Martin Linqs
Martin Linqs | |
---|---|
Doğum tarixi | 24 yanvar 1909[1][2][…] |
Vəfat tarixi | 12 may 2005[1][2][…] (96 yaşında) |
Təhsili | |
Fəaliyyəti | kitabxanaçı, universitet müəllimi[d], yazıçı, tarixçi, şair, filosof |
Vikianbarda əlaqəli mediafayllar |
Martin Linqs və ya Əbu Bəkr Siracəddin (24 yanvar 1909[1][2][…] – 12 may 2005[1][2][…]) — İngiltərəli din tədqiqatçısı[mənbə göstərin]
Həyatı
[redaktə | mənbəni redaktə et]Martin Linqs 1909-cu ildə İngiltərənin Mançester şəhərində dünyaya gəlmişdir. Xristian protestant ailədə göz açsa da, gənclik illərində dini mövzudakı suallara qənaətbəxş cavab tapmaması onun ateizmə meyil göstərməsinə səbəb olmuşdur.
Həyatının sonrakı illərində ədəbiyyat sahəsinə marağı artan Linqs Oksford Universitetində ingilis ədəbiyyatı üzrə təhsil almağa başlasa da, daxilindəki mənəvi boşluq iyirmi beş yaşında onu dünya dinlərini tədqiq etməyə istiqamətləndirmişdir. Nəhayət, İslamla yaxından tanış olmağa başlamış və bu sahədə çoxlu ədəbiyyat mütaliyə etmişdir.
1938-ci ildə Şimali Afrikada səfərdə olarkən orada böyük sufi şeyxi Əhməd Ələvi əş-Şazəli ilə görüşmüşdür. Məhz bu görüş onun həyatının dönüş nöqtəsi hesab edilir. Martin İslamı qəbul edərək Əbu Bəkr Siracəddin adını almış, bir ildən sonra isə Misirə gələrək, Qahirə Universitetində ingilis ədəbiyyatından, əsasən, Şekspirin yaradıcılığından dərs deməyə başlamışdır.
1948-ci ildə İngiltərəyə qayıdan Martin Linqs London Universitetində ərəb dili üzrə mütəxəssis diplomuna yiyələnmiş, 1955-ci ildən başlayaraq uzun müddət Britaniya muzeyinin Şərq əlyazmaları (əsasən ərəbdilli mətnlər) şöbəsinin müdiri vəzifəsində çalışmış və bu sahədə çoxlu tədqiqatlar aparmışdır.
Həyatı boyu İslam dəyərlərinə, müsəlman mədəniyyətinə xüsusi bağlılığı ilə seçilən Martin Linqs (Əbu Bəkr Siracəddin) 2005-ci ilin may ayında 98 yaşında İngiltərədə vəfat etmişdir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- "Qədim inanclar, müasir xurafatlar"
- "İyirminci əsrdə bir vəli"
- "Təsəvvüf nədir?"
- "On birinci saat"
- "Əminlik kitabı"
- "Şekspirin müqəddəs sənəti"
- "Quran xəttatlığı nümunələri"
- "Məhəmməd: ilk mənbələr əsasında Onun həyatı" (ing. Muhammed: His Life Based on The Earliest Sources) — (1983)
Şair ruhlu yaradıcı insan olan Martin Linqsin iki şeir kitabı da işıq üzü görmüşdür. Yazdığı məqalələr isə "Müqayisəli din tədqiqatları", "Rüblük İslam" dərgilərində, həmçinin "Yeni İslam ensiklopediyası" və "Britannika" ensiklopediyasında dərc olunmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Martin Lings // AlKindi.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- 24 yanvarda doğulanlar
- 1909-cu ildə doğulanlar
- 12 mayda vəfat edənlər
- 2005-ci ildə vəfat edənlər
- 96 yaşında vəfat edənlər
- Maqdalin Kollecinin məzunları
- London Universitetinin Şərqşünaslıq və Afrikaşünaslıq Məktəbinin məzunları
- Alim qaralamaları
- İngiltərə uzunömürlüləri
- Mançesterdə doğulanlar
- İngiltərədə vəfat edənlər