Pyatiqorsk
Pyatiqorsk | |
---|---|
Пятигорск | |
44°01′59″ şm. e. 43°03′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1780 |
İlk məlumat | XIV əsr |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 500 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 357500 |
Digər | |
pyatigorsk.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Pyatiqorsk — Rusiya Federasiyasında yerləşən şəhər. Stavropol diyarına daxildir
Tarixi
[redaktə | mənbəni redaktə et]Müasir Pyatiqorsk Stavripol ölkəsində məşhur kurort şəhəridir; Kuma çayınin qolları üzərində, Maşukun ətəklərində yerləşir. Şəhərin bugünkü adı Pyatiqorsk onun əsil adı olan Beş dağ toponiminin rus dilinə tərcüməsi ilə meydana gəlmişdir. Belə ki, məntəqənin öz adını götürdüyü Beştau (hünd. 1402 m.) dağ silsiləsi Maşuk, Keçəl dağ, Kızıl Kurqan, Yutsa və Beş tau dağlarından ibarətdir. 1334-cü ildə bu ərazilərdə olmuş ərəb səyyahı İbn Bəttutə "Biş daq" deyə müasir Pyatiqorsk yerləşən qədim məntəqədən bəhs edir. Rusların XVI əsrdə Qafqazla ilk tanışlığında Beş Daq onların da diqqətini cəlb etmişdir. Hələ 1627-ci ildə tərtib olunmuş Böyük Çertyoj kitabında Beş Dağ ərazilərində müalicəvi isti suların oldu]u göstərilir.1. Pyatiqorskın kurort şəhəri kimi tarixi isə 1803-cü ildə başlayır. 1773-cü ildə rus alimi Qoldenştedt "icti dağ" adlandırdığı Maşuk dağının yamaclarındakı müalicəvi isti kükürdlü suları tədqiq edir. 1774-cü ildə Küçük Qaynarca sülhü şərtlərinə görə Kabarda ölkəsi (Kabarday) Beş Dağ diyarı ilə birlikdə Rusiyaya verildi.2. Dərhal ruslar tərəfindən Suvorovun rəhbərliyi altında 1780-ci ildə Maşukun ətrafında hərbi qala tikildi. Bundan sonra Suvorov Kum (indi Podkumok) çayının üstündə Azov- Mozdok möhkəmlənmiş hərbi xəttində Konstantinoqor ("Konstantin dağı") qalasın; inşa edildi. Tezliklə burada hərbi qüvvələr yerləşdirilən əsgəri slaboda salındı. 1793-cü ildə məşhur səyyah Pallas bu yerləri ziyarət etdi; döyüşlərdə yaralanmış əsgərlərin Beş Dağ sularında çimib sağaldıqlarının şahidi oldu. XIX əsrin ilk çağlarından müalicə və istirahət üçün Rusiyadan axın-axın adamlar gəlməyə başlayır. Onlarla bir sırada buraya köçüb yerləşən ruslar evlər tikib həmişəlik bu cənnət diyarda məskunlaşır. Ruslar məntəqəni sadəcə Qoryaçavodsk "İsti Su" adlandırırdılar. 1822-ci ildə İtaliyadan memaların dəvət olunur və bununla gözəl və planlı bir kurort şəhərinin inkişafı başlanır. Ədirnə sülhündən sonra (1829) baş komandan Paskeviç yeni şəhərin Pyatiqorsk adlandırılmasına əmr verir. 1875-ci ildə Rostov-Vladiqafqaz dəmiryolunun çəkilişi ilə əlaqədar adamların buraya axını daha da güclənir. Pyatiqorsk dəbdə olan kurort şəhərlərindən olmuşdu; Puşkin, Lermontov, Qlinka, Bestujev-Marlinski, Tolstoy, Çexov bu yerlərdə dincəlmiş; Tolstoy bu yerlərin tarixi ilə səsləşən "Kazaklar" əsərini bu şəhərdə yazmışdır
Qardaş şəhərlər
[redaktə | mənbəni redaktə et]- Dubuque, ABŞ
- Kochi, Hindistan
- Panagyurishte, Bolqarıstan
- Trikala, Yunanıstan
- Hévíz, Macarıstan
- Schwerte, Almaniya
İstinadlar
[redaktə | mənbəni redaktə et] Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Rusiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |