Əmətullah Rabiyə Gülnuş Sultan
Əmətullah Rabiyə Gülnuş Sultan | |
---|---|
2 fevral 1695 – 6 noyabr 1715 | |
Əvvəlki | Saliha Dilaşub Sultan |
Sonrakı | Saliha Sebkati Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1642[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 6 noyabr 1715 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Validə Sultan, qul[d] |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Əmətullah Rabiyə Gülnuş Sultan (osman. گلنوش سلطان) (1642[1][2], Retimno[d] və ya Krit – 6 noyabr 1715, İstanbul) — 19-cu Osmanlı sultanı IV Mehmedin xanımı, II Mustafa və III Əhmədin anası, Validə sultan.
Həyatı
[redaktə | mənbəni redaktə et]Hasəki sultan illəri
[redaktə | mənbəni redaktə et]1642-ci ildə dünyaya gəldiyi düşünülür. Əslən venesiyalı Verzizzi ailəsinə mənsub olub, Krit adasındakı Resmo şəhərində dünyaya gəldi. Resmonun fəthinin ardından Dəli Hüseyn Paşa tərəfindən əsir alındı və saraya hədiyyə edildi. Sarayda öncə Kösəm Sultanın, onun vəfatından sonra isə Turhan Sultanın himayəsinə alınaraq təlim-tərbiyə edildi. Adı Kösəm Sultan tərəfindən dəyişdirilərək Əmətullah Gülnuş oldu. Həddi buluğa çatmasının ardından Ədirnə sarayında olan Sultan Mehmedə təqdim olundu. İlk övladı olan Xədicə Sultan da 1662-ci ildə bu sarayda dünyaya gəldi. Ardından 1664-cü ildə Şahzadə Mustafanı, 1670-ci ildə Gülsüm Sultanı, 1673-cü ildə Şahzadə Əhmədi, 1675-ci ildə Şahzadə Bəyazidi və 1680-ci ildə Fatma Sultanı dünyaya gətirdi. Sultan Mehmedin ən sevimli hasəkisi olan Gülnuş Sultan daim padşahla birlikdə ov əyləncələrinə qatılırdı. Belə ki, gələcəkdə taxta çıxan oğulları Şahzadə Mustafa və Əhmədi bu ov mərasimlərindən birində dünyaya gətirmişdir.
Hərəm daxilindəki həyatı isə daha çətin idi. Belə ki, Sultan Mehmedin digər hasəkisi Gülbəyaz Xatunla olan sürtüşmələri Turhan Sultanın qulağına qədər gəlib çatmışdı. Belə ki, Safiyə Sultan adlı qızının dünyaya gəlişindən sonra nüfuzu artan Gülbəyaz Xatunun çox keçmədən vəfat etməsində Gülnuş Sultan təqsirli görüldü. Ancaq böyük ehtimal ki, bu hadisə validə sultanın vəfatının ardından Gülnuş Sultanın hərəmin idarəsini ələ almasından sonra baş tutmuşdur. Bir digər hadisə isə Gülnuş Sultanın ilk oğlu Şahzadə Mustafanın dünyaya gəlişindən sonra baş verdi. Belə ki, Sultan Mehmedin o əsnada qəfəs həyatı yaşayan qardaşları Şahzadə Süleyman və Əhmədin ölüm əmri verilmiş, bu əmrin Gülnuş Sultan tərəfindən verildiyi iddia edilmişdir. Ancaq Turhan Sultanın müdaxiləsiylə bu edamın önü alınmışdır.
Gülnuş Sultanın hərəmdəki ən güclü dəstəkçiləri isə 1675-ci ildən bəri hərəmi idarə edən Darüssəadə ağası Yusif ağa, kəndxudası Osman ağa və Şahzadə Mustafanın lələsi Seyid Feyzullah Əfəndi idi. 1682-ci ildə bu ittifaqa Körpülü Hüseyn ağa da qatıldı. Belə ki, ertəsi il baş tutan II Vyana mühasirəsindəki məğlubiyyətin ardından Hüseyn ağa həbs olunmuş, ancaq Gülnuş Sultanın müdaxiləsiylə azadlığa buraxılan Hüseyn ağa vəzir ünvanı alıaraq Şəhrizor əyalətinə göndərilmişdir.
Validə sultan illəri
[redaktə | mənbəni redaktə et]Sultan Mustafa dönəmi
[redaktə | mənbəni redaktə et]Gülnuş Sultanın davam edən parlaq hasəkilik dönəmi 1687-ci ildə baş verən yeniçəri üsyanıyla başa çatdı. Belə ki, Sultan Mehmed taxtdan endirilmiş, yerinə qardaşı Şahzadə Süleyman taxta çıxarılmışdı. Sabiq padşah və oğulları Topqapı sarayındakı Şimşirlik bölümünə aparıldı. Gülnuş Sultan və idarə etdiyi hərəm isə köhnə saraya göndərildi. Sultan Süleyman və Sultan Əhmədin səltənətləri boyunca köhnə sarayda yaşayan Gülnuş Sultan, böyük oğlu Şahzadə Mustafanın taxta çıxmasının ardından möhtəşəm mərasimlə Ədirnə sarayına gətirildi (13 fevral 1695). O əsnada Ədirnə sarayında saxlanılan mərhum Sultan Əhmədin hərəmi və qızları köhnə saraya göndərildi. Oğlu Şahzadə İbrahim isə Gülnuş Sultanın himayəsində Ədirnə sarayında qaldı. Səltənəti boyunca oğluyla birlikdə Ədirnədə qalan Gülnuş Sultan bu müddət ərzində vaxtilə yaxın tərəfdarı olan Seyid Feyzullah Əfəndini ön plana çıxardı. Ancaq Feyzullah Əfəndinin həddindən artıq güclənməsi və dövlət idarəsində söz sahibi olması əhalinin və dövlət adamlarının etirazına səbəb oldu. Belə ki, 1703-cü ildə baş tutan Ədirnə hadisələrinin ardından Sultan Mustafa devrildi və yerinə qardaşı Şahzadə Əhməd taxta çıxarıldı (23 avqust 1703). Bütün bu hadisələrdən öncə isə ayaqlanan üsyançılar Gülnuş Sultanın yanına gedərək onun təsdiqini almış, Gülnuş Sultan isə oğlunun canının qorunması şərtilə taxt dəyişikliyinə razı olmuşdur. Üsyançılar da bu razılığa sadiq qalaraq devrilən Sultan Mustafanı qardaşının vəliəhdlik otağına həbs etdilər. Taxtdan endirilməsindən 5 ay sonra Sultan Mustafa əziyyət çəkdiyi böyrək çatışmazlığı səbəbilə Ədirnədə 39 yaşında vəfat etdi (29 dekabr 1703).
Sultan Əhməd dönəmi
[redaktə | mənbəni redaktə et]Taxt dəyişikliyinin ardından İstanbula gələn Sultan Əhməd üsyançıların tələbiylə anası Gülnuş Sultanı Ədirnədə saxladı. Belə ki, Sultan Mustafanın İstanbulu tərk etməsində və Seyid Feyzullah Əfəndinin dövlət idarəsində güclənməsində validə sultanın rolu böyük idi. Bu səbəblə üsyançılar validə sultanı İstanbulda istəmədilər. Ancaq Sultan Əhməd çox keçmədən gizli yollarla anasını İstanbuldakı köhnə saraya, ardından isə Topqapı sarayına gətirtdi. Bu dəfə dövlət idarəsindən uzaq duran Gülnuş Sultan ikinci validə sultanlıq dönəmində qızlarının saraylarını tez-tez ziyarət etmiş, daha çox xeyir işləriylə məşğul olmuşdur. Gülnuş Sultan 6 noyabr 1715-ci ildə İstanbulda vəfat etmiş, cənazəsi öz adına inşa etdirilən Yeni Validə Sultan məscidinə dəfn edildi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Silâhdar, Nusretnâme, II, 336.
- Defterdar Mehmed Paşa, Zübde-i Vekāyiât (nşr. Abdülkadir Özcan), Ankara 1994, s. 523, 526, 607, 752, 821.
- Râşid, Târih, IV, 165.
- Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, II, 34, 187–188.
- Hammer, HEO, XVIII, 71 (nr. 637), 90 (nr. 750), 126 (nr. 242).
- Sicill-i Osmânî, I, 64.
- Cuinet, IV, 636–637.
- Ahmed Refik [Altınay], Kadınlar Saltanatı, İstanbul 1923, IV, 239, 240.
- Alderson, The Structure of the Ottoman Dynasty, Oxford 1956, cedvel 38, 40, 41.
- Danişmend, Kronoloji, III, 433, 443.
- Tanışık, İstanbul Çeşmeleri, II, 38, 298–302.
- Tahsin Öz, İstanbul Camileri, Ankara 1965, II, 15.
- Çağatay Uluçay, Harem, Ankara 1971, tür.yer.
- a.mlf., Padişahların Kadınları ve Kızları, Ankara 1980, s. 65–67.
- L. P. Peirce, The Imperial Harem, Oxford 1993, s. 108, 195, 265.