Mədəni turizm
Tarixi-mədəni turizm və ya Dərketmə turizmi (türk. Kültür turizmi, ing. Cultural tourism) — Təbii, tarixi-mədəni abidələr, muzey, teatr, ictimai tikililər, xalqların həyatı və adət-ənənəsi ilə tanış olmaq məqsədilə həyata keçirilən turizm fəaliyyətidir.[1]
Avropa Birliyi ölkələrini əhatə edən bir tədqiqatın nəticəsində məlum olmuşdur ki, tarixi-mədəni məqsədlərlə səyahət edən turistlərin çoxu yüksək təhsilli və yüksək gəlirli peşə sahibləridir. Məlum olmuşdur ki, yüksək təhsilli turistlərin digər turistlərdən daha çox səfər edirlər.[2]
XXI əsrdə mədəni Turallar yaradıcı (kreativ) turların axtarışındadır. ÜTT_nin 2010-cu ildə Santa Fe Adilov şəhərindəki toplantısında belə ifadə edilmişdi:Tarixi-mədəni turizm, səfər edilən yerdəki əhali ilə və onların mədəniyyətləri ilə tanış olmaq, onların adət-ənənələri ilə tanış olmaq və onları öyrənmək üçün həyata keçirilən turizm fəaliyyətidir [3]
Mədəni turizm anlayışı ilk dəfə 1980-cı illərdə Avropa Birliyinin mədəni kimliyi və mədəni mirasını ortaya çıxarmaq üçün aparılan araşdırmalarda meydana gəldi. Vaxt getdikcə, Mədəni turizm, beynəlxalq turizm bazarında yeni turist məhsulu kimi satışa çıxarıldı.[4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bilalov B.Ə., Gülalıyev Ç.G - Turizmin əsasları. Bakı-2015, "QHT Nəşriyyatı", səh. 496
- ↑ Turizm Araştırmaları Dergisi Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Oter, Z; Özdoğan, O.N., "Kültür amaçlı seyahet eden turistlerde destinasyon imajı:Selçuk-Efes Örneği", Anatolia:TUrizm Araştırmaları Dergisi, Cild 16, Sayı 2, Güz127-12 . İstifadə tarixi:2015-10-16
- ↑ Cultural Tourism 2010 ForeCast Arxivləşdirilib 2012-06-25 at the Wayback Machine Ohridska-Olson, Rossitza, “The Cultural Tourism in 2010: Trends, destinations and business outlook” in Cultural Realms: A blog about the business of cultural and creative tourism. İstifadə tarixi: 2015-10-16
- ↑ Kültür turizmi nedir? Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Kısa-Bilgi.com. İstifadə tarixi: 2015-10-16