Minority (jurnal)
Minority | |
---|---|
Baş redaktor | Səməd İsmayılov |
Növ | Aylıq online jurnal |
Format | A4 |
Təsis tarixi | 2015[1] |
Şirkət | Azərbaycan |
Dil | Azərbaycan dili |
Minority (ingilis dilindən tərcümədə "azlıq" mənasını verir) — Azərbaycanın ilk[2] onlayn LGBTI (lezbiyan, gey, biseksual, transseksual, interseks) jurnalı olmaqla, bu sahədə müxtəlif – elmi, yaradıcı, psixoloji mövzuları araşdırır və aylıq dərc edir.[3][4] Jurnalın ilk sayı 2015-ci ilin dekabr ayında dərc edilib.
Jurnalın "Minority" adlandırılmasının səbəbi, bütün azlıqlar kimi seksual azlıqların da cəmiyyətdə yer tapa bilməsinin vacibliyinin vurğulanmasıdır. Minority jurnalının əsas məqsədi Azərbaycan cəmiyyətində illərdir LGBTI insanları haqqında formalaşan yanlış fikirləri dəyişdirmək, insanları bu mövzularda maarifləndirməkdir.[5] Jurnal həmçinin LGBTI mövzusunda müxtəlif şəhər sorğularının keçirilməsini təşkil edir.[6][7]
Jurnalın baş redaktoru və təsisçisi Səməd İsmayılov[8], redaktoru Gülnara Mehdiyeva, rəssamı Leyla Əli, yazarları Fərid Əliyev, Sabina İbrahim Kurqunayeva, Mahir İman, Sevinc Qurbanova, N.Novruzov və başqalarıdır.
Jurnala müsahibə vermiş məşhurlar
[redaktə | mənbəni redaktə et]Jurnalın müxtəlif nömrələrinə məşhur fotoqraf Breyden Sammers, türk moda dizayneri və aktivist Barbaros Şansal, azərbaycanlı model Validə Abbasova, müğənni Nura Suri, iranlı rəqqas Şahrux Moşkin, reper və prodüser ProMete, Azərbaycanı 2014-cü il Eurovision musiqi yarışmasında təmsil etmiş Dilarə Kazimova müsahibə vermişdir.
Mətbuat Şurasının reaksiyası
[redaktə | mənbəni redaktə et]Jurnalın ilk nömrəsinin yayımlanmasından sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama ilə çıxış edərək bildrimişdir ki, "Azərbaycanda homoseksuallarla bağlı dərc olunan jurnal milli dəyərlərimizə ziddir."[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "В Азербайджане появился журнал для ЛГБТ". meydan.tv. 30.12.2015. İstifadə tarixi: 25 may 2016.[ölü keçid]
- ↑ "Minority: Первый азербайджаноязычный журнал об однополой любви". baku.ws. 22-12-2015. 21 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2016.
- ↑ "Azərbaycanda ilk LGBT jurnalı". milli.az. 17 Yanvar 2016. 28 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2016.
- ↑ "Azərbaycanda ilk LGBT jurnalı". azadliq.org. 17.01.2016. 28 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2016.
- ↑ "Azərbaycanda ilk LGBT jurnalının təsisçisi: "Qoy hər bir homoseksual daxilindəki xoruzu qucaqlasın və ona sevinsin"". 1news.az. 01.02.2016. 23 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2016.
- ↑ "Опрос на улицах Баку: «Как бы вы поступили, если бы ваш ребенок признался вам, что он гей или лесбиянка?»". 1news.az. 18.01.2016. 11 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2016.
- ↑ "Transseksual biri ilə eyni şirkətdə işləyərdinizmi?". oxu.az. 18 Apr 2016. 25 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2016.
- ↑ "Arxivlənmiş surət". Archived from the original on 2020-01-16. İstifadə tarixi: 2021-01-20.
- ↑ "Əflatun Amaşov: Azərbaycanda homoseksuallarla bağlı dərc olunan jurnal milli dəyərlərimizə ziddir". Trend. 24 Dekabr 2015. 26 January 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 may 2016.