Vikipediya:Səsvermə
Naviqasiyaya keç
Axtarışa keç
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 24 yanvar — 8 fevral 2018-ci il
- Qüvvədədir: 8 fevral 2018-ci il
Bu səhifədə səsvermə qaydaları barədə məlumat ala bilərsiniz.
- Arxivdəki səsvermələrə buradan baxa bilərsiniz.
İstifadəçilərin səsvermə hüquqları
- Azərbaycan Vikipediyasındakı səsvermələrdə ancaq qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilər.
- Qeydiyyatdan keçmiş istifadəçinin hər hansı bir səsvermədəki səsinin etibarlı sayılması üçün səsvermənin başlandığı tarixdən ən azı üç ay əvvəl qeydiyyatdan keçmiş olmalı və bu tarixədək ən azı 500 redaktə etmiş olmalıdır. Həmin 500 redaktənin 100 redaktəsi "Vikipediya" ad fəzasında olmalıdır. Lakin bu 100 redaktəyə avtomatik əlavələr (Məs. "AWB") və müzakirəyə aid olmayan düzəlişlər daxil deyil.
- Səsvermə başlayan tarixə kimi Azərbaycan dilindəki Vikipediyada son 15 gün ərzində 5 redaktəsi olan istifadəçilər.
- Qeyd: İstifadəçi səhifəsi, istifadəçi müzakirəsi və kiçik redaktələrin sayı yuxarıda göstərilən minimum redaktə sayının yarısından az olmalıdır.
Səsvermənin nəticələrinin hesablanması
Səsvərmə sonunda qərar alınması üçün sadə çoxluq, yəni 50%+1 miqdarında səs kifayətdir. Burada iki hal istisnadır:
- 1) İnzibatçı seçkisində İnzibatçı namizədi ən azı 10 səs almalı və istifadəçiyə qarşı səsverənlərin sayı ümumi səsverənlərin 1/3-ni keçməməlidir. Əks halda istifadəçi seçilməmiş sayılır. İstifadəçi səsvermənin sonunda sadə çoxluq ilə irəlidə olarsa səsvermə müddəti əvvəlki səsvermə müddətindən çox olmamaq şərti ilə, bir dəfə artırılır və istifadəçi artırılmış vaxtda lazımi miqdarda səs ala bilməmişsə uduzmuş hesab edilir.
- 2) Status-kvonun dəyişilməsi ilə bağlı səsvermələrdə səsvermədə iştirak edənlərin ən azı 2/3-si müsbət rəy bildirməlidir (neytral səslər cəmi səsə daxildir).
- Qeyd: Səsləri nəzərə alınmayan istifadəçilərin sayı ümumi səsverənlərin sayına aid edilmir.
Səsvermə müddəti
Bütün səsvermələr mövzudan asılı olaraq 7–15–25 gün müddətinə keçirilir. Bu müddət səsverməni açan istifadəçi tərəfindən müəyyən olunur və açıq şəkildə elan edilir.
İnzibatçı namizədliyi barədə
Səsvermə hüququ olan bütün vikipediyaçılar aşağıdakı şərtlər daxilində öz namizədliklərini irəli sürə bilərlər:
- 1) Namizədliyini irəli sürülərkən Vikipediyanın heç bir layihəsində bloku olmamalıdır, yalnız blok müddəti başa çatdıqdan sonra istifadəçi namizədliyini irəli sürə bilər.
- a) Qeyri-müəyyən müddətə və ya 3 dəfədən daha artıq bloklanmış istifadəçilər istisna olmaqla, əvvəllər blok almış istifadəçilərin, aldıqları blokun müddətinin bitməsindən 6 ay sonra və alınmış blokun səbəblərini başa düşdüklərini və buna səbəb olmuş hərəkətlərə bir daha yol verməyəcəklərini bəyan etdikləri təqdirdə, inzibatçı seçilmək üçün namizədlikləri irəli sürülə bilər. Namizədlik irəli sürüldükdən və ya inzibatçı seçildikdən sonra yuxarıda göstərilmiş qayda pozularsa, bu bənddə göstərilmiş şərtin yerinə yetirilmədiyi hesab olunur və inzibatçı seçkisi etibarsız sayılaraq inzibatçının statusu alınır.
- 2) Minimum bir dəfə başqa bir səsvermədə iştirak etmiş olmalıdır.