Voynuq Əhməd Paşa
Voynuq Əhməd Paşa | |
---|---|
avqust 1648 – 28 iyul 1649 | |
Əvvəlki | Əmmarzadə Mehmed Paşa |
Sonrakı | Bığlı Mustafa Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 28 iyul 1649 |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı |
|
Voynuq Əhməd Paşa (v. 28 iyul 1649) — Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Bir çox mənbədə voynuq ləqəbiylə anılması səbəbilə, əslən bolqar və ya boşnak olması güman edilir. Əndərun bostancılar ocağında təlim-tərbiyə gördükdən sonra 1643-cü ilin mayında yeniçəri ağası təyin edilərək saraydan ayrıldı. Çox keçmədən həmin ilin dekabrında vəzir rütbəsi alaraq Bosniya bəylərbəyliyinə yüksəldi. 1644-cü ilin iyununda Adana bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 1645-ci ilin martında Sultan İbrahimin bacılarından Ayşə Sultanla nigahlandı. Ancaq xanımının Sultan İbrahimlə, xüsusilə də xanımlarından Hümaşah Sultanla münasibətləri yaxşı deyildi. Bu səbəblə xanımı Ayşə Sultan, bacıları Fatma, Gövhər və qardaşı qızı Qaya Sultanla birlikdə Ədirnə sarayına sürgün edildilər. Əhməd Paşa isə bütün vəzifələrindən azad edildi.
Sultan İbrahimin taxtdan endirildiyi 1648-ci ilədək davam edən bu sürgün dönəminin ardından Voynuq Əhməd Paşa "Valide-yi kəbir" ünvanıyla yenidən taxt naibəsi təyin edilən qaynanası Validə Mahpeykər Kösəm Sultanın dəvətiylə kaptan-ı dəryalığa yüksəldi. Üstəlik uzun müddətdir ki, Çanaqqala boğazını mühasirədə saxlayan venesiyalılara qarşı Çanaqqala boğazının mühafizəsiylə də vəzifələndirildi. Osmanlı donanmasına aid 70 gəmiylə anidən hücum edərək venesiyalıların mühasirəsini yaran Əhməd Paşa hədəf olaraq Foça limanını seçdi. Əslində mühasirə altında olan Krit adasındakı Osmanlı birliklərinə yardım məqsədilə yola çıxan Əhmdə Paşanın nəyə görə hədəf dəyişdiyi bilinmir. Ancaq o əsnada mühasirəyə rəhbərlik edən Dəli Hüseyn Paşa ilə anlaşa bilmədi və özbaşına hərəkət edərək öz əmrindəki azsaylı gəmiylə Suda qalasına hücum etdi. 28 iyul 1649-cu ildə top atəşi nəticəsində ağır yaralandı və həlak oldu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- IV Mehmed Saltanatı - İslami okul.
- Voynuk Ahmed Paşa - Meydan Larousse.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sicill-i Osmani I, səh. 236