbaycan
Nəcəfov, N. Günnüt zəfəri. Azərbaycan ordusu qəzeti, 30 iyun, 2018, s. 7.
Bayramov, V. Tovuz döyüşləri – qəhrəmanlıq tariximizin şanlı səhifəsi. Xalq qəzeti, №144
(29686), 13 iyul, 2021, s. 7
6
7
Ordusu bu döyüşlərdə öz hədəfinə çatdı. Onlar Ermənistanın bəzi hərbi
obyektlərini darmadağın etməklə bərabər, həm də bizim əsas hərbi
obyektlərimizin bir çoxunun yerini təsbit etməklə gələcək döyüşlərdə böyük
üstünlüklər qazanmağı bacaracaqlar. Bu və ya digər ağır nəticələrə görə deyə
bilərəm ki, Tovuz döyüşlərində Ermənistan ordusu məğlub tərəfdir”, deyə açıq
şəkildə bəyan etdi. 8
Beləliklə, ordumuzun şanlı Aprel, Tovuz döyüşləri, uğurlu Günnüt
əməliyyatı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanmış olduğu
Böyük Zəfərin ilk işartıları oldu. Xüsusilə, Tovuz döyüşlərində şəhid olan
general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevə Azərbaycanın
Milli Qəhrəmanı adı verildi 9 və onlar gələcək Vətən müharibəsinin simvoluna
çevrildilər.
Düşmənin 2020-ci il sentyabrın 27-də baş verən növbəti təxribatı nəhayət
44 günlük Vətən müharibəsinin başlanması ilə nəticələndi. Saat 06:00
radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək
cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış
məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya
qurğularından intensiv atəşə tutdular. Nəticədə Tərtər rayonunun Qapanlı,
Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və
Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində mülki əhali
arasında həlak olan və yaralananlar oldu. Mülki infrastruktur obyektlərinə ciddi
ziyan dəydi. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Məhz bu iclasda
əks-hücum əməliyyatına başlanılması barədə qərar qəbul edildi. Həmin iclasda
çıxışı zamanı cənab prezident bildirdi ki, “əks-hücum əməliyyatında bizim
müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi
altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında
koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının
bundan sonra da uğurlu nəticələri olacaqdır.” 10 Bu çıxışdan da göründüyü
kimi budəfəki əks-hücum sadəcə düşmən təxribatına cavab vermək deyil,
problemi kökündən həll etmək məqsədi daşıyacaqdır. Bu iclasdakı çıxışda
Müdafiə Naziri Zakir Həsənovun bu sözləri fikrimizi bir daha təsdiq edir:
“Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı
həyata keçirib. Əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti
yarılmışdır... Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin
Bayramov, V. Tovuz döyüşləri – qəhrəmanlıq tariximizin şanlı səhifəsi. Xalq qəzeti, №144
(29686), 13 iyul, 2021, s. 7
9
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli
Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
Bakı şəhəri, 9 dekabr 2020-ci il. https://president.az/articles/48680
10
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. 27 sentyabr 2020 //
president.az/articles/40969
8
tam dərinliyində həyata keçirilir”. 11 Məhz bu iclasda ilk dəfə olaraq 7 kəndin Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz,
Qərvənd kəndlərinin azad edilməsi barədə məlumat verildi. Əldə edilən bu uğur
Dağlıq Qarabağ düyününün həll edilməyə doğru getdiyinin müjdəçisi oldu.
Yaxud da sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı
yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə
olunan hərbçilərlə görüşü zamanı belə demişdir: “Sentyabrın 27-də erməni
silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törədib. Mən onları
xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim. Bütün
beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə
hazırlaşır, Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq
ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi
səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə,
Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz
torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər
iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa,
Ermənistan peşman olacaq və sözümün üstündə dururam.”12 Vətən müharibəsi
zamanı baş verən qanlı döyüşlər Azərbaycan üçün həqiqət anı idi. Bu döyüşlər
zamanı kimin hansı tərəfdə yer alması bir daha aydın oldu. Cənab prezidentin də
qeyd etdiyi kimi, belə hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi
tərəflər öz sözünün arxasında durmadılar. Sözdə bir şey deyildi, əməldə isə
başqa. Vətən müharibəsi başlayan kimi Türkiyə, Pakistan, Əfqanıstan birmənalı
şəkildə Azərbaycanı dəstəklədi. Bu gün danışıqlarla məşğul olan beynəlxalq
format var. Əfsuslar olsun ki, bu format heç bir nəticə hasil etmədi. Ona görə
Vətən müharibəsi şəraitində dialoqa çağırışlar nəticə vermədi. Qısa müddətdə
problem tam şəkildə həllini tapmalı idi və buna Azərbaycan ordusunun müasir
silahlarla təchizatı, Azərbaycan xalqının uzun müddət gözlədiyi zəfər anına
inamı, bu zəfəri əldə etmək üçün arxa cəbhədə öz Ali Baş Komandanının
ətrafında birləşməsi tam imkan verirdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əkshücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd
işğaldan azad edildi. Cəbrayıl şəhəri (4 oktyabr) və rayonun 90 kəndi, Füzuli
şəhəri (17 oktyabr) və rayonun 53 kəndi, Zəngilan şəhəri (20 oktyabr), rayonun
Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut
qəsəbəsi (9 oktyabr) və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri (25
oktyabr) və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri (8
noyabr), Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. 27 sentyabr 2020 //
president.az/articles/40969
12
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə
görüşdə İlham Əliyevin nitqi. 30 sentyabr 2020 // president.az/articles/42108
11
istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt,
Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad edildi. 2020-ci il 10 noyabr
tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının
baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq
Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam
dayandırılması elan olundu. Bəyanata əsasən 2020-ci il noyabrın 15-dək
Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın
rayonu Azərbaycana qaytarılmalı idi. Noyabrın 20-də Ağdam rayonunun
Azərbaycana təhvil verilməsi ilə rayonun işğal edilmiş 73 faiz ərazisi azad
olundu. Kəlbəcər rayonu isə əldə olunan razılığa görə 10 gün gec, noyabrın 25də Azərbaycan təhvil verildi. Beləliklə ərazi baxımından respublikamızın ən
böyük rayonlarından biri, 147 yaşayış məntəqəsi olan Kəlbəcər rayonu
danışıqlar yolu ilə işğaldan azad edildi. Nəhayət 1 dekabr tarixində bir şəhər, bir
qəsəbə və 125 kəndi olan Laçın rayonu azad edildi.13 10 noyabr bəyanatına görə
Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının
1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd
avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirildi və
onun Qarabağda qalma müddəti 5 il müəyyən edildi. Əldə edilən razılığa görə
tərəflərdən hər hansı biri etiraz etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə
uzadılır. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə
Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının
inşası təmin ediləcəyi də bəyanatda öz əksini tapdı.14
Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 2907 hərbi qulluqçusu şəhid olmuş, 7 nəfər isə itkin düşmüşdür.15
Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən dekabrın 7-dək
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya
qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən
100 nəfər həlak olmuş, 416 nəfər isə xəsarət almışdır. Bundan başqa,
Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 4186
ev, 135 çoxmənzilli yaşayış binası və 548 mülki obyekt yararsız vəziyyətə
düşmüşdür. Qeyd edək ki, Vətən Müharibəsində rəşadətli Azərbaycan
Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən
beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə
konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik
Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc
əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən
İşğaldan azad olunan şəhər, qəsəbə və kəndlərimiz. 1 dekabr 2020 // mod.gov.az/az/news/
isgaldan-azad-olunan-seher-qesebe-ve-kendlerimiz-28583.html
14
İlham Əliyev xalqa müraciət edib. 10 noyabr, 2020-ci il // president.az/articles/45924 ;
Səlimbəyli, Ş. Azərbaycan tarixinin zəfər salnaməsi. Baki: Avropa, 2020, s. 505-506
15
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı. 14 iyul, 2021 // mod.
gov.az/az/news/veten-muharibesinde-sehid-olmus-herbi-qulluqcularin-siyahisi-36783.html
13
uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri
intensiv atəşə tutmuşdur.16
Ermənistan tərəfi müharibə zamanı 3363 hərbiçisinin öldüyünü təsdiq etsə
də, reallıqda bu rəqəmin daha çox olduğu bilinən həqiqətdir. 44 gün davam edən
müharibə nəticəsində Ermənistan 10 ədəd S-300 və onun taktiki-döyüş
vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd pilotsuz uçuş aparatı, 5 Su25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən
məhrum olub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi
əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd
Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib.
Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi
texnikasının dəyəri minimum qiymətləndirmə əsasında ən azı 3,8 milyard ABŞ
dolları dəyərindədir.17
44 günlük İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyev 30a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı
Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli
şəkildə, siyasi uzaqgörənliklə auditoriyanın diqqətinə çatdırdı. Məhz bu
müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.
Prezident İlham Əliyevin müsahibə verdiyi xarici KİV-in arasında
Rusiyanın “Rossiya-1, “Pervıy”, RBK televiziya kanalları, “Ria Novosti”,
“TASS” və “İnterfaks” agentlikləri, Türkiyənin “TRT Haber”, CNN-Türk,
“Haber Global”, “Haber Türk”, NTV, “A Haber” televiziyaları, Fransanın “Sky
News”, “France 24” televiziyaları, “Figaro” qəzeti, Almaniyanın ARD
televiziyası, Yaponiyanın “Nikkei” qəzeti, ABŞ-ın “Fox News” televiziyası,
İtaliyanın Rai-1 televiziyası və “La Repubblica” qəzeti, İspaniyanın EFE
informasiya agentliyi, habelə dünyada yüz milyonlarla izləyiciləri olan “ƏlCəzirə”, “Əl-Ərəbiyə”, “Euronews”, “CNN International”, “BBC News”
televiziya kanalları kimi tanınmış media orqanları var. Bəşər tarixinin son
onillikləri müharibələrlə doludur. Lakin heç bir dövlət başçısı həmin müharibə
zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Bu baxımdan
İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının
müraciət etməsi, ilk növbədə, Azərbaycan Prezidentinin nüfuzlu lider
olmasından, həm də Dağlıq Qarabağ probleminə olan diqqətin hansı səviyyədə
olmasından irəli gəlirdi.18 Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici
media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu müsahibələrin
əhəmiyyəti barədə belə qeyd etdi: “Müharibə vaxtı 44 gün ərzində mən 30-dan
artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı
Baş Prokurorluq: Ermənistanın təxribatları nəticəsində 100 mülki şəxs həlak olub, 416 nəfər
yaralanıb // xalqqazeti.com/az/news/65613
17
İkinci Qarabağ müharibəsi. Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı //
virtualkarabakh.az/az/post-item/52/2871/ikinci-qarabag-muharibesi.html
18
İnformasiya savaşının sərkərdəsi. 31.03.2021 / azerbaijan-news.az/posts/detail/informasiyasavasinin-serkerdesi-1617135993
16
çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq
istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər
edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi,
ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və
mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”.19
Müsahibələrin üç istiqamətdə qruplaşdırmaq olar: Qərb KİV-inə verilən
müsahibələr, Türkiyə televiziyalarına verilən müsahibələr, Rusiya KİV-inə
verilən müsahibələr. Aydın oldu ki, əksər Qərb KİV-nin əməkdaşları Prezident
İlham Əliyevə ünvanladıqları suallar zamanı erməni lobbisinin sifarişlərini
yerinə yetiriblər. Bəzi KİV-in suallarının tamamilə eyniyyət təşkil etməsi, bəzi
sualların daha çox ittihama bənzəməsi, bəzi suallardan düşmənin məğlubiyyət
ruhunun hiss olunması, bəzi suallarda Azərbaycana qarşı ənənəvi
qarayaxmaların yer alması göstərirdi ki, bu sualların sifarişləri dünya
erməniliyindən və erməni lobbisindən gəlir. 20 Məsələn, ABŞ-ın “Fox News”
televiziya kanalının əməkdaşının ilk suallarından biri belə idi: “Bir çox
məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində
Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə
var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin
Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar
verdiniz?”21 Eyni məzmunlu sualı Fransanın “Figaro” qəzeti də ünvanlamışdır.22
Yəni jurnalist aldığı təlimata uyğun olaraq sual vermədən birbaşa ittihama keçir
və məqsəd bu həssas və incə məsələdə “fürsət” tapıb Azərbaycanın İkinci
Qarabağ müharibəsində hücum edən tərəf olduğunu “dünyaya göstərməkdir”. 23
Amma İlham Əliyev tədbirli və hazırlıqlı siyasətçidir. Ona görə Prezident İlham
Əliyev hər dəfəsində bu tip suallara cavabının ilk cümləsində sentyabrın 27-də
döyüşlərə başlayan tərəfin Azərbaycan olmadığını və hücuma keçənin
Ermənistan olduğunu bildirirdi. Müsahibələrdə Qərb jurnalistləri ölkəmizi
dünyaya xristian dininin düşməni kimi tanıtmaq istəsələr də bu plan da iflasa
uğramışdı. Məsələn, “France 24” televiziya kanalının bu barədə “Bəs Dağlıq
Qarabağdakı kilsələrin bombardman edilməsi görüntüləri barədə nə deyə
bilərsiniz?”24 sualı məhz bu istiqamətdə edilmiş cəhd idi. Bu tip suallar dəfələrlə
oldu. Lakin Cənab İlham Əliyev bu suallara verdiyi cavabla dünya erməniliyinin
İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. 26 fevral,
2021 / president.az/articles/50738
20
İnformasiya savaşının sərkərdəsi. 31.03.2021 / azerbaijan-news.az/posts/detail/informasiyasavasinin-serkerdesi-1617135993
21
İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi. 25 oktyabr, 2020-ci il /
president.az/articles/44279
22
İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi. 24 oktyabr, 2020-ci il /
president.az/articles/44170
23
İnformasiya savaşının sərkərdəsi. 31.03.2021 / azerbaijan-news.az/posts/detail/informasiyasavasinin-serkerdesi-1617135993
24
İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib. 14 oktyabr, 2020-ci il /
president.az/articles/43037
19
Azərbaycan haqqında yaratmaq istədiyi “qeyri-sivil dövlət” təsəvvürü elə ilk
cəhddə iflasa uğratdı. Diqqəti Azərbaycandakı mövcud tolerantlığa və Bakıdakı
erməni kilsəsinə yönəldən ölkə başçısının “France 24” televiziya kanalına
cavabı da bu baxımdan çox kəsərli idi: “Siz yəqin ki, Bakının mərkəzində olan,
tərəfimizdən bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni
xalqının mirası kimi qoruyuruq. Biz bu kilsədə erməni dilində 5000-dən artıq
qədim kitab saxlayırıq. Lakin Ermənistan bizim məscidlərimizə nə edib? Onlar
Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar
nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz
saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir
edirlər”. Azərbaycana ünvanlanan başqa bir ittiham respublikamızın guya xarici
ölkələrdən muzdlu döyüşçüləri cəlb etməsi barədə idi. Bununla da məqsəd
Azərbaycanın terrorçu təşkilatlarla əməkdaşlıq etdiyini göstərmək idi. Bu
məsələni hətta Fransa Prezidenti E.Makron da iddia etmiş, lakin ortaya bir fakt
qoya bilməmişdi. Ümumiyyətlə, Fransa Prezidentinin hərbi əməliyyatların
başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin
nizamlanması prosesindəki beynəlxalq mandatına zidd olmaqla neytral
vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulması idi. Müharibə
günlərində dünya erməniliyini və erməni təəssübkeşlərini qorxudan başqa bir
məsələ Qarabağ ermənilərinin taleyi idi. Ona görə müharibənin ilk günündən
onlar Qarabağ ermənilərinin etnik təmizlənməyə məruz qalması barədə hayhəşir salmışdılar. Dünya erməniliyinin Azərbaycan barədə yanlış təşəvvür
yaratmaq cəhdi Prezident İlham Əliyevə ünvanlanan suallarda öz əksini tapdı. 25
Bütövlükdə Qərb KİV-lərin Ermənipərəst dairələrinin ruporu rolunu oynadıqları
Prezident İlham Əliyevlə müsahibələr zamanı da özünü göstərdi. Lakin İlham
Əliyev onların erməni maraqlarının tərənnümçüsü olan suallarının hər birinə son
dərəcə təmkinlə, soyuqqanlılıqla cavab verdi, məsələnin mahiyyətini səbrlə izah
etdi, zəruri sənədlərə və tarixi faktlara istinadən öz mövqeyini və dediklərinin
doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirdi. Bu müsahibələrdə bəzi Qərb
KİV-i tərəfindən yalnız erməni maraqlarının nəzərə alındığını göstərən başqa bir
məqam isə ondan ibarətdir ki, jurnalistlər Azərbaycanın beynəlxalq hüquqla
təsbit olunan mövqeləri, Ermənistanın müharibə cinayətləri barədə bir dəfə də
olsun sual ünvanlamadılar. Əvəzində isə hərbi təlimlərdən sonra Gəncədə qalmış
Türkiyənin F-16 hərbi təyyarələri, Azərbaycan Ordusunun hərbi əməliyyatlarda
hücum dronlarından istifadə etməsi Qərb KİV-nin suallarında yer alırdı.26
Qərb mətbuatından fərqli olaraq Azərbaycan Ordusunun qələbələri Türkiyə
KİV-in əsas mövzusu oldu. Azərbaycan Prezidentinin müsahibə verdiyi xarici
KİV-in 6-sı Türkiyəni təmsil edirdi. Bunlar “TRT Haber”, CNN-Türk, “Haber
Global”, “Haber Türk”, NTV və “A Haber” televiziya kanalları idi. Bu
İnformasiya savaşının sərkərdəsi. 31.03.2021 / azerbaijan-news.az/posts/detail/informasiyasavasinin-serkerdesi-1617135993
26
İnformasiya savaşının sərkərdəsi. 01.04.2021 / azerbaijan-news.az/posts/detail/informasiyasavasinin-serkerdesi-1617222888
25
televiziya kanallarının yalnız Türkiyədə deyil, Azərbaycan da daxil olmaqla
beynəlxalq miqyasda böyük auditoriyası vardır. Türk dünyasının öndərləri olan
Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün
“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları müharibənin
ilk günündən real həyatda bir daha öz təsdiqini tapdı. Qərb KİV-inin diqqət
yetirmək istəmədikləri məsələləri Türkiyə KİV-ləri gündəmə gətirdilər,
Ermənistanın müharibə cinayətlərini, beynəlxalq konvensiyalara zidd
davranışlarını beynəlxalq ictimaiyyətə çatdırdılar. Bunun səbəbi Türkiyə
mediasının yalnız Azərbaycanı dost və qardaş dövlət olaraq görməsi deyildi.
Bunun səbəbi Türkiyə televiziyalarının baş verənlərə obyektiv yanaşması idi. Bu
müsahibələrin vacib bir məqamı Türkiyənin Dağlıq Qarabağ probleminin
iştirakında rolu barədə oldu. 44 günlük müharibə isə göstərdi ki, Minsk qrupu
formatı öz missiyasını yerinə yetirə bilmək imkanlarından uzaqdır. Əvəzində isə
problemin həllinə dəstək vermək istəyən beynəlxalq ictimaiyyət tədricən bu
prosesdə Türkiyənin rolunu etiraf etməyə başladı. O cümlədən Rusiya da
Türkiyə faktorunu nəzərə aldı. 27
Azərbaycan dövlət başçısının Rusiya KİV-nə verilən müsahibələr də maraq
doğurur. Həmin müsahibələrlə Qarabağ həqiqətləri bir daha Rusiya ictimaisiyasi fikrinə təqdim olundu. Dövlət başçısının müsahibə verdiyi Rusiyanın
“Rossiya-1, “Pervıy”, RBK televiziya kanalları, “Ria Novosti”, “TASS” və
“İnterfaks” agentlikləri tək Rusiyada deyil, Müstəqil Dövlətlər Birliyi və Avropa
miqyasında tanınan media quruluşları və KİV-dir. Ümumiyyətlə, ötən il
sentyabrın 27-dən etibarən müharibə günlərində Rusiya telekanallarında efirə
gedən siyasi proqramların əsas mövzusu İkinci Qarabağ müharibəsi oldu. Lakin
Azərbaycan Prezidentinin Rusiya KİV-inə ayrı-ayrılıqda verdiyi müsahibələr
ermənilərin və ermənipərəst siyasətçilərin bütün iddia və arqumentlərini alt-üst
etdi. Elə buna görə də ermənilər rus ictimai fikrinə demək olar ki, təsir göstərə
bilmədilər. Rusiya televiziyalarında, rus media məkanında İkinci Qarabağ
müharibəsi ətrafında kifayət qədər çoxlu sayda informasiya dövriyyəyə
buraxıldı. Rusiya KİV-də erməni əsilli şəxslərin üstünlük təşkil etdiklərini
nəzərə alsaq həmin xəbərlərin hansı səpkidə olduğunu təsəvvür etmək çətin
deyil. Amma Rusiya KİV-in İlham Əliyevlə müsahibələrində hər şey fərqli idi.
İlk növbədə diqqəti o çəkirdi ki, İlham Əliyevdən müsahibə götürən KİV
orqanları erməni təəssübkeşliyindən uzaq idilər.
Beləliklə, döyüş meydanının qalibi olan Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyev informasiya savaşında da qalib oldu. Ən mühümü odur
ki, Azərbaycan Prezidenti həm də erməni təbliğatına düşmənin maraqlarını
müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vurdu. Bununla da həm
İnformasiya savaşının sərkərdəsi. 01.04.2021 / azerbaijan-news.az/posts/detail/informasiyasavasinin-serkerdesi-1617222888
27
Ermənistanın, həm dünya erməniliyinin, həm də erməni lobbisinin Azərbaycana
qarşı qərəzli informasiya mühiti yaratmaq xülyası iflasa uğradı.28
İkinci Qarabağ müharibəsində əldə edilən Zəfər dekabr ayının 10-da
keçirilən paradla əbədiləşdirildi. Məhz həmin tarixdə Bakının Azadlıq
meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi.
“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm
Qələbəyə həsr olunmuş Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi
texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə
sistemlərinin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı
Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi
qənimətlərin bir qismi də nümayiş etdirildi. 29 Zəfər paradında Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı bir daha bir
millət iki dövlət şüarınının parlaq nümunəsi oldu. Türkiyə Azərbaycanın
apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş,
bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Göstərilən
dəstəyin zirvəsi isə məhz Qarabağının mərkəzi Şuşa şəhərində tərəflər arasında
Şuşa bəyannaməsinin imzalanması oldu. Həqiqətən də 2021-ci il iyunun 15-də
tariximizdə ilk dəfə olaraq Azərbaycan liderinin xarici dövlətin başçısını
Qarabağda qarşılaması diplomatiya tariximizin zirvəsi oldu. Şuşada Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsinin imzalandı. Bu bəyannamə ilə Bakı və Ankara
hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi.
Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq
və müttəfiqliklə bağlıdır. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin
fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı
üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə,
Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan
qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq
təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım
göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən
müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə
ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və
idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. 30 Bu
müddəanın Bəyannamədə qeydə alınması bu gün Ermənistandakı revanşist
qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün çox
İnformasiya savaşının sərkərdəsi. 02.04.2021 / azerbaijan-news.az/posts/detail/informasiyasavasinin-serkerdesi-1617309175
29
İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbəyə
həsr olunmuş Zəfər paradında iştirak ediblər. 10 dekabr, 2020 / president.az/articles/48788
30
Şuşa Bəyannaməsinin TAM MƏTNİ 16 iyun, 2021-ci il //report.az/xarici-siyaset/susabeyannamesinin-tam-metni/
28
mühüm ismarıcdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın
ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş
verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırdı. Müqavilədə digər vacib məqamlardan biri
iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Azərbaycan və Türkiyə arasında
imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının
hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. 31 ATƏT-in
Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq
səfiri Metyu Brayzanın da ifadə etdiyi kimi Türkiyənin Azərbaycanla
Bəyannamə imzalaması NATO-nun Azərbaycanın təhlükəsizliyinə zəmanət
verdiyi mənasına gəlməsə də, bu ən azından, NATO-nun ikinci ən böyük
ordusuna sahib olan Türkiyənin Azərbaycanla əməkdaşlığa sadiq olduğunu
göstərir. Sözsüz ki, bu bəyannamənin ən mühüm tərəflərindən biri də atəşkəsə
nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi və Rusiya
Sülhməramlılarının Qarabağdakı fəaliyyəti ilə bağlıdır. Yanvar ayının 30-dan
Ağdamda Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlamışdır. Bu
bəyannamə ilə Qarabağda sülhməramlı kontigent saxlayan Rusiyanın əl-qolu
bağlanırdı. Yəni Ruslar Xankəndidə Azərbaycana qarşı hər-hansı təhdid
yaradacaqsa, qarşısında Türkiyəni görəcəkdir. Digər tərəfdən də bu bəyannamə
Rusiya sülhməramlılarının bölgədən çıxması və ermənilərin yaşaması üçün
ayrılan bölgələrdə Azərbaycan idarəçiliyinin bərpa edilməsinin başlanğıcı da
hesab oluna bilər. Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası
məsələsində artıq Türkiyə də tərəfdir. Bu o deməkdir ki, erməniləri Rusiya
himayə etdiyinə görə sərhəd məsələlərindəki problemlərin həllində Türkiyənin
də müzakirələrdə iştirakı qaçılmaz olacaqdır. Son olaraq da bu bəyannamə ilə
ermənilərin “status” arzuları birdəfəlik dəfn olundu, hətta “statusu” gələcəyə
saxlayan Rusiya belə buna nail ola bilməyəcəkdir.
Haqlı savaşımız zamanı Azərbaycan ordusu ilə bərabər dünyanın müxtəlif
ölkələrindəki azərbaycanlılar əlbir olaraq mübarizə apardılar. Daxildə düşmənin
canlı səddini yaran rəşadətli ordumuz kimi xaricdə diasporumuz dezinformasiya
mühasirəsindən məharətlə çıxa bildilər. Vətən müharibəsi dövründə insanlar
pandemiyadan da ehtiyat etmədən küçələrə axışaraq Azərbaycana və onun
qəhrəman ordusuna dəstəyini nümayiş etdirdi. Təkcə İsraildə sosial şəbəkələrdə
Azərbaycan diasporu nümayəndələrinin Azərbaycanın haqlı davasını əks etdirən
200-dən artıq məqaləsi dərc olundu. Sosial şəbəkələrdə çoxsaylı müzakirə və
müraciətlər yayımlandı. 32 44 günlük Vətən müharibəsi dövründə Prezidentin
xalqa 2020-ci il 27 sentyabr tarixli müraciətindən dərhal sonra noyabrın 10-dək
diaspor təşkilatlarımıza və xaricdə yaşayan həmvətənlərimizə Diasporlarla İş
Məmmədov Z. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti - Təhlil. 16 iyun, 2021-ci il //
apa.az/az/xeber/siyasi/susa-beyannamesinin-tarixi-ehemiyyeti-tehlil-648256
32
İsrailli politoloq: “Vətən müharibəsi Azərbaycan diasporunu birləşdirdi”. 22 dekabr, 2020ci il / apa.az/az/xeber/diaspor/Israilli-politoloq-Vtn-muharibsi-Azrbaycan-diasporunubirlsdirdi-620895
31
üzrə Dövlət komitəsi tərəfindən beş dəfə – 27 sentyabr, 4 oktyabr, 21 oktyabr, 7
noyabr və 10 noyabr tarixlərində müraciət ünvanlanmışdır. Mövcud vəziyyətlə
əlaqədar olaraq çevik fəaliyyətin təşkil edilməsi məqsədilə həftənin 7 günü 24
saat ərzində fəaliyyət göstərən “Qaynar xətt” istifadəyə verilmiş, növbəlilik
prinsipinə əsaslanan işçi qrup yaradılmış və tədbirlər planı hazırlanmışdır. Daha
sonra müxtəlif ölkə rəhbərlərinə, nazirlərə, ombudsmanlara, NATO-ya, ATƏTə, Qırmızı Xaç Komitəsinə, digər nəhəng təşkilatlara vaxtaşırı bəyanat, məktub,
müraciətlər göndərilirdi. Vətən müharibəsi ərzində 46 ölkədə fəaliyyət göstərən
və 26 ölkəni əhatə edən 12 Koordinasiya Şurasında təmsil olunan 126 təşkilat da
daxil olmaqla, 265 diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı
icmalar tərəfindən 23 dildə 383 müraciət qəbul edilib. Bütün bunlar müxtəlif
ölkə prezidentlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa
Şurası və s. təşkilatlara göndərilib. Həmçinin Avropa Parlamentinin üzvlərinə
775 bəyanat, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və
müraciətlər birbaşa göndərilib. Eyni zamanda, Ermənistanın təxribatları,
işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə 4700 məktub
elektron poçt vasitəsi ilə göndərilib. Yürüş-mitinq xarakterli tədbirlərə gəlincə,
36 xarici ölkədə 198 tədbir keçirilib. Bunlardan 111-i yürüş-mitinq olub.
Mütəmadi olaraq aksiyalar, dəyirmi masalar keçirilirdi. Xarici medialarda
məqalələr yayımlanırdı. Komitənin rəsmi internet saytında və sosial şəbəkə
səhifələrində Qarabağla bağlı yayımlanan xəbərlər yeddi minə yaxın media
mənbəyində yer aldı. Komitə və diaspor nümayəndələri tərəfindən 44 gün
ərzində haqlı mövqeyimizi əks etdirən 355 məqalə 43 ölkənin müxtəlif qəzet və
saytlarında 26 dildə yayımlandı. 55-dən çox qısa video hazırlanaraq sosial
şəbəkə üzərindən paylaşıldı. 60 ölkədən minlərlə soydaşımızın qatıldığı 300-dən
çox videokonfrans təşkil olundu. Göründüyü kimi, işğalçı Ermənistanın
sentyabrın 27-də başladığı müharibənin səbəbləri, qəhrəman ordumuzun haqq işi
uğrunda apardığı müharibədə qazandığı tarixi Qələbə ilə əlaqədar dünya
ictimaiyyəti diasporumuz tərəfindən mütəmadi olaraq məlumatlandırılmışdır. 33
Bütövlükdə, Vətən müharibəsində xalq qalib gəldi. Xalq bu müharibədə öz
başçısına – Prezidentinə, Ordusunun sərkərdəsinə inandı, onun və Vətən
torpaqları naminə çarpışan ordunun arxasında durdu, görülən koordinasiyalı və
səmərəli iş müharibədən zəfərlə çıxmağımızla nəticələndi. Biz şərəfli tarixi
adımızı - qalib xalq adımızı özümüzə qaytardıq! Azərbaycan xalqı bu günü 30
ilə yaxın müddət ərzində gözləyirdi, Ali Baş Komandanın “İrəli” əmrini
gözləyirdi. Vaxtında və düzgün atılan addımlar sayəsində xalq və rəhbərin
birləşərək yaratdığı dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi.
Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı
məğlub etdi. Ermənistan ordusu demək olar ki, məhv edildi. Artıq Qarabağ üçün
quruculuq dövrü başlanır. İnanırıq ki, Qarabağ əzəmətli görünüşünə yenidən
Hacıyev, V. Dünya azərbaycanlılarının bir bayraq altında fəaliyyəti prioritet vəzifəmizdir.
Xalq qəzeti, 19 yanvar, 2021. № 12, s. 10; 44 gündə diaspor nələr edib? 05.07.2021 /
https://axar.az/news/musahibe/570652.html
33
qovuşacaqdır. İndiyə qədər beynəlxalq ictimaiyyətin görməzdən gəldiyi bir
həqiqəti artıq bütün dünya görür və görəcəkdir: Qarabağ əbədi və əzəli
Azərbaycan torpağıdır! Qarabağ bizimdir!
İSTİFAFƏ EDİLMİŞ ƏDƏBİYYAT
1. “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin sərəncamı. Bakı şəhəri, 19.04.2016. №1966 /
e-qanun.az/framework/ 33692
2. Ali Baş Komandan İlham Əliyev tariximizə Qarabağın xilaskarı kimi
daxil oldu. 24 dekabr, 2020-ci il. xalqqazeti.com/az/news/66752
3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına
“Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 9 dekabr 2020-ci il.
president.az/articles/48680
4. Baş Prokurorluq: Ermənistanın təxribatları nəticəsində 100 mülki şəxs
həlak olub, 416 nəfər yaralanıb // xalqqazeti.com/az/news/65613
5. Bayramov, V. Tovuz döyüşləri – qəhrəmanlıq tariximizin şanlı səhifəsi.
Xalq qəzeti, 13 iyul, 2021. №144 (29686), s. 7.
6. Bünyatov, Ş.Y. 20 yanvar hadisəsi və aprel döyüşlərinin milli ruhumuzun
inkişafındakı rolu. Bakı: “Zərdabi LTD” MMC, 2017, 300 s.
7. Hacıyev, V. Dünya azərbaycanlılarının bir bayraq altında fəaliyyəti
prioritet vəzifəmizdir. Xalq qəzeti, 19 yanvar, 2021. № 12, s. 10.
8. İkinci Qarabağ müharibəsi. Vətən müharibəsi və ya "Dəmir Yumruq"
əməliyyatı // virtualkarabakh.az/az/post-item/52/2871/ikinci-qarabagmuharibesi.html
9. İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib. 14 oktyabr,
2020-ci il / president.az/articles/43037
10. İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə
əlaqədar bir qrup hərbçilərlə görüş keçirib. 31 mart, 2017 //
president.az/articles/23230
11. İlham Əliyev xalqa müraciət edib. 10 noyabr, 2020-ci il //
president.az/articles/45924
12. İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən
müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında iştirak ediblər. 10
dekabr, 2020 / president.az/articles/48788
13. İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı
keçirib. 26 fevral, 2021 / president.az/articles/50738
14. İlham Əliyevin ABŞ-ın “Fox News” televiziya kanalına müsahibəsi. 25
oktyabr, 2020-ci il / president.az/articles/44279
15. İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi. 24 oktyabr,
2020-ci il / president.az/articles/44170
16. İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. 27
sentyabr 2020 // president.az/articles/40969
17. İnformasiya savaşının sərkərdəsi. 31.03.2021 / https://www.azerbaijannews.az/posts/ detail/informasiya-savasinin-serkerdesi-1617135993
18. İnformasiya savaşının sərkərdəsi. 01.04.2021 / www.azerbaijan-news.az/
posts/detail/informasiya-savasinin-serkerdesi-1617222888
19. İnformasiya savaşının sərkərdəsi. 02.04.2021 / https://www.azerbaijannews.az/posts/detail/ informasiya-savasinin-serkerdesi-1617309175
20. İsrailli politoloq: “Vətən müharibəsi Azərbaycan diasporunu birləşdirdi”.
22 dekabr, 2020-ci il / apa.az/az/xeber/diaspor/Israilli-politoloq-Vtnmuharibsi-Azrbaycan-diasporunu-birlsdirdi-620895
21. İşğaldan azad olunan şəhər, qəsəbə və kəndlərimiz. 1 dekabr 2020 //
mod.gov.az/az/news/isgaldan-azad-olunan-seher-qesebe-ve-kendlerimiz28583.html
22. Məmmədov Z. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti - Təhlil. 16 iyun,
2021-ci il // apa.az/az/xeber/siyasi/susa-beyannamesinin-tarixi-ehemiyyeti
-tehlil-648256
23. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan
yaralı hərbçilərlə görüşdə İlham Əliyevin nitqi. 30 sentyabr 2020 //
president.az/articles/ 42108
24. Nəcəfov, N. Günnüt zəfəri. Azərbaycan ordusu qəzeti, 30 iyun, 2018, s. 7.
25. Səlimbəyli, Ş. Azərbaycan tarixinin zəfər salnaməsi. Baki: Avropa, 2020,
512 s.
26. Şuşa Bəyannaməsinin TAM MƏTNİ 16 iyun, 2021-ci il // report.az/
xarici-siyaset/susa-beyannamesinin-tam-metni/
27. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı. 14 iyul,
2021 // mod.gov.az/az/news/veten-muharibesinde-sehid-olmus-herbi-qul
luqcularin-siyahisi-36783.html
28. İnformasiya savaşının sərkərdəsi. 31.03.2021 / https://www.azerbaijannews.az/posts/ detail/informasiya-savasinin-serkerdesi-1617135993
29. 44 gündə diaspor nələr edib? 05.07.2021 / axar.az/news/musahibe/
570652.html