Sarmatlar
Sarmatlar — Azərbaycanlıların etnogenezində iştirak etmiş atlı köçəri qədim türkdilli[1][2] xalqlarından biridir. Sarmatlar iskit dilində danışırdılar və daha geniş İskif mədəniyyətlərinin bir hissəsi idilər.
Etnik kimlikləri haqqda nəzəriyyələr
[redaktə | mənbəni redaktə et]XIX yüzilliyə kimi bütün tarixçilər skifləri, sarmatları, alanları türk hesab edirdilər. XIX-XX əsrdə osetin tarixçisi Vaso Abayev irandilli nəzəriyyənin bünövrəsini qoydu və Avropada, Rusiyada antitürkçülüyün yayıldığı dövrdə sevildi və təbliğ olunmağa başlandı.
İran nəzəriyyəsi
[redaktə | mənbəni redaktə et]İranşünas tarixçilərin əksəriyəti sarmatları irandilli xalq sayılırdılar. İranistlər, bir qayda olaraq, yazdıqları məqalələrdə, elmi işlərdə skiflərin, sarmatların, alanların hind-avropalılarda olmayan etnik xüsusiyyətlərini və qədim tarixçilərin verdikləri məlumatları nəzərə almırlar.[3][4][5]
Türk nəzəriyyəsi[6]
[redaktə | mənbəni redaktə et]Herodotdan başlayaraq antik müəlliflər cənub-Şərqi Avropa çöllərində, sarmat və savromat adlı etnosun yaşadığını və türk olduğunu yazırlar. Bu atlı xalqları hind-avropalılardan fərqləndirən özəllikləri var idi:
- Kütləvi şəkildə mahir at miniciləri idilər, körpəlikdən at sürürdülər.
- At əti yeyirdilər.
- Qımız (at südü) içirdilər.
- Qədim tarixyazarlar onları İran xalqları hesab etmirdi.
Antik müəlliflər (Siciliyalı Diodor, Böyük Plini, Yuliy Solin və b.) sarmatların madaylarla qohum olduqlarını yazırlar. Burada əlbəttə ki, madayların sonrakı nəsilləri olan atropatenlər nəzərdə tutulurlar. Bu zaman ortaya belə bir sual çıxır: Əgər sarmatlar irandillidilərsə onda nəyə görə farslarla deyil madaylar və atropatenlilərlə qohumdurlar? Madayların və atropatenlilərin isə türk mənşəli tayfalar olmaları və Azərbaycan türklərinin təşəkkülündə iştirak etmələri birmənalı olaraq sübut edilmişdir.[7][8][9][10][11]
Antik müəllif Publiy Ovidiy Nason eranın əvvəllərində yazır:
Heyvan dəriləri və enli şalvarlarla onlar özlərini soyuqdan qoruyurlar. Onların dəhşətli üzləri tüklə örtülmüşdür. |
Bu məlumatda "dəhşətli üzləri" ifadəsi monqoloid irqə mənsub fizionomiyaya aiddir. İrandillilər arasında isə monqoloid irqinin yayılmaması heç kəsdə şübhə doğurmur.
Stefan Bizanslı adlı müəllif sarmatların Tamarak şəhəri haqqında məlumat verir. Bu toponim qədim türkcə "tam"-qala divarı, "örək" - qala sözlərindən ibarətdir.
Antik müəllif Pomponi Mela yazır ki, sarmatlarda "qadınlar kişilərlə bərabər döyüşdə iştirak edirlər".[12] Başqa bir müəllif Nikolay Dəməşqli qeyd edir ki,"savromatlarda qız bir düşmən öldürməmiş ərə verilmir."Qeyd edək ki,indiyə qədər iranşünasların heç biri bu adətin iran xalqlarında olması haqqında bircə dənə də olsun fakt göstərə bilməmişlər. Halbuki skiflərdə və saklarda, qafqaz albanlarında, daha sonra isə hunlar və oğuzlarda bu adətin olması haqqında istənilən qədər tarixi mənbələrdə faktlar var.
II əsrdə yaşamış antik müəllif Poliney[13] yazır ki, sarmatlarda bir çar Medoask adlanır. Bu ad qədim türkcə "mat"-mətin, "sak", "çak"-ayıq-sayıq sözlərindən ibarətdir ki, bu da quruluşca saklarda Taksak adı ilə eynidir.
Sarmatlar çoxlu tayfadan ibarət idi.[14] Onların içərisində türk, sirak (şirak), dandar (dondar), qarqar və b. vardı. Göstərilən tayfaların hamısı türkmənşəli tayfalardır və onlar haqqında mənbələrdə kifayət qədər məlumat var.
Herodot[15] yazır ki, savromatlar skif dilində danışırlar. Skiflərin türkmənşəli olması isə kifayət qədər tutarlı faktlarla sübut edilmişdir.
Göstərilən faktlar sarmatların türkmənşəli olduğunu deməyə əsas verir. Bütün bu faktların əksinə iranşünaslar sarmatların irandilli olmasına dair fakt göstərə bilməyiblər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ The significance of the nomadic Iranian peoples, the Cimmerii, Scythians and Sarmatians, emerges with ever-increasing clarity from the point of view of the evolution of Slav culture and ethnic characteristics. János Harmatta. Studies in the History and Language of the Sarmatians Arxivləşdirilib 2022-05-15 at the Wayback Machine. 1970. 7 Səh.
- ↑ Michael Rostovtzeff. Iranians & Greeks in South Russia 1969 Arxivləşdirilib 2022-05-15 at the Wayback Machine. Səh 114.
- ↑ (William Hearth, ORMUS: Timeline of Ancients, 2007, s.174)
- ↑ The Encyclopedia of religion
- ↑ "Encyclopædia Britannica Online: "Sarmatian"". 2008-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-10.
- ↑ Zakiev M. Z., Problems of the history and language, Who are the Alans? Arxivləşdirilib 2012-02-10 at the Wayback Machine, Kazan, 1995
- ↑ Zaur Həsənov – Çar Skifləri
- ↑ Qiyasəddin Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən
- ↑ Qiyasəddin Qeybullayev – Azərbaycanlıların etnogenezindən
- ↑ Qiyasəddin Qeybullayev – Qədim türklər və Ermənistan
- ↑ Firudin Cəlilov – Azər Xalqı
- ↑ Pomponi Mela. Zemleopisaniye, III kitab, 4, 35
- ↑ Poliney. Hərbi fəndlər, VIII, 56
- ↑ Böyük Pliniy, VI, 15
- ↑ Herodot. IV, 117
Mənbə
[redaktə | mənbəni redaktə et]- Q.Qeybullayev-Azərbaycan türklərinin təşəkkülü tarixindən,Bakı,1994
- Q.Qeybullayev-Azərbaycanlıların etnogenezindən,Bakı,1991(I cild)
- E.V.Sevortyan-Türk dillərinin etimoloji lüğəti(I.II,III cildlər),Moskva,1974,1978,1982(rusca)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |