Qara torpaqlar
Qara torpaqlar səhrası | |
---|---|
kalm. Хар Һазр, rus. Чёрные земли | |
Ümumi məlumatlar | |
Uzunluğu | 210 km |
Eni | 190 km |
Yerləşməsi | |
45°40′00″ şm. e. 46°06′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
|
|
Qara torpaqlar (kalm. Хар Һазр, rus. Чёрные земли) — antropogen səhra Rusiyanın Avropa hissəsində yerləşir[1]. Səhra Xəzərönü çökəkliyinin qərbində Erqni yüksəklikləri və Volqa alçaqlığı arasında yerləşir. Xəzərönü çökəkliyinin 3,5 mln. ha ərazisi əhatə edir.
Kalmıkiya ərazisinin 47,3 % təşkil edir[2]. Səhranın adı qışda qarın az yağması və bitkilərin qurumuş (qaralmış) çubuqlarının qara rəngə çalmasına görə verilmişdir[3]. Səhranın sahəsi 40 000 km² təşkil edir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Qara torpaqlar inzibati cəhətdən Kalmıkiya Respublikası və Həştərxan vilayəti ərazisində yerləşir, cənub-şərqdən Xəzər dənizi, cənubdan Kumo-Manıç çökəkliyi, qərbdən Erqeni qalxması, şimal-şərqdən Sarpa çökəkliyi və Volqa deltası ilə əhatələnir.
İqlim
[redaktə | mənbəni redaktə et]İqlimi kontinentaldır. İsti yaya və qarsız (az qarlı) qışa malikdir. İlin 280 günü günəşli günə malikdir. İlin 40 günü şərq istiqamətli qum flrtınaları müşahidə edilir[4]. Buxarlanma yağıntını dəfələrlə üstələyir. Yağıntı yaz və yayın əvvəllərində düşür. Yarımsəhra bölgələrində 250 mm, səhra tipli ərazilərdə 200 mm yağıntı düşür. Qışda şaxtalı küləklər müşahidə edilir[5].
Bitki və heyvanlar aləmi
[redaktə | mənbəni redaktə et]Bitki örtüyü əsasən yarımsəhra və səhra tiplidir. Burada yovşan, stipa, festúca valesiáca, ayrıqotu, poa bulbosa kimi bitkilər bitir.
Canlılar aləmi: tarla siçanı, siçancıq, sayqa, çöldonuzu, qarğalar, pica pica, alaudidae, boz durna, ördəklər, qazlar və s.
Ehtiyyatları
[redaktə | mənbəni redaktə et]Qara torpaqlar ərazisində 15 million tonn neft ehtiyatı olduğu ehtimal edilir. İl ərzində isə mövcud yataqlardan 200 min ton neft çıxarılır.
Bölgənin uran, titan, sirkonium, gümüş, qızıl, platin, skandium, ittrium, renium, qallium kimi qiymətli metal ehtiyatları vardır.
Qorunması
[redaktə | mənbəni redaktə et]Qara torpaqlarda ekosistemin qorunması məqsədilə Kalmıkiya ərazisində "Qara torpaqlar" qoruğu, Mektelinskiy, Sostinskiy, Tinquta yasaqlıqları,[6] və Həştərxan vilayəti ərazisində "Stepnoy" yasaqlığı mövcuddur.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.to08.rosreestr.ru/upload/to08/files/fgu/%D0%A1%D0%BE%D1%81%D1%82%D0%BE%D1%8F%D0%BD%D0%B8%D0%B5%20%D0%B7%D0%B5%D0%BC%D0%B5%D0%BB%D1%8C%20%D0%B2%20%D0%A0%D0%B5%D1%81%D0%BF%D1%83%D0%B1%D0%BB%D0%B8%D0%BA%D0%B5%20%D0%9A%D0%B0%D0%BB%D0%BC%D1%8B%D0%BA%D0%B8%D1%8F.doc[ölü keçid]
- ↑ Kalmıkiya Respublikasında torpaqların vəziyyəti[ölü keçid]
- ↑ "Qara Torpaqlar". 2019-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-01.
- ↑ Черные земли в геопространстве Евразии | Центр Льва Гумилева
- ↑ "Rusiyanın səhra və yarımsəhraları". 2012-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-01.
- ↑ "Kalmikiya təbiəti". 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-01.
- ↑ ""Stepnoy yasaqlığı"". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-01.