Perpendikulyar
Naviqasiyaya keç
Axtarışa keç
Perpendikulyar — həndəsədə iki düz xətt və ya iki müstəvinin (və ya bir düz xətt və bir müstəvi) kəsişdiyində əmələ gətirdikləri qonşu bucaqlar bir-birinə bərabərdirsə kəsişən fiqurlar perpendikulyar olaraq qəbul edilir.
Perpendikulyarlıq simvolu
[redaktə | mənbəni redaktə et]Perpendikulyarlıq simvolu -dır. Məsələn, AB düz xəttinin CD düz xəttinə perpendikulyar olduğunu göstərir.
Perpendikulyar düz xətt çəkmə
[redaktə | mənbəni redaktə et]P nöqtəsindən AB düz xəttinə pərgar və xətkeşdən istifadə edərək perpendikulyar çəkmək üçün aşağıdakı mərhələlər tətbiq edilməlidir:
- 1 (qırmızı): AB düz xətti üzərində P-dən bərabər məsafədə A' və B' nöqtələrini müəyyən etmək üçün P mərkəzli bir çevrə qövsü cızın.
- 2 (yaşıl): İkisi də P nöqtəsindən keçən A' və B' mərkəzli iki çevrə qövsü daha cızın. Bu iki qövsün digər kəsişdiyi nöqtəni Q adlandıraq.
- 3 (mavi): P və Q nöqtələrini birləşdirən perpendikulyar PQ düz xəttini çəkin.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Tanıtım: perpendikulyar animasiyalı izahla birlikdə (ing.)
- Pərgar və xətkeşdən istifadə edərək bir düz xətt parçasını ikiyə bölən perpendikulyar çəkmək animasiyalı izahla birlikdə (ing.)