Lamia

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Herbert James Draper tərəfindən çəkilmiş Lamia (1909)

Lamia, qədim yunan mifologiyasında Liviya kraliçası və ya şahzadəsi və Zevsin sevgililərindən biridir. Zevs ilə birlikdə olduqlarına görə Heranın qəzəbinə tuş gəlmiş və vəhşiləşərək öz övladlarını öldürdüyünə görə digər qadınların da, uşaqlarına düşmən olmuşdur. Həmçinin qısqanc Hera, Lamianın gözlərini bağlanmaz bir vəziyyətə gətirərək lənətləmiş və öldürmüş olduğu uşaqlarını mütəmadi olaraq görməsini təmin etmişdir. Ancaq Zevs Lamianın bu halına dözə bilməmiş, onu əvvəlki vəziyyətinə qaytarmış və istifadə etməsi üçün ona xüsusi bir qabiliyyət bəxş edir. Beləliklə yatmasa belə, müvəqqəti də olsa bəxtsizliyinin bəxş etdiyi acıları unuda bilmək üçün gözlərini istədiyi zaman çıxarda bilərdi. Uşaqlarını itirdikdən sonra qəzəbinə görə digər insanlardan qisas almaq məqsədi ilə digər qadınların uşaqlarını oğurlayıb onların qanlarını içir.

Əslində bir qaraçı tərəfindən qaraçının arzusunu yerinə yetirməsi üçün çağırılır. Bunun üçün bir şəxsin hər hansı bir əşyasını götürərək onu lənətləyir və Lamianın həmin əşyanı almağa gəlməsini gözləməyə başlayırlar. Lamia həmin əşyanın sahibini də, özü ilə əbədi cəhənnəmə aparır. Bu lənətdən xilas olmağın yeganə yolu həmin lənətlənmiş əşyanın üç gün müddətində kiməsə verilməsidir. Həmçinin əşyanı alan şəxs də bunu könüllü olaraq qəbul etməlidir. Əks təqdirdə 3 günlük möhlət başa çatdıqdan sonra 4-cü gün Lamia əşyanın sahibini alaraq özü ilə cəhənnəmə aparır.