Şükürbəyli (Cəbrayıl)
Şükürbəyli | |
---|---|
39°19′01″ şm. e. 47°08′35″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 190 m |
Saat qurşağı | |
Şükürbəyli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]1993-cü il oktyabr ayının 23-də Ermənistan Respublikası tərəfindən rus hərbi birləşmələrinin köməkliyi işğal olunub. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Düzənlikdədir. Keçmiş adı Əyrili olmuşdur. Yaşayış məntaqəsi əvvəllər əyrili adlı sahədə salınmış, sonralar yerini dəyişmişdir. Yeni ərazidə kəndin əsasını qoymuş Şükürbəyin adı ilə adlandırılmışdır. Kəndin adı Cavanşir nəslindən olan Şükür bəyin adı ilə bağlıdır. Həmin nəsildən olan şükürbəylilər Füzuli rayonunda da Şükürbəyli kəndinin əsasını qoyublar.[3]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əsas təsərrüfatı heyvandarlıq, əkinçilik idi. Cəbrayıl rayonunun ticarət, gübrə anbarları, tikinti, iaşə, təşkilatları bu kənddə yerləşirdi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Cəbrayılın 9 kəndi işğaldan azad edilib". qafqazinfo.az (az.). 4 oktyabr 2020. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |