Yuxarı Karvansara (Şəki)
Yuxarı Karvansara | |
---|---|
41°12′04″ şm. e. 47°11′37″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Aidiyyatı | Şəki xanlığı |
Tikilmə tarixi | XVIII-XIX əsrlər |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | otel kimi fəaliyyət göstərir |
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
Tipi | Mədəni |
Kriteriya | ii, v |
Təyin edilib | 2019 |
İstinad nöm. | 1549 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 332 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yuxarı Karvansara — qədim Şəki şəhəri ərazisində yerləşən karvansara.
Yerləşməsi
[redaktə | mənbəni redaktə et]Şəki şəhərinin Mirzə Fətəli Axundov küçəsində yerləşir.[1]
Gürcənçayın qövsvari sahilində bir sıra obyektlər- şəhərin biznes mərkəzi olan Yuxarı və Aşağı Karvansaralar yerləşir. Karvansaralar feodal Şərqin labüd hissəsi olub, bura gəlib-getmiş bütün tarixçi və səyyahlar həmişə Azərbaycan haqqında danışarkən karvansaralara ayrıca yer ayırmış, çox vaxt isə onları təsvir etmişlər.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ərazisində Böyük İpək Yolunun keçdiyi Azərbaycanın ən qədim sənətkarlıq, ipəkçilik və ticarət şəhəri olan Şəki karvan yolları vasitəsilə digər xanlıqların və bir çox xarici ölkələrin ticarət mərkəzlərini özündə birləşdirirdi. Əlbəttə ki, belə bir təbii-coğrafi və strateji şəraitə malik şəhərdə karvansaraların olmaması mümkün deyildir.
XVIII–XIX əsrlərdə şəhərdə inşa edilmiş karvansara binaların təkcə karvanların və səyyahların qalması üçün deyil, həm də müxtəlif ticarət əməliyyatlarının aparılması üçün də nəzərdə tutulurdu.
Özünün böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Zaqafqaziyada məşhur olan Yuxarı Karvansara XVIII–XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan ("İsfahan", "Təbriz", "Ləzgi", "Təzə Karvansara") dövrümüzə qədər gəlib çatmış iki karvansaradan biridir. Digəri — Aşağı Karvansara.
XVIII əsrə aid olan hər iki abidə yerli ustalar tərəfindən tikilmişdir. Bu abidələr həm tikiliş həm də şərait baxımından çox rahat və gözəl olub, irimiqyaslı sövdələşmələrin, alış-verişlərin aparılması üçün əlverişli şəraitə sahib olmuşdur.[2][3]
Karvansaranın planı
[redaktə | mənbəni redaktə et]Ümumi sahəsi 6000 kvadratmetr olan Yuxarı Karvansaraya Şəki memarlığı üçün səciyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsi xüsusi kalorid verir.
Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metr hündürlükdə inşa edilmişdir. 300-dən artıq otaq və zirzəmidən ibarət olan karvansaranın 2 giriş darvazası vardır. Bina üç mərtəbəlidir. Tacir öz malını zirzəmiyə yığar, birinci mərtəbədə alver edər, ikinci mərtəbədə yaşayardı.
Darvazaların içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Yaxın Şərqdə ən böyük kərpic tağlı günbəzlərdən biri sayılan əsas girişin zəngin bəzənmiş tağı relyefin çox mailliyi üzündən binanın küncündə, üçüncü mərtəbə səviyyəsində inşa edilmişdir.
Sadə həyəti, tağbəndlərlə örtülü eyni ölçülü hücrələri, həyət eyvanları, hovuz və onları əhatə edən yaşıllıq karvansaranın ümumi kompozisiyasını tamamlayır.
Hazırkı vəziyyəti
[redaktə | mənbəni redaktə et]Bu günə kimi öz gözəlliyini, memarlıq üslubunu qoruyub saxlayan və hazırda mehmanxana kimi istifadə olunan Yuxarı Karvansara Şəkinin zəngin maddi və mənəvi irsə malik bir şəhər olmasının bariz nümunəsidir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Yuxarı Karvansara. GoMap. ONLAYN NAVİQATOR". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-18.
- ↑ "Bu gün. Sheki. Net". 2018-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-18.
- ↑ "Архитектура Шеки. Верхний Караван-сарай". 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-17.
- ↑ "SHEKININ MEDENI-TARIXI ABIDELERI Yuxarı Karvansara". 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-17.