Heksen
Naviqasiyaya keç
Axtarışa keç
Heksen | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C6H12 |
Molyar kütlə | 86,18 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,660 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −157,270 C- dən (2,3-dimetilbuten-1) −74,280 C-yə (2,3-dimetilbuten-2) °S |
Qaynama nöqtəsi | – 41,2470 C (3,3-dimetilbuten-1) – 73,2050 C (2,3-dimetilbuten -2) arasında °S |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 25264-93-1 |
Heksen – alkenlərə aid olan C6H12 tərkibli üzvi birləşmələrin ümumi adıdır.
Quruluşu
[redaktə | mənbəni redaktə et]Heksenlərə karbohidrogenlərin 17 izomeri, o cümlədən, sis- və trans izomerlər aiddir.
- heksen-1 CH2=CH-CH2-CH2-CH2-CH3
- sis-heksen-2 CH3-CH=CH-CH2-CH2-CH3
- trans-heksen-2 CH3-CH=CH-CH2-CH2-CH3
- sis-heksen-3 CH3-CH2-CH=CH-CH2-CH3
- trans-heksen-3 CH3-CH2-CH=CH-CH2-CH3
- 2-metilpenten-1 CH2=C(CH3)-CH2-CH2-CH3
- 3-metilpenten-1 CH2=CH-CH(CH3)-CH2-CH3
- 4-metilpenten-1 CH2=CH-CH2-CH(CH3)-CH3
- 2-metilpenten-2 CH3-C(CH3)=CH-CH2-CH3
- sis-3-metilpenten-2 CH3-CH=C(CH3)-CH2-CH3
- trans-3-metilpenten-2 CH3-CH=C(CH3)-CH2-CH3
- sis-4-metilpenten-2 CH3-CH=CH-CH(CH3)-CH3
- trans-4-metilpenten-2 CH3-CH=CH-CH(CH3)-CH3
- 2-etilbuten-1 CH2=C(C2H5)-CH2-CH3
- 2,3-dimetilbuten-1 CH2=C(CH3)-CH(CH3)-CH3
- 3,3-dimetilbuten-1 CH2=CH-C(CH3)2-CH3
- 2,3-dimetilbuten-2 CH3-C(CH3)=C(CH3)-CH3
Fiziki-kimyəvi xassələri
[redaktə | mənbəni redaktə et]Normal şəraitdə heksenlər rəngsiz mayedirlər, suda həll olmurlar, üzvi həlledicilərdə isə yaxşı həll olurlar. Heksenlər alkenlərin bütün kimyəvi xassələrini daşıyırlar.
Alınması və tətbiqi
[redaktə | mənbəni redaktə et]Heksen-1-i α-olefinlərlə qarışıq halda etilenin oliqomerləşməsindən, parafinlərin termiki krekinqindən, izoheksenləri isə propilenin dimerləşməsindən alırlar. Heksenlər motor yanacaqlarının yüksək oktanlı komponentlərinin tərkibinə daxildirlər. Izoprenin, yuxarı yağ spirtlərinin və s. alınması üçün istifadə olunurlar.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Химическая энциклопедия / Редкол.: Кнунянц И.Л. и др. — М.: Советская энциклопедия, 1988. — Т. 1 (Абл-Дар). — 623 с.