Həsənqaydı
Naviqasiyaya keç
Axtarışa keç
Həsənqaydı | |
---|---|
39°22′18″ şm. e. 47°04′52″ ş. u.HGYO | |
Ölkə | |
Region | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 420 m |
Saat qurşağı | |
Həsənqaydı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Düzənlikdədir. Vəlixanlı adı ilə də tanınır. Kəndi XIX əsrdə maldarlıqla məşğul olan vəlixanlı tirəsinə mənsub ailələr salmışlar. Yaşayış məntəqəsi Həsənqaydı adlı köhnə kənd yerində salmışdır. Toponimin Həsənqayadın oroniminin təhrif forması olduğu güman edilir. Həsən (ş.a.), qaya (yüksəklik, dağ) və din (yaylaq, düşərgə) komponentlərindən düzəlib, "Həsənqaya yaylağı" mənasındadır.[3]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Bu kəndlər də azad edildi - Prezident elan etdi". qafqazinfo.az (az.). 20 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2020.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |