Levi Strauss

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Levi Strauss
Doğum tarixi 26 fevral 1829(1829-02-26)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 26 sentyabr 1902(1902-09-26)[1][2][…] (73 yaşında)
Vəfat yeri
Fəaliyyəti sahibkar, dizayner, ixtiraçı
levistrauss.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Levi Strauss (ing. /ˈlv ˈstrs/; anadan olarkən Löb Strauß (Löb Ştraus), alm. /løːp ˈʃtʁaʊs/; 26 fevral 1829[1][2][…], Buttenhaym[d], Bavariya Krallığı26 sentyabr 1902[1][2][…], San-Fransisko, Kaliforniya) — alman əsilli, milliyətcə yəhudi olan amerikalı iş adamı, sənayeçi, ixtiraçı, məşhur "Levi Strauss" və ya "Levi's" brendinin yaradıcısı. İşgüzar şəriki Ceykob Devis ilə birlikdə cins parça materialını icad etmişdir. İlk dəfə cins istehsal edən "Blue jeans" (mavi cins) fabrikinin qurucusudur.

Onun yaratdığı Levi Strauss & Co. şirkəti 1853-cü ildə San-Fransiskoda (Kaliforniya) fəaliyyətə başlamışdır.[3][4]

20 may 1873-cü ildə L. Strauss və Rusiya İmperiyasindan olan emiqrant Ceykob Devis mis pərçimli şalvar üçün patent alırlar. Elə birinci il Strauss 21000 cüt mis pərçimli şalvar və gödəkçə satır.

Vəfatı, vərəsə və irsi

[redaktə | mənbəni redaktə et]

Levi Strauss 26 sentyabr 1902-ci ildə vəfat etmişdir. Evli olmadığı üçün "Levi Strauss & Co." şirkəti qohumlarına keçmişdir.

  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118799142 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 3 4 Levi Strauss // SNAC (ing.). 2010.
  3. Downey, Lynn. "Levi Strauss: a short biography" (PDF). Levi Strauss & Co. 2008. July 23, 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: January 1, 2011.
  4. James Sullivan, Jeans: a cultural history of an American icon (Gotham, 2007).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]