Konfederasiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Konfederasiya — müstəqil qurumlar və təşkilatlar tərəfindən, suverenliklərini mühafizə etmək şərtiylə, ortaq və məhdud mənfəətlərini təmin etmək məqsədilə müəyyən müqavilə ilə qurulan birliklər.

Konfederasiyada təşkilat və qurumlar ancaq müəyyən və məhdud məqsədlərlə birləşirlər. Konfederasiyanı meydana gətirən konfederasiyon təşkilat və quruluşların xüsusiyyətləri, konfederasiya halında da davam edər. Ortaq mənfəətlərini reallaşdırmağa yarayacaq nisbətdə bir əməkdaşlıq edirlər; bunun xaricində müstəqil təşkilat və quruluşlar kimi sifətlərini, hüquq və vəzifələrini bütünlüklə qoruyurlar.

Konfederasiyaya daxil konfederasiyon təşkilat və quruluşlar istər xarici, istərsə də daxili baxımdan tam mənasıyla öz hakimiyyətlərinə sahibdir. Üzv təşkilat və quruluş dövlət isə digər dövlətlərlə hər cür diplomatik münasibətlərdə ola bilirlər. Konfederasiyon dövlətlər konfederasiyaya daxil dövlətləri heç bir təəhhüd altına soxmadan başqa dövlətlərlə döyüşə girişdikləri kimi, eyni konfederasiyada üzv olan bir dövlət ilə döyüş etdiyi zaman, bu beynəlxalq hüquq baxımından bir vətəndaş müharibəsi hesab olunmur; iki dövlətin müharibəsi sayılır.

Konfederasiyada üzv dövlətlərin nümayəndələrindən meydana gələn bir məclisi vardır. Bu məclis tərəfindən alınan qərarları üzv dövlətlərin də tətbiq edə bilməsi üçün hər dövlətin ayrı-ayrı şəxsən səlahiyyətli orqanın tərəfindən mənimsənərək təsdiq edilməsi lazımdır.

Konfederasiya dövlət birliyi bir andlaşma ilə meydana gəldiyi üçün üzv dövlətlər istədikləri zaman konfederasiyon dövlətdən ayrıla bilərlər. Konfederasiya tipi dövlət birliyinə nümunə olaraq Müstəqil Dövlətlər Birliyi və İngilis Millətlər Birliyi verilə bilər. Tək əksəriyyətdə federasiya dövlət tipini hazırladığı üçün tarixi bir əhəmiyyəti vardır. Həqiqətən bu gün federasiya tipi dövlətlər, bir zamanlar konfederasiya şəklində idilər. Məsələn, İsveçrə 1848-ci il tarixə qədər konfederasiya halında idi. Bu tarixdə bugünkü federal dövlət vəziyyətinə gəldi. Bu gün bir federasiya dövlət şəkli meydana gətirən ABŞ, 1776-cı ildən 1787-ci ilə qədər konfederasiya dövlət şəkli idi. Bugünkü Birləşmiş Almaniya da 1870-ci ilə qədər konfederasiya dövlət vəziyyətində idi. Bu halda tarixi baxımdan konfederasiya, federal dövlət şəklini hazırlayan bir mərhələdir. Baxın. Argentina, Kuba, İspaniya, Kolumbiya, Meksika, Kanada federal dövlətlərə nümunə olaraq verilə bilər. Lakin tam tərsi bir müddət olaraq bir istisna, federasiya dövləti olan Yuqoslaviyanın son iki üzvləri SerbiyaMonteneqro 2003-cü ildə Serbiya və Monteneqro adında bir konfederasiya dövlətinə çevrildi. Amma 2006-cı ildə bu konfederasiya iki üzv ölkənin sonunda yollarını tamamıyla ayırıb müstəqil olunca sona çatdı.