Hacımurad Akkayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hacımurad Akkayev
2011-ci il Dünya çempionatı (Paris, Fransa)
2011-ci il Dünya çempionatı (Paris, Fransa)
Şəxsi məlumatlar
Vətəndaşlığı Rusiya
Milliyəti Balkar
Doğum tarixi (39 yaş)
Doğum yeri Tırnıauz, Kabarda-Balkariya
Boyu 178 sm
İdman növü Ağır atletika
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hacımurad Akkayev (d. 27 mart 1985, Tırnıauz, Kabarda-Balkariya, Rusiya Federasiyası) — balkar əsilli rusiyalı ağır atlet.[1]

Hacımurad Akkayev 27 mart 1985-ci ildə Kabarda-Balkariyanın Tırnıauz bölgəsində anadan olmuş və uşaq yaşlarından ağır atletika ilə məşğul olmağa başlamışdır.

Akkayev 2004 Yay Olimpiya Oyunlarında 94 kq-da yarışmış və gümüş medal qazanmışdır. O, 178 sm hündürlüyə və 105 kq çəkiyə malikdir.[1]

2008 Yay Olimpiya Oyunlarında o, ümumilikdə 402 kq ağırlıq qaldıraraq bürünc medala layiq görülmüşdür.[2] 2016-cı ildə isə steroid testləri pozitiv çıxdıqdan sonra bu medalı əlindən alınmışdır.[3]

Akkayev 105 kq çəkiyə yüksəlmiş və Dmitri Lapikovla Dmitri Klokovu əvəz etmişdir. O, 2011-ci ildə Kazanda keçirilən Avropa AĞır Atletika Çempionatında ümumilikdə 425 kq çəki qaldıraraq çempion olmuşdur.

Akkayev 2012 Yay Olimpiya Oyunlarında iştirak üçün komandaya çağırılsa da, bu yarışda iştirak edə bilməmişdir. Bunun səbəbi onun gözlənilmədən zədə alması idi. 2012-ci il 13 yanvarda Akkayevin 2012 Yay Olimpiya Oyunlarından əvvəl dopinq testlərindən keçə bilmədiyi üzə çıxdı. 2017-ci ilin yanvarında müvəqqəti olaraq yarışlardan kənarlaşdırıldı və nəhayət, 2019-cu ilin yanvarında o, 8 illik yarışlardan kənarlaşdırıldı.[4] Onun bu cəzası 2016-cı ilin 2 avqustundan hesablanır və 2024-cü ilin 1 avqust tarixində bitir.[5]

Dopinq skandalları

[redaktə | mənbəni redaktə et]

Hacımurad Akkayev bir çox beynəlxalq yarışlarda əla nəticələr əldə etməyi bacarsa da, onun karyerasına müxtəlif dövrlərdə baş vermiş dopinq skandalları kölgə salmışdır. İlk belə hal 2012-ci ildə baş vermişdir. Həmin ildə Hacımurad Akkayev 2012 Yay Olimpiya Oyunlarından öncə verilməli olan dopinq testlərini keçə bilməmişdi. İkinci belə hal isə 2017-ci ildə baş vermişdir. Həmin ildə barəsində şübhələr başlayan Hacımurad Akkayev nəhayət 2019-cu ilin yanvarında 8 illik yarışlardan kənarlaşdırıldı. Onun bu cəzası 2016-cı ildən hesablanır və yarışlara geri dönməsinə icazə verilən il 2025-ci ildir. 2025-ci ildə onun artıq qırx yaşı olacaqdır.

Əsas nəticələri

[redaktə | mənbəni redaktə et]
İl Yer Ağırlıq Qarpma (kq) Təmiz & Sarsıntı (kq) Ümumi Sıra
1 2 3 Rank 1 2 3 Rank
Olimpiya oyunları
2004 Afina, Yunanıstan 94 kq 180.0 185.0 187.5 2 215.0 220.0 220.0 4 405.0 Gümüş medal
2008 Pekin, Çin 94 kq 178 182 185 212 215 217 DSQ
Dünya çempionatları
2011 Paris, Fransa 105 kq 190 195 198 Qızıl medal 222 228 232 Qızıl medal 430 Qızıl medal
Avropa çempionatları
2010 Minsk, Belarus 94 kg 180 180 180
2011 Kazan, Rusiya 105 kg 185 190 195 Qızıl medal 220 225 230 Qızıl medal 425 Qızıl medal
  1. 1 2 "AKKAEV Khadzhimurat". International Weightlifting Federation. 2011-05-27 tarixində orijinalından arxivləşdirilib.
  2. "AKKAEV Khadzhimurat". International Weightlifting Federation. 2011-05-27 tarixində orijinalından arxivləşdirilib.
  3. "Doping: 2008 Beijing Olympics medal winners among 16 athletes banned for doping" Arxivləşdirilib 2021-08-09 at the Wayback Machine. bbc.com. 17 November 2016. Retrieved 17 November 2016.
  4. "Arxivlənmiş surət". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  5. "Arxivlənmiş surət". 2019-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.