Salehə Dilaşub Sultan
Salehə Dilaşub Sultan | |
---|---|
osman. آشوب سلطان | |
8 noyabr 1687 – 3 yanvar 1690 | |
Əvvəlki | Turhan Sultan |
Sonrakı | Əmətullah Gülnuş Sultan |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 1690 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | qul[d] |
Uşağı | |
Ailəsi | Osmanlı xanədanı |
Salehə Dilaşub Sultan (Serbiya – 3 yanvar 1690, Ədirnə Sarayı, Ədirnə, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin xanımı və II Süleymanın anası, Validə sultan.[1][2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Əsli və doğum tarixi bilinməsə də, serb əsilli olduğu və təxminən 1627-ci ildə dünyaya gəldiyi güman edilir. Saraya necə alındığı bilinməsə də, Sultan İbrahimin taxta çıxdığı ilk günlərdə hərəminə alındığı ehtimal olunur. 15 aprel 1642-ci ildə yeganə övladı olan Şahzadə Süleymanın dünyaya gəlməsiylə Sultan İbrahimin ikinci hasəkisi oldu. Bu dövrdə 1300 axca günlük məvacib alan Dilaşub Sultana, bundan başqa Bolu sancağının da bütün gəlirləri hədiyyə edilmişdi. Bir çox tarixi mənbədə olduqca mülayim, gülərüz və sakit təbiətli olaraq xarakterizə olunur.
8 avqust 1648-ci ildə Sultan İbrahimin taxtdan endirilərək öldürülməsinin ardından onun Turhan Sultandan doğulan oğlu IV Mehmed taxta çıxarıldı. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər. "Valide-yi kəbir" ünvanıyla hakimiyyəti yenidən ələ alan Mahpeykər Kösəm Sultanın istəyilə, Sultan İbrahimin bütün hərəmi Köhnə saraya göndərilsə də, Şahzadə Süleymanın anası Dilaşub Sultan və Şahzadə Əhmədin anası Müəzzəz Sultan Topqapı sarayında övladlarıyla birlikdə qaldılar. Qaynanasının naibəliyi dönəmində Topqapıda nisbətən rahat həyat yaşayan Dilaşub Sultan, sarayda cərəyan edən Kösəm-Turhan sürtüşməsində qaynanasını dəstəklədi. Üstəlik, Sultan Mehmedlə aralarında cəmi 3 ay fərq olan yeganə övladı Şahzadə Süleyman Mahpeykər Kösəm Sultanın əlində Turhan Sultana qarşı ən böyük silah idi.
Nəhayət bu sürtüşmələrin sonunda Turhan Sultanı aradan götürmək və hakimiyyəti tamamilə ələ almaq istəyən Mahpeykər Kösəm Sultanın hazırladığı plana görə Halvaçıbaşı Üveys Əfəndi Sultan Mehmedə zəhərli şərbət içirtməli və yerinə Dilaşub Sultanın oğlu Şahzadə Süleyman gətirilməli idi. Şübhəsiz ki, bunda Dilaşub Sultanın üzüyola, mülayim xarakteri və Mahpeykər Kösəm Sultanın onu daha rahat idarə edə biləcəyi düşüncəsinin də rolu böyük idi. Ancaq hərəm xidmətçilərindən birinin bunu Validə Turhan Sultana xəbər verməsi bütün planları alt-üst etdi. Dərhal tədbir görən Validə Turhan Sultan başda Darüssəadə ağası Süleyman ağa və digər hərəm ağalarının dəstəyilə Mahpeykər Kösəm Sultanın yaşadığı hərəm dairəsinə basqın tərtiblədi və basqın nəticəsində qaynanasını boğduraraq qətlə yetirdi (2 sentyabr 1651). Beləliklə, saraydakı ən güclü dəstəkçisini itirən Dilaşub Sultanın bu hadisədə nə dərəcədə rolu olduğu bilinmir. Üstəlik, bu kimi hadisənin təkrarlanmaması adına Validə Turhan Sultanın istəyilə Şahzadə Süleyman və Şahzadə Əhməd sarayın Şimşirlik bölümünə həbs olundular. Anaları Dilaşub Sultan və Müəzzəz Sultan isə Köhnə saraya sürgün edildilər. 36 il boyunca Köhnə sarayda sürgün həyatı yaşayan Dilaşub Sultan bu dövrdə oğlunu yalnız ildə iki dəfə - Ramazan və Qurban bayramları ərəfəsində görə bildi.
Nəhayət, 8 noyabr 1687-ci ildə Sultan Mehmedin taxtdan endirilməsinin ardından yaşca ən böyük şahzadə olan Şahzadə Süleyman taxta çıxarıldı. İlk iş olaraq o əsnada Köhnə sarayda olan anası Dilaşub Sultanın Topqapıya gətirilməsi oldu. Ertəsi gün keçirilən Validə Sultan alayı ilə Topqapı sarayına gətirilən Dilaşub Sultan rəsmən Validə sultan elan edildi və oğlu tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırıldı.
Validə sultanlıq dövründə dövlət işlərindən uzaq qalmağa çalışan Dilaşub Sultan 1688-ci ilin yayında oğlu Sultan Süleymanla birlikdə Ədirnəyə səyahət etdi və hər ikisi də ölümünədək burada yaşadılar. Bu dövrdəki fəaliyyətləriylə bağlı yetərli məlumat olmayan Dilaşub Sultan 3 yanvar 1690-cı ildə Ədirnə sarayında vəfat etdi. Cənazəsi İstanbula gətirilərək Sultan Süleyman türbəsinə dəfn olundu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Thys-Şenocak, Lucienne (2006). Ottoman Women Builders: The Architectural Patronage of Hadice Turhan Sultan. Ashgate. p. 89. ISBN 978-0-754-63310-5
- Akalin, Esin (October 11, 2016). Staging the Ottoman Turk: British Drama, 1656Ð1792. Columbia University Press. p. 225. ISBN 978-3-838-26919-1
- Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-6-051-71079-2
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. ISBN 978-9-754-37840-5
- ↑ Peirce, Leslie (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. p. 108. ISBN 0-19-508677-5