Sürünən kəklikotu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sürünən kəklikotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Sürünən kəklikotu (lat. Thymus serpyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Həmişəyaşil, budaqlanan, kiçik yarımkol bitkisidir. Gövdəsi nazik oduncaqdır. Çiçəkli gövdəsi düzqalxan və ya azca qalxmış olub, hündürlüyü 2-15sm-ə qədər olub, gövdənin üzəri çiçəklərlə örtülmüşdür. Yarpaqları qarşı-qarşıya, qısa saplaqlı, ellipsşəkilli, kənarları orta ölçülü kirpiciklidir. Orta gövdələrində yarpaqların uzunluğu 5-10 mm, eni isə 1,5-3,5 mm-ə bərabərdir. Başcıq çiçək qrupuna malik olub, kompaktdır. Çiçəkləri ensiz, zəngşəkilli, ikidodaqlı olub, kasacığı tükcüklüdür.

Qarışıq nazik budaqcıqları, yarpaq və çiçəkləri vardır. Yarpaqları qısa saplaqlı, uzunsov-ellipsşəkilli, bütövkənarlı olub, uzunluğu 15sm-ə qədər, çılpaq və ya zəif tükcüklüdür. Çoxsaylı nöqtəşəkilli səpkilərdən, aşağı nahiyyədə olan kəskin damarlardan ibarətdir. Lövhəcik və saplaq üzərində gözlə və ya lupa ilə görünən uzun cod tükcükləri vardır. Çiçəkləri kiçik, tək və ya bir neçə ədəd nazik dördtilli budaqcıqdan ibarətdir. Kasacığı ikidodaqlı, qonur-qırmızı, uzunluğu 4mm-ə qədər olub, xaricdən örtülmüşdür. Budaqcığı göyümtül-bənövşəyi, uzunluğu 3-5mm-dir. Kəskin özünəməxsus aromat iyli və ədviyyəli şirin dadlı olmaqla, azacıq büzücüdür.

Qumsallıqlarda, küknar və qarışıq meşələrdə, talalarda, yeni salınmış meşələrdə yayılmışdır.

Keyfiyyətli xammal olaraq çiçəkləri, yarpaqları, hətta gövdəsi ola bilər. Xammal kimi bitki çiçəkləyən zaman (may-iyul) toplamaq lazımdır. Yığılmış xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə və ya 35-40ОС temperaturda, quruducu şkafda qurudulmalıdır. Bu zaman 1 kq nazik doğranmış xammal 1m2 sahəyə 3-5 gün ərzində sərilməlidir. Efiryağlı bitki olduğundan xammal yaxşı tıxanmalı və bağlanmalıdır. Xammalının saxlanılma müddəti 2 il, tozu isə 1,5 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Tərkibində efir yağı, timol (50%-ə qədər), karvakrol, terpinin, terpineol, çinqiberin və borneol maddələri vardır. Bundan əlavə aşı maddələr, flavonoidlər, qatran, ursol və olein turşuları da vardır.   

Otun tərkibində 1% efir yağı, əsasən timol, karvakrol, ursol, olein turşusu və flavonoidlər vardır. Quru xammalın çıxımı 32-34%-dir.

Tərkibində acı maddələr olduğundan iştahgətirici, mədə-bağırsaq, qaraciyər, mədəaltı vəzi xəstəliklərini sağaldıcı xüsusiyyəti vardır. Dəmləmə, bişirmə və ekstrakt kimi yuxarı tənəffüs yolu xəstəliklərinin iltihabı, vərəm, difteriya və bronxial astma xəstəliyində müvəffəqiyyətlə işlədilir. «Pertussin» adlı dərman preparatının əsas komponenti kəklikotundan ibarətdir. Xaricə tətbiq kimi oynaq, əzələ və periferik sinir sistemi xəstəliklərində aromatik vanna kimi qəbul edilir. Dəmləmə və ekstraktları kəskin və xroniki tənəffüs yolları xəstəliklərində, bronxial astma və vərəmdə tətbiq edilir. Bakterisid dərman kimi qıcolma əleyhinə, möhkəmləndirici, ağrıkəsici, yarasağaldıcı, qurdəleyhinə dərmandır. Yaxşı balverən bitkidir. Eyni zamanda parfümepiyada işlədilir. Bolqar təbabətində bronxial astma, xora xəstəliyində, iştahasızlıqda, meteorizm və diareyyada bişirilməsindən istifadə edilir. Revmatizm, angina, sinir və dəri xəstəliklərində vanna şəklində qəbul edilməsi məsləhət görülür. Alman təbabətində çiçəklərindən tənəffüs orqanları, öskürəkdə, aromatik vannaların qəbul edilməsi göstərişdir. Fransız təbabətində spazmolotik, qurd əleyhinə, epitel toxumalarını yeniləşdirici, turşulardan yaranan yanıqlarda, (10q - 1litr hesabı ilə) məsləhət görülür. Uşaqların revmatizmində: bitkinin cövhəri 2q, rozmarin 1q, lavanda 1q, çay sodası 350,0 vanna şəklində qəbul edilir. Avstriya təbabətində dəmləmə və tinkturaları qastrit, meteorizm, qıcolma və qurdəleyhinə dezinfeksiyaedici kimi istifadə edilir. Qatı dəmləməsi 5q 250ml-də dəmlənir. Sutqalıq dozası 500 qramdır. Polşa təbabətində bakterisid, iltihabəleyhinə, böyrək, qaraciyər, nevralgiya, oynaq revmatizmi, bronxit və bronxial astmada istifadə edilir. Mədə narahatlığı və tutmaşəkilli öskürək hallarında aşağıdakı qarışığı qəbul etmək olduqca səmərəlidir. Otu dəmləmə kimi öskürəkkəsici və ağrıkəsici dərman kimi radikulit və nevritlərdə, ekstraktı “pertussin” adı ilə öskürəkkəsici və yumşaldıcı olmaqla, bronxit və digər tənəffüs yolu xəstəliklərində tətbiq edilir. Bişirmələri müalicəvi vanna, islatmalarda, dəri xəstəliklərində nəm sarğılarda istifadə edilir.

20 q kəklikotu çiçəkləri, 10 q bibər, 10 q boymadərən 10 q bahar xoruzgülü, 10 q zirə, 10 q neştərşəkilli bağayarpağı, 10 q şehçiçəyi, 2 çay qaşığı qarışığı 250ml suda 10 dəqiqə dəmləyərək günaşırı 3 fincan qəbul edilməlidir. Xaricə işlətmək üçün: 1-2 xörək qaşığı bitkini 2 stəkan qaynar suda dəmləyərək işlədilir.

Güclü iltihabqovucu (tərkibində timol vardır), qıcolma əleyhinə, sedativ, öskürəkkəsici, ağrıkəsici, yarasağaldıcı və qurdqovucu təsiri vardır. Hipertoniya xəstəliyi, ateroskleroz, nevralgiya, radikulit, tireotoksikoz (zob), nevroz və isteriya xəstəliklərində işlədilir. Qurdqovucu, tərlədici, maddə kimi nevralgiya, mədə bağırsaq sancısında tətbiq edilir. Azərbaycan təbabətində yarpaqlarının dəmləmə və məhlulu ürək xəstəliklərində, qəbizlik, qaraciyər xəstəliklərində iltihabsorucu maddə kimi olduqca faydalıdır. Bundan başqa hipertoniya və ateroskleroz xəstəliklərində tətbiq edilir.

Qaraciyər, böyrək, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, miksödema və hamiləlik.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Origanum serpyllum (L.) Kuntze
  • Serpyllum vulgare Fourr.
  • Thymus campestris Salisb.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 590.