Ernst Lüdovik (Böyük Hesse hersoqu)
Ernst Lüdovik | |
---|---|
13 mart 1892 – 9 noyabr 1918 | |
Əvvəlki | IV Lüdovik |
Sonrakı | monarxiya ləğv edildi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 noyabr 1868[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 oktyabr 1937[1][2][…] (68 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı, boyakar[d], şair, əsilzadə, bəstəkar |
Atası | IV Lüdovik |
Anası | Alis (Birləşmiş Krallıq şahzadəsi) |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Ernst Lüdovik (alm. Ernst Ludwig Karl Albrecht Wilhelm von Hessen-Darmstadt; 25 noyabr 1868[1][2][…], Darmştat[3] – 9 oktyabr 1937[1][2][…]) — son Böyük Hesse hersoqu.
Böyük Hesse hersoqu IV Lüdovik və Birləşmiş Krallığın şahzadəsi Alisin yetkinlik yaşına çatan yeganə oğludur. Dörd bacısıyla birlikdə uşaqlıq illəri Darmştadtda keçdi. 1892-ci ildə atasının vəfatının ardından taxta çıxdı. Birinci Dünya müharibəsi illərində Almaniya imperatoru II Vilhelmin qərargahında quru qoşunları generalı olaraq xidmət etdi. Rusiyada baş tutan Fevral inqilabının ardından Rusiyada yaşayan 2 bacısı da bolşeviklər tərəfindən öldürüldü. Müharibənin ardından taxtdan çəkilməkdən imtina etsə də, Noyabr inqilabının ardından monarxiya ləğv edildi və səltənətini itirdi.
1937-ci ilin oktyabrında Darmştadt yaxınlığındakı mülkündə vəfat etdi və 16 noyabrda keçirilən dövlət mərasimiylə dəfn olundu.
Ailəsi
[redaktə | mənbəni redaktə et]19 aprel 1894-cü ildə Koburqda dayısı Şahzadə Alfredin qızı Viktoriya Melita ilə evləndi. Hər ikisinin də nənəsi olan Kraliça Viktoriya bu evliliyi dəstəkləyənlər arasında idi. Eyni toy mərasimində bacısı Aliks də Rusiya taxt-tacının varisi çareviç Nikolay Aleksandroviçlə nişanlandı.
Cütlüyün bu nigahdan 2 övladı doğulsa da, heç biri yetkinlik yaşına çatmadı.
Bu evlilikdə xoşbəxt olmayan cütlük boşanmaq istəsə də, nənələri Kraliça Viktoriya bu boşanmaya etiraz etdi. Nəhayət, Kraliça Viktoriyanın 1901-ci ilin yanvarında vəfat etməsinin ardından cütlüyün boşanması qarşısındakı ən güclü maneə qalxmış oldu və həmin ilin dekabrında cütlük boşandı. Boşandıqdan sonra Rumıniya kraliçası olan bacısı Edinburqlu Mariyaya yazdığı məktubunda ərini homoseksuallıqla günahlandırdı və saraydakı bir gənc xidmətçiylə ərini yataqda tutduğunu yazdı.
Boşanmasının ardından 2 fevral 1905-ci ildə Darmştadtda Şahzadə Elyanora ilə evləndi və bu nigahdan 2 oğlu dünyaya gəldi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Sovereign Ordonnance of 23 April 1865
- Württemberg (1873). Hof- und Staats-Handbuch des Königreichs Württemberg: 1873. p. 31
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Ernest Louis // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Lundy D. R. Ernst Ludwig Karl Albert Wilhelm Großherzog von Hessen und bei Rhein // The Peerage (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118530933 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.