Zəngilanın azad edilməsi
Zəngilan döyüşü | |||
---|---|---|---|
İkinci Qarabağ müharibəsi | |||
| |||
Tarix | 18 oktyabr 2020—10 noyabr 2020 | ||
Yeri | Zəngilan rayonu, Azərbaycan | ||
Səbəbi | Zəngilan rayonunun işğaldan azad edilməsi | ||
Nəticəsi |
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Zəngilan döyüşü və ya Zəngilan uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Zəngilan rayonunun azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 18-də başladılan hərbi əməliyyatlar. Zəngilan döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı və qısa müddət ərzində Zəngilan şəhəri azad edildi.
Arxa plan
[redaktə | mənbəni redaktə et]Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı.
Döyüşlər
[redaktə | mənbəni redaktə et]Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi.
Nəticə
[redaktə | mənbəni redaktə et]Zəngilan döyüşü nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonunun 1 şəhəri, 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. İşğaldan azad edilən yaşayış məntəqələri:
- Şəhər: Zəngilan şəhəri (20.10);
- Qəsəbələr: Həkəri qəsəbəsi (20.10);[1] Mincivan qəsəbəsi (21.10);[2] Ağbənd qəsəbəsi (22.10);[3] Bartaz qəsəbəsi (09.11);[4]
- Kəndlər: Havalı, Məmmədbəyli, Muğanlı, Şərifan və Zərnəli (20.10);[1] Babaylı, Baharlı, Cahangirbəyli, Hacallı, İçəri Müşlan, Məlikli, Qıraq Müşlan, Sarıl, Turabad, Üçüncü Ağalı, Üdgün, Xumarlı və Xurama (21.10);[1] Bartaz, Çöpədərə, Dəlləkli, Əmirxanlı, Genlik, Kənd Zəngilan, Kolluqışlaq, Malatkeşin, Qaradərə, Qarqulu, Tatar, Tiri və Vəliqulubəyli (22.10);[3] Mirzəhəsənli və Vənədli (23.10);[5] Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd və Yenikənd (26.10);[6] Birinci Ağalı və İkinci Ağalı (28.10);[7] Aladin və Vecnəli (30.10);[8] Böyük Gilətağ və Dərə Gilətağ (02.11);[9] Məşədiismayıllı və Şəfibəyli (04.11);[10] Beşdəli (07.11);[11] İsgəndərbəyli, Qaragöz və Sobu (09.11);
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Xəbərlər şöbəsi. "Prezident: "Zəngilan şəhəri və rayonun 6 кəndi işğaldan azad edilib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 20.10.2020. İstifadə tarixi: 20.10.2020.
- ↑ Xəbərlər şöbəsi. "İlham Əliyev: "Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 кəndini işğaldan azad edib"". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 21.10.2020. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.10.2020.
- ↑ 1 2 Xəbərlər şöbəsi. "Zəngilanın daha 1 qəsəbəsi və 13 кəndi işğaldan azad edilib". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 22.10.2020. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.10.2020.
- ↑ "Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu daha 48 кəndi və 1 qəsəbəni işğaldan azad edib". www.mod.gov.az (Müdafiə Nazirliyi) (az.). 09.11.2020. 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.11.2020.
- ↑ Xəbərlər şöbəsi. "Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 кəndi işğaldan azad olunub". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 23.10.2020. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.10.2020.
- ↑ Xəbərlər şöbəsi. "Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş кəndlərinin adlarını açıqladı". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 26.10.2020. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.10.2020.
- ↑ Xəbərlər şöbəsi. "Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın, Qubadlının 3 кəndi işğaldan azad edildi". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 28.10.2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.10.2020.
- ↑ Xəbərlər şöbəsi. "Daha 9 кənd işğaldan azad edildi". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 30.10.2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.10.2020.
- ↑ Xəbərlər şöbəsi. "Daha 8 кənd işğaldan azad edildi". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 02.11.2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.11.2020.
- ↑ Xəbərlər şöbəsi. "Daha 7 кənd işğaldan azad edildi". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 04.11.2020. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.11.2020.
- ↑ Xəbərlər şöbəsi. "Füzulinin 6, Cəbrayılın 2, Qubadlının 3, Zəngilanın 1 кəndi işğaldan azad olunub". www.report.az ("Report" İnformasiya Agentliyi) (az.). 07.11.2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.11.2020.