Tazə həyat (qəzet)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Tazə həyat | |
---|---|
Növ | gündəlik ictimai-siyasi, iqtisadi, ədəbi qəzet |
Sahibi | "Kaspi" mətbəəsi |
Redaktor | Haşım bəy Vəzirov |
Yaranma tarixi | 1 aprel 1907 |
Dil | Azərbaycan dili |
Nəşrini dayandırıb | 7 oktyabr 1908 |
Ünvan | Bakı |
"Tazə həyat" qəzeti — gündəlik ictimai-siyasi, iqtisadi, ədəbi qəzet.
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk sayı 1907-ci il aprelin 1-də, sonuncusu 1908-ci il oktyabrın 7-də çıxmışdır (cəmi 439 nömrə). Bakıda "Kaspi" mətbəəsində çap edilirdi. Redaktoru dramaturq və publisist Haşım bəy Vəzirov, naşiri Hacı Zeynalabdin Tağıyev idi.
Mövzusu
[redaktə | mənbəni redaktə et]"Tazə həyat" milli burjuaziyanın mənafeyini müdafiə etmiş, fəhlələrin istismarını pərdələməyə çalışmış, qadın azadlığına qarşı çıxmışdır. "Tazə həyat"-ın ideya istiqaməti, xüsusilə, Sultan Əbdülhəmidə mədhiyələr deməsi, varlılara yarınması Cəlil Məmmədquluzadə tərəfindən kəskin surətdə tənqid olunmuşdur. Bununla da, Cəlil Məmmədquluzadə, mollanəsrəddinçilər və ümumiyyətlə, "Molla Nəsrəddin" jurnalı əleyhinə arasıkəsilməz kampaniya başlanmışdır.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: Şərq-Qərb, 2008, səh. 281". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-08.