Krasnoqvardeysk rayonu (Stavropol diyarı)
Krasnoqvardeysk rayonu | |
---|---|
45°51′ şm. e. 41°31′ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1957 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86541 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Krasnoqvardeysk rayonu (rus. Красногвардейский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Krasnoqvardeyskoe kəndidir. Əhalisi 36 974 nəfərdir (2020).
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Rayon Stavropol diyarının şimal-qərb hissəsində, Rostov vilayəti, Krasnodar diyarı və Kalmıkiya Respublikası ilə sərhəddə yerləşir. Sahəsi 2,236 km² ərazini əhatə edir.
Rayonun ərazisi Stavropol yüksəkliklərinin şimal-qərb ətəyindədir və buradan Azov-Kuban ovalı düzünə keçir. Ərazinindən Yeqorlık çayı və onun qolları - Böyük Qok, Kiçik Qok, Qorkaya Balka, Kalala, Tatarka çayları axır[4].
İqlim kifayət qədər nəm olmayan mülayim kontinentaldır. Orta illik yağıntının miqdarı 472 mm-dir.
Torpaqları əsasən Önqafqaz karbonatlı qaratorpaqları ilə təmsil olunur.
Tarixi
[redaktə | mənbəni redaktə et]1924-cü ildə Stavropol quberniyası eyni adlı dairəyə çevrilir. Qəzalar ləğv edilir və rayonlarla dəyişdirilir. Stavropol dairəsi ərazisinə Medvejenski (mərkəzi - Medvejye kəndi) daxil olmaqla 10 rayon daxil idi.
1934-cü ildə Şimali Qafqaz diyarı Azov-Qara dəniz (mərkəzi: Rostov-na-Donu) və Şimali Qafqaz diyarlarına (mərkəzi: Pyatiqorsk) bölünür. Şimali-Qafqaz diyarı ərazisi keçmiş Stavropol və Tersk dairələrinə daxil olan 17 rayonu əhatə edirdi.
1935-ci ildə Medvejenski rayonu və Medvejye kəndi Evdokimovski rayonu və Evdokimovskoye kəndi olaraq dəyişdirilir (Efim Qeorqieviç Evdokimov şərəfinə - Bolşevik, çekist, Şimali Qafqaz Diyarının Ümumittifaq Kommunist Partiyasının birinci katibi).
1939-cu ildə Evdokimovski rayonunun adı Molotovski, mərkəzi isə Molotovskoye olaraq dəyişdirilir.
22 yanvar 1943-cü ildə Molotov rayonu nasist işğalçılarından azad edildir.
20 iyun 1957-ci ildə Dmitrievski rayonu ləğv edilir ərazisi İpatovski, Trunovski və Molotov rayonlarına verilir.
13 iyul 1957-ci ildə Molotov rayonu Krasnoqvardeyski, Molotovskoe kəndi isə Krasnoqvardeyskoe adlandırılır (Vətəndaş müharibəsi illərində Medvejenski qəzasındakı Sovet hakimiyyətini müdafiə edən Qırmızı Qvardiyanın şərəfinə belə adlandırılmışdır).
1 fevral 1963-cü ildə mövcud 15 kənd rayonu yerinə: Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Alexsandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeyski, Kurski, Levokumski, Mineralovodski, Petrovki, Prikumski və Şapovski rayonları formalaşdırılır. 16 Mart 2020-ci il tarixdən etibarən, 31 yanvar 2020-ci il tarixli 8-kz saylı Stavropol diyarı qanununa əsasən, Krasnoqvardeiski bələdiyyə dairəsinin bütün bələdiyyələri vahid bələdiyyə forması olaraq Krasnoqvardeiski bələdiyyə dairəsinə birləşdirilir. Ərazi vahidi statusunu qoruyur[5][6].
Əhali
[redaktə | mənbəni redaktə et]- Cins tərkibi
2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 19 201 kişi (46,88 %) və 21 756 qadın (53,12 %) yaşayırdı[7].
- Milli tərkib
2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı:
Milliyyət | sayları | faiz |
---|---|---|
ruslar | 37 648 | 91,92 |
qaraçılar | 944 | 2,30 |
ermənilər | 680 | 1,66 |
digərləri[8] | 1685 | 4,11 |
Ümumi | 40 957 | 100,00 |
Yaşayış məntəqələri
[redaktə | mənbəni redaktə et]Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 19 yaşayış məntəqəsini əhatə edir.
Yerli idarəetmə
[redaktə | mənbəni redaktə et]- Rayon rəhbərləri
2004-cü ildən - Aleksandr Alekseeviç Perevertaylov
2016-cı ildən - İşkov Konstantin Alekseeviç
Şəhər bələdiyyəsinin rəhbərləri 2007-2014 - Çernikov Vyaçeslav Dmitrieviç[9]
2014-cü ildən - İşkov Konstantin Alekseeviç[10]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://docs.cntd.ru/document/461506269.
- ↑ 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- ↑ Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года.
- ↑ "Паспорт Красногвардейского муниципального района Ставропольского края. 2018 год" (PDF). Портал органов государственной власти Ставропольского края. 2020-10-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-04.
- ↑ "Закон Ставропольского края «Об административно-территориальном устройстве Ставропольского края»". 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
- ↑ "Закон Ставропольского края «Об утверждении Реестра административно-территориальных единиц Ставропольского края»". 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
- ↑ "Всероссийская перепись населения 2010 года на территории Ставропольского края. Том 3 книга 1 «Национальный состав и владение языками, гражданство»". Сайт Северо-Кавказстата. 2015-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-05.
- ↑ abxazlar (5), avarlar (16), azərbaycanlılar (108), beloruslar (79), yunanlar (37), gürcülər (48), darginlər (99), inquşlar (9), kabardinlər (5), kalmıklar (8), qaraçaylılar (12), koreyalılar (143), kürdlər (328), latışlar (6), ləzgilər (52), marilər (36), moldavanlar (22), mordvalılar (8), almanlar (33), noqaylar (14), osetinlər (19), tabasaranlılar (43), tatarlar (55), udmurtlar (12), özbəklər (15), ukraynalılar (223), çərkəzlər (9), çeçenlər (31), çuvaşlar (7), milli kimlik baxımından başqa çavab verənlər (51), milli kimliyini bildirməyənlər (152)
- ↑ "Черников Вячеслав Дмитриевич". 2016-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-03.
- ↑ "Константин Ишков стал главой администрации Красногвардейского муниципального района". 2018-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-03.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Органы местного самоуправления Красногвардейского района Ставропольского края".
- "Красногвардейский муниципальный район". Портал органов государственной власти Ставропольского края.