Həbib Qaramani
HƏBİB QARAMANİ | |
---|---|
Doğum yeri | |
Vəfat tarixi | 1497 |
Həbib Qaramani (Niğdə ili – 1497) — XV əsr xəlvəti şeyxlərindən biri. Soyunun ata tərəfdən Ömərə, ana tərəfindən isə Əbu Bəkrə çatdığı söylənilir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Həbib Qaramani Qaramanda, Niğdə yaxınlığında, Ortaköy qəsəbəsində doğulmuşdur. O zaman Niğdə Qaramana bağlı olduğundan Qaramani nisbəsini almışdır. Təhsilini tamamladıqdan sonra Sultan Rüknəddin mədrəsəsində müdərrislik etmişdir. Daha sonra Bakıya gələrək Seyid Yəhyaya intisabla tam 12 il onun yanında olmuşdur. Seyri-sülukunu tamamlayaraq icazə və xilafətlə şeyxinin əmri üzərinə Anadoluya xidmət üçün göndərilmişdir. Şeyx Həbib əfəndi uzun müddət Ankarada qalmışdır. Burada Hacı Bayram Vəlinin qəbrini ziyarət etmiş, Ağşəmsəddinlə də bir müddət münasibətdə olmuşdur. Ayrıca Kayseridə Şeyx İbrahim Tənnuri və Nəqşibəndilik təriqəti xəlifələrindən Əmir ilə söhbət etmişdir.
Şeyx Həbib üç dəfə həccə getmişdir. Daima yolçuluq edər, səyahəti çox sevərmiş. Anadoluda bir müddət Qaramanda və Aydında, sonra isə bir çox yerlərdə dolaşaraq xalqı irşad etmişdir. Həbib əfəndi bir müddət İskilipdə qalmış, birda Sultan Bəyazidin xocası Şeyx Muhyiddin Yavsinin qızı, Şeyxülislam Əbu Səid əfəndinin bacısı Ruqiyyə xatun ilə evlənmişdir. Qayınatası ilə aralarında anlaşılmazlıq çıxması üzərinə Amasiyaya köçmüşdür.
Həbib Qaramani 1497-ci ildə vəfat etmişdir. Məzarı Amasiyada Mehmet Paşa Camisinin yanındadır. İskilipdə cami, mədrəsə, zaviyyə və kitabxana inşa etdirmişdir.