Yuval Noy Harari
Yuval Noy Harari | |
---|---|
ivr. יובל נח הררי | |
Doğum adı | יובל נח הררי |
Doğum tarixi | 24 fevral 1976[1][2][…] (48 yaş) |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi |
|
İş yeri | |
Təhsili | |
ynharari.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Yuval Noah Harari (ivr. יובל נח הררי; 24 fevral 1976[1][2][…]) – İsrail tarixçisi. Yerusəlim Yəhudi Universitetində tarix professoru kimi fəaliyyət göstərir.[3] "Sapiens: Bəşəriyyətin qısa tarixi" (2014) və "Homo Deus: Sabahın qısa tarixi" (2015) əsərlərinə görə tanınır. Onun əsərləri iradə azadlığı, şüurlanma və intellekt kimi mövzulara toxunur.
Yuvalın ilkin nəşrlərində adını qeyd etdiyi məqamlardan biri 70.000 il əvvəl baş vermiş "təfəkkür inqilabı"dır. Belə ki, bu inqilab sayəsində Homo sapiens rəqibləri neandertalları üstələmiş, idrak edilən dil formalaşdırmış, mürəkkəb cəmiyyətlər yaratmış, digər yırtıcı heyvanları keçmişdirlər.
Alimin son kitabları daha çox öyrədici xarakter daşıyır. Harariyə görə Homo sapiens növü yaxın gələcəkdə yox olacaq və yerini daha inkişaf etmiş insan irqi alacaq.[4][5]
Arxaplan
[redaktə | mənbəni redaktə et]Yuval Noah Harari 26 fevral 1976-cı ildə İsrailin Kiryat-Ata şəhərində anadan olub. Hayfa şəhərində Şərqi Avropa yəhudisi mənşəli sekulyar ailədə böyüyüb.[6]
Karyerası
[redaktə | mənbəni redaktə et]Yuval Harari əvvəlcə 1993–1998-ci illərdə oxuduğu Yerusəlim Yəhudi Universitetində orta əsrlər tarixi və hərb tarixi ixtisaları üzrə ixtisaslaşmışdır. O, fəlsəfə üzrə doktorantura dərəcəsini 2002-ci ildə Oksford İsa Kollecində tamamlamışdır. Daha sonra 2003–2005-ci illərdə Yad Hanadiv-in başçılığı ilə tarix təhsilini davam etdirmişdir.[7]
Harari bir çox kitab və məqalə nəşr etdirmişdir: "Cəngavərlik dövründə xüsusi əməliyyatlar, 1100–1550";[8] "Ən yüksək təcrübə: Döyüş meydanı kəşfləri və müasir müharibə mədəniyyətini formalaşdırmaq, 1450–2000";[9] "Dünya tarixində həlledici döyüşlər konsepsiyası"[10] və "Kreslolar, qəhvə və hakimiyyət: Göz şahidləri və ətdən şahidlər müharibə haqqında danışır, 1100–2000".[11] O, hazırda dünya tarixi və makrotarix proseslər sahələrində ixtisaslaşır.
Ən məşhur əsəri "Sapiens: Bəşəriyyətin qısa tarixi" kitabı 2011-ci ildə ivrit dilində, 2014-cü ildə ingilis dilində nəşr olunmuşdur. Hazırda isə Azərbaycan dili də daxil olmaqla, 30-dan çox dilə tərcümə olunub.[12] Kitab bəşəriyyətin çox geniş inkişaf tarixindən (Homo sapiensin Daş dövründəki təkamülündən XXI əsrdəki siyasi və texnoloji inqilablara qədər) bəhs edir. İvrit versiyası İsraildə bestseller olmuş, akademik cəmiyyətdə və ümumi ictimaiyyətdə böyük marağa səbəb olmuşdur.[13] Hararinin ivrit dilindəki dünya tarixindən bəhs edən mühazirələrinin YouTube videoları on minlərlə israilli tərəfindən izlənib.[14]
Harari həmçinin ingilis dilində "Bəşəriyyətin qısa tarixi" adlı onlayn kurslar verir. Dünyada 100 mindən çox şəxs bu kursa yazılıb.
Harari "Yaradıcılığına və orijinallığına" görə iki dəfə (2009 və 2012) Polonski mükafatını qazanmışdır. 2011-ci ildə hərb tarixi sahəsindəki görkəmli məqalələrinə görə Hərb Tarixi Cəmiyyətinin Monkado mükafatına layiq görülmüşdür. 2012-ci ildə Gənc İsrail Elmlər Akademiyasına seçilmişdir.
Hararinin növbəti kitabı "XXI əsr üçün 21 dərs" adlanacaq və müasir dünyadakı problemlərdən bəhs edəcək.[15] 2018-ci ilin avqustunda nəşr olunması gözlənilir.[15]
Homo sapiens marağı
[redaktə | mənbəni redaktə et]Yuval Hararinin əsas maraq dairəsi Homo sapiens indiki vəziyyətinə necə çatmışdır və gələcəyi necə olacaq suallarına cavab tapmaqdır. Əsas diqqət mərkəzində saxladığı suallar makrotarixi suallardır: Tarixlə biologiya arasında nə əlaqə var? Homo sapiens ilə digər heyvanlar arasındakı əsas fərq nədir? Tarixdə ədalət var? Tarixin bir istiqaməti var? Tarix irəlilədikcə insanlar daha xoşbəxt oldular?[16]
2017-ci ildə yazdığı məqalədə Harari qeyd edir ki, texnoloji prosesin inkişafı və süni intellekt sahəsindəki irəliləyişlərə görə 2050-ci ilə qədər yeni insan sinfi – istifadəsiz insan sinfi ortaya çıxa bilər. Sadəcə işsiz olan deyil, işləməyi bacarmayan insan.[17] O bildirir ki, bu məsələ gələcək illərlərdə bəşəriyyətin əsas məsələlərindən biri olacaq.[18]
Heyvanların qorunması
[redaktə | mənbəni redaktə et]Harari həmçinin kənd təsərrüfatı inqilabından bəri heyvanların əhliləşdirilməsi məsələsi barədə də fikir bildirmişdir. Harari veqandır.[6] 2015-ci ildə "Guardian" jurnalında nəşr olunmuş "Sənayeləşdirilmiş fermalar tarixin ən pis cinayətlərindən biridir" adlı məqaləsində yazır: "Sənayeləşdirilmiş ferma heyvanlarının taleyi (…) dövrümüzün ən aktual etik suallarından biridir".[19]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Harari homoseksual olduğunu açıqlamışdır. 2002-ci ildə əri İtzik Yahav ilə tanış olmuşdur.[20][21] Yahav həmçinin Hararinin şəxsi meneceridir.[22] Onlar Kanadanın Toronto şəhərində evləniblər.[23] Cütlük hazırda Yerusəlim yaxınlığındakı Mesilat Zion moşavında yaşayır.[24][25][26]
Harari qeyd edir ki, 2000-ci ildə Oksfordda ikən başladığı Vipassana meditasiyası onun həyatını dəyişib.[27][28] O, gündə iki saat bunla məşğul olur,[29] bu isə ildə 30 gün deməkdir. Meditasiya zamanı səssizliyə qapılır, kitablar və sosial şəbəkələrdən uzaq durur[16][30][31] və köməkçi meditasiya müəllimidir.[32] O, "Homo Deus" əsərini "vacib şeyləri ona öyrədən müəllimi" Şien Qoenkaya həsr etmişdir.
Harari veqandır.[6][33] 2017-ci ilin sentyabrından bəri smartfondan istifadə etməkdən imtina edib.[34]
Kitabları
[redaktə | mənbəni redaktə et]- Homo Deus: Sabahın qısa tarixi (2016), ISBN 978-1910701881
- Sapiens: Bəşəriyyətin qısa tarixi (Azərbaycan: Samir Bulut, 2011) ISBN 978-006-231-609-7
- Ən yüksək təcrübə: Döyüş meydanı kəşfləri və müasir müharibə mədəniyyətini formalaşdırmaq, 1450–2000[35] ISBN 978-023-058-388-7
- Cəngavərlik dövründə xüsusi əməliyyatlar, 1100–1550 ISBN 978-184-383-292-8
- İntibah hərb memuarları: Müharibə, tarix və bənzərlik, 1450–1600 ISBN 978-184-383-064-1
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 LibraryThing. 2005.
- ↑ 1 2 Yuval Noah Harari // Munzinger Personen (alm.).
- ↑ Yuval Harari site Arxivləşdirilib 2018-11-03 at the Wayback Machine, Yerusəlim Yəhudi Universiteti saytında
- ↑ Prebble, Lucy. "Yuval Noah Harari Arxivləşdirilib 2019-04-01 at the Wayback Machine". The Guardian, 19 March 2017. Retrieved 23 September 2017.
- ↑ Anthony, Andrew. "Yuval Noah Harari: 'Homo sapiens as we know them will disappear in a century or so'". The Observer (ingilis). 2017-03-19. ISSN 0029-7712. 2019-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-20.
- ↑ 1 2 3 Cadwalladr, Carole. "Yuval Noah Harari: The age of the cyborg has begun – and the consequences cannot be known". The Guardian. 5 July 2015. 3 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2016.
- ↑ "CV at The Hebrew University of Jerusalem". 2008. 2017-03-23 tarixində arxivləşdirilib.
- ↑ Yuval Noah Harari, Special Operations in the Age of Chivalry, 1100–1550 (Woodbridge: Boydell & Brewer, 2007)
- ↑ Yuval Noah Harari, The Ultimate Experience: Battlefield Revelations and the Making of Modern War Culture, 1450–2000 (Houndmills: Palgrave-Macmillan, 2008)
- ↑ Yuval Noah Harari, The Concept of 'Decisive Battles' in World History, in Journal of World History 18:3 (2007), 251–266.
- ↑ Yuval Noah Harari, Armchairs, Coffee and Authority: Eye-witnesses and Flesh-witnesses Speak about War, 1100–2000, Journal of Military History 74:1 (January 2010), pp. 53–78.
- ↑ Payne, Tom. "Sapiens: a Brief History of Humankind by Yuval Noah Harari, review: 'urgent questions'". The Telegraph. 26 September 2014. 2 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2014.
- ↑ Fast talk / The road to happiness Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine, in Haaretz, 25 April 2012
- ↑ "A Brief History of Mankind course Arxivləşdirilib 2022-10-17 at the Wayback Machine, in the Hebrew University of Jerusalem channel in YouTube (in Hebrew)
- ↑ 1 2 Flood, Alison. "Yuval Noah Harari's new book to cover global warming, God and nationalism". The Guardian (ingilis). 2017-10-06. ISSN 0261-3077. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-20.
- ↑ 1 2 "Fast Talk The Road to Happiness". 25 April 2017. 16 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2017 – Haaretz vasitəsilə.
- ↑ Harari, Yuval Noah. "The meaning of life in a world without work". The Guardian (ingilis). 2017-05-08. ISSN 0261-3077. 2020-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
- ↑ iqsquared, Yuval Noah Harari on the Rise of Homo Deus, 2016-09-15, 2017-04-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-06-01
- ↑ Harari, Yuval Noah. "Industrial farming is one of the worst crimes in history". The Guardian (ingilis). 2015-09-25. ISSN 0261-3077. 2016-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
- ↑ "Arxivlənmiş surət". 2018-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ "Arxivlənmiş surət". 2017-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ "Arxivlənmiş surət". 2017-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ "Arxivlənmiş surət". 2018-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ "Fast Talk The Road to Happiness". 25 April 2017. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2017 – Haaretz vasitəsilə.
- ↑ Appleyard, Bryan. "Asking big questions". thesundaytimes.co.uk. 31 August 2014. 6 August 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 July 2015.
- ↑ Reed, John. "Lunch with the FT: Yuval Noah Harari". ft.com. 5 September 2014. 25 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2015.
- ↑ "Arxivlənmiş surət". 2017-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ Adams, Tim. "Yuval Noah Harari: 'We are quickly acquiring powers that were always thought to be divine'". 27 August 2016. 22 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2017 – The Guardian vasitəsilə.
- ↑ "Arxivlənmiş surət". 2018-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2017-12-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ "Subscribe – theaustralian". 2016-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ "Arxivlənmiş surət". 2018-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ "Arxivlənmiş surət". 2017-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ 3/17 https://soundcloud.com/samharrisorg/waking-up-podcast-68-yuval Arxivləşdirilib 2017-05-14 at the Wayback Machine
- ↑ "Yuval Harari – YN Harari – Prof. Yuval Noah Harari – Official Site – Sapiens: A Brief History of Humankind". 2018-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ynharari.com — Rəsmi saytı