35°0,50′ şm. e. 115°28,50′ q. u.HGYO

Moxave (səhra)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Moxave
isp. Mojave
Moxave səhrası
Moxave səhrası
Ümumi məlumatlar
Sahəsi 35000 km²
Temperatur
 • Yanvarda orta 0 °C
 • İyulda orta 50 °C
 • İllik yağıntı 150 mm
Yerləşməsi
35°0,50′ şm. e. 115°28,50′ q. u.HGYO
Ölkə  ABŞ
Regionlar
Moxave xəritədə
Moxave
Moxave
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Moxave (isp. Mojave yerli Moxave tayfasının adı ilə) — Amerika Birləşmiş Ştatlarının cənub-qərbində səhra. Cənubi Kaliforniyanın böyük hissəsini tutur. Yuta ştatının cənub-qərbində, Nevada ştatının cənubunda və Arizona ştatının şimal-qərbində yerləşir.

Səhranın sahəsi 35 000 km²-dən yuxarıdır. Səhra şimal-şərqdə Texaçapi dağ massivi ilə (ing. Tehachapi Mountains), cənubda isə San-Qabriyela və San-Bernardino dağ silsilələri ilə məhdudlaşmışdır. Dağların sərhədləri kifayət qədər aydın seçilir, çünki bu dağlar iki böyük geoloji sınma ilə ayırılmışdır: San-Andreas və Qarlok. Böyük Hövzənin axını olmayan sahəsi səhranın şimalıboyu, cənubda daha isti Sonora səhrası istiqamətində uzanır. Əsas bitkisi ağacaoxşar Yucca brevifolia palmasıdır. Səhrada 1 750 bitkinin 2 000-ə qədər müxtəlif növlərinə rast gəlmək olar.

Səhranın şərq hissəsi.

Səhradakı ilboyu çöküntülərin miqdarı 150 mm-dən az, ancaq dağlarda — 1 000- 2 000 mm-ə qədər təşkil edir. Səhranın ərazisində Moxave milli qoruğu və Coşua-Tri milli parkı yerləşdirmişdir. Həmçinin Şimali Amerikanın ən aşağı və ən isti yeri — Ölüm dərəsi milli parkı yerləşir, hansı ki, burada iyul-avqust ayında temperatur +50 °C-ə qalxır. Səhranın, Böyük Hövzə, Kolorado platosu və Yuta ştatının sərhədində Zayon milli parkı yerləşir. Quraqlıq iqlimə baxmayaraq, səhrada (xüsusi halda, cənub-qərbdə Antilop vadisi) uzun müddət qrunt sularının və Kaliforniya su kəmərinin köməyi ilə suvarılan torpaqlarda medicago bitkisi əkilir.

Yayda Moxave səhrasının vadilərində temperatur 49 °C və düzən ərazilərdə 54 °C-ə qədər qalxır. Səhra dağlarında qışda qar yağır. Qarlar bəzən avtomagistralların bağlanmasına səbəb olur. Qış ayının orta temperaturu — 0 °C-ə çatır.

İqlimə təsir edən amillərdən biri də küləkdir. Əgər səhranın şərqində yerləşmiş Las-Veqas şəhərində küləkli hava nisbətən az olursa, onda qərbdə küləkli hava hər gün müşahidə edilir və küləyin gücü 80 km/saat-dan çox olur. Texaçapi aşırımı ərazisində elektrik istehsal edən yel turbinləri qurulmuşdur.