Yeraltı hamam (Şəki)
Yeraltı hamam | |
---|---|
| |
41°12′11″ şm. e. 47°11′42″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | 20 Yanvar küç., 35 [1] |
Aidiyyatı | Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XIX əsr |
Vəziyyəti | bərpa olunub |
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
Tipi | Mədəni |
Kriteriya | (ii)(v) |
Təyin edilib | 2019 |
İstinad nöm. | 1549 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4975[2] |
Kateqoriya | Hamam |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Yeraltı hamam və ya Abdulsalam hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir[3] və təyinatı üzrə istifadə edilmir.
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Yeraltı hamam da Ümumdünya İrsinə daxildir.
Haqqında
[redaktə | mənbəni redaktə et]Yeraltı hamam XIX əsrdə sahibkar Abdulsalam tərəfindən tikilib. Bina iki böyük zaldan və böyük otaqlardan ibarətdir. Bir hissəsi yerin altında olduğundan el arasında "Yeraltı hamam" kimi tanınır. Bu hamam həm də Cümə məscidi və mədrəsə kompleksinə daxildir. Hamam 1995-ci ildə Şəki Elmi-Bərpa və İstehsalat İdarəsi tərəfindən əsaslı surətdə bərpa olunub, hazırda təyinatı üzrə istifadə edilmir. Hamam ümumi soyunma otağı, ümumi çimmə otağı, xüsusi iki nömrə və dəhlizdən, isti və soyuq suyu saxlayan, xəzinə adlanan su anbarından ibarətdir. Soyunma otağı: 70 kvadratmetrdir; eni 7 metr, uzunluğu 10 metr. Hündürlüyü: soyunma yerində 12 metr, çimmə yerində 8 metr. Çimmə otağı: 50 kvadratmetrdir; eni 5 metr, uzunluğu 10 metr. Nömrə otaqları: I nömrənin sahəsi: 25 kvadratmetr: eni 5 metr, uzunluğu 5 metr. II nömrənin sahəsi: 7,5 kvadratmetr; eni 3 metr, uzunluğu 2,5 metr. Ümumi sahəsi: 89 kvadratmetr. Divarın qalınlığı 80 santimetrdir. Bina bayırdan yer səviyyəsindən 4 metr aşağıdadır.[4]
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[5]
2001-ci ildən Şəki şəhərinin tarixi hissəi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.[6] Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.[7] Şəki şəhərinin tarixi mərkəzində yerləşən Yeraltı hamam da Ümumdünya İrsinə daxildir.
Şəkillər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Yeraltı hamam". sheki.mctgov.az. 3 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
- ↑ "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). mct.gov.az. 28 oktyabr 2015. 23 oktyabr 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 mart 2020.
- ↑ "Historic Centre of Sheki with the Khan's Palace" (ing. ). whc.unesco.org. 2019. 8 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
- ↑ "Abdusalam (Yeraltı) hamam". sheki.heritage.org.az. 12 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
- ↑ "Historic Centre of Sheki with the Khan's Palace" (ingilis). unesco.org. 2019. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ "Şəki Xan Sarayı Dünya İrsinin siyahısında" (az.). Amerikanın Səsi. 2019-07-07. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-30.