Dmitri Mendeleyev
Dmitri Mendeleyev | |
---|---|
rus. Дмитрий Иванович Менделеев[1] | |
Doğum adı | Дмитрій Ивановичъ Менделѣевъ |
Doğum tarixi | 27 yanvar (8 fevral) 1834[3][4][…] |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar (2 fevral) 1907[3][5][…] (73 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ağciyər iltihabı[3][1] |
Dəfn yeri | |
Həyat yoldaşları | |
Uşaqları | |
Atası | İvan Pavloviç Mendeleyev[d] |
Elm sahələri | kimya[1], fizika, iqtisadiyyat[1], geologiya[1], metrologiya[1], Kimyəvi element[2], Kimyəvi elementlərin dövri cədvəli[2] |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Elmi rəhbəri | Aleksandr Abramoviç Voskresenski |
Tanınmış yetirmələri | Sergey Prokudin-Qorski |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Dmitri İvanoviç Mendeleyev (27 yanvar (8 fevral) 1834[3][4][…], Tobolsk, Tobolsk quberniyası[d], Rusiya imperiyası[3][8][…] – 20 yanvar (2 fevral) 1907[3][5][…], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası[5][8][…]) — Rusiya alimi və ictimai xadimi, kimyaçı, fizik, iqtisadçı, texnoloq, geoloq, meteoroloq, pedaqoq, ensiklopediyaçı, kimyəvi elementlərin dövri cədvəlinin yaradıcısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Dmitri Mendeleyev 1834-cü ildə Tobolskda anadan olmuşdur. Onun portretinə və tərtib etdiyi kimyəvi elementlərin dövri cədvəlinə hər bir orta məktəbin kimya kabinetində rast gəlmək olar. Maraqlıdır ki, o, özünün elementlər cədvəlini yuxuda görmüş və bunu öz dostuna danışmışdı:
Yuxuda bütün elementlərin lazımi qaydada düzüldüyü cədvəl gördüm. Oyanan kimi, gördüklərimi bir parça kağıza köçürdüm. Yalnız bir yerdə düzəliş etmək lazım gəldi. |
Müasirlərinin fikrincə, kimyəvi elementlərin atom çəkisindən asılı olaraq xassələrinin dəyişməsi barədə qanunun Mendeleyev tərəfindən kəşf edilməsi kimya elmini xeyli zənginləşdirmişdir.
Ən maraqlısı budur ki, onun yazdığı 500-dən çox elmi əsərin yalnız 9%-i kimya elmindən bəhs edir! Ensiklopedik biliyə malik bu insanın elmi fəaliyyəti çoxşaxəli olmuşdur. D. Mendeleyev fizika, metrologiya, hava uçuşları, meteorologiya, kənd təsərrüfatı, iqtisadiyyat, hətta xalq maarifi ilə məşğul olur, neftin emalı üsullarını öyrənirdi. Asudə vaxtında isə çamadan tikirdi! Alim yazırdı: "Özüm də təəccüblənirəm ki, elmi həyatımda nələr etmişəm".
D. Mendeleyev fotoqrafiyaya böyük maraq göstərirdi. Fotoaparatla elmi təcrübələrin müxtəlif məqamlarını çəkirdi. Sonralar incəsənəti təbliğ etmək üçün rəssamların əsərlərinin fotoreproduksiyalarını toplamağa başladı. O, hətta "Qolos" qəzetində mənzərə əsərinin insanın psixikasına, özünü təbiətin bir parçası kimi dərk etməsinə necə təsir göstərdiyi barədə məqalə dərc etdirmişdi.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Məşhur kimyaçı M. Cua yazırdı: "O, XIX əsrin ən dahi kimyaçılarından biridir; birləşmələrin fiziki konstantına dair çoxsaylı ölçülər aparmışdır (həcmləri, genişlənmələr və s.). Donetsk daş kömür yataqlarını tədqiq etmiş, məhlulların hidrat nəzəriyyəsini işləmişdir. "Kimyanın əsasları"nı yazmışdır (1868–1871) — Bu əsər qeyri-üzvi kimya alimlərinin tədqiqlərinə ciddi təsir etmişdir".[9]
D. Mendeleyev kimya, kimya texnologiyası, fizika, iqtisadiyyat, texnologiya, geologiya, meteorologiya, dirijabl uçuşu, kənd təsərrüfatı, xalq maarifi və istehsalat qüvvələrinin inkişafı ilə bağlı bir çox dəyərli tədqiqatların müəllifidir.
Mendeleyev 1854–1856-cı illərdə kristallarda izofirizm halını tədqiq etmiş, birləşmələrin kristal forması ilə kimyəvi tərkibi arasında əlaqəni müəyyənləşdirmiş, eləcə də kimyəvi elementlərin xüsusiyyətlərinin onların atom kütləsindən asılılığını kəşf etmişdir.
1860-cı ildə duru maddələrin mütləq qaynama temperaturunu və ya "böhran temperaturu" anlayışını kəşf etmişdir.
16 dekabr 1860-cı ildə o yazırdı: "…mənim fəaliyyətimin əsas predmeti fiziki kimyadır".[10]
D. İ. Mendeleyev Rusiyada ilk "Üzvi kimya" (1861) dərsliyinin müəllifidir.
1859-cu ildə piknometr quraşdırır. Cihaz vasitəsilə mayenin qatılığını müəyyənləşdirmək mümkün olur. 1865–1887-ci illərdə məhlulların hidrat nəzəriyyəsini işləyib hazırlayır. Həmçinin, dəyişik tərkibli birləşmələrin mövcudluğu ideyasını irəli sürür.
Qaz mühitünü tədqiq edərək, Mendeleyev 1874-cü ildə ideal qazın ümumi tənliyini tərtib edir. Bu 1834-cü ildə fizik Klapeyronun kəşf etdiyi qazın vəziyyətinin temperaturdan asıllılığı barədə qanuna ciddi əlavə idi. Sonradan bu bərəbərlik Klapeyron-Mendeleyev bərabərliyi adlandırıldı.
1877-ci ildə Mendeleyev neftin ağır led zeppelin yaranması nəzəriyyəsini irəli sürür. Ancaq bu ideya hazırda qəbul edilmir. Həmçinin neftin hissə-hissə ötürülməsi təklifini irəli sürür. O, Rusiyanın Sankt-Peterburq şəhərində 20 yanvar 1907-ci ildə 72 yaşında vəfat etmişdir. Vəfatından sonra da dövri cədvəl dəyişməz halda bu dövrə gəlib çatmışdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Летопись жизни и деятельности Д. И. Менделеева. Ответственный редактор А. В. Сторонкин. "Наука". Ленинград. 1984 (rus dilində)
- Л. А. Чугаев. Дмитрий Иванович Менделеев. Биография русского гения. // Экология и жизнь, № 1, 2009.(rus dilində)
- Манолов К. Великие химики. В 2-х томах. Т. II Arxivləşdirilib 2010-03-12 at the Wayback Machine, 3-е изд., Мир, 1985, 440 c.(rus dilində)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 https://www.biography.com/people/dmitri-mendeleyev-9405465.
- ↑ 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 5 6 7 Чугаев Л. Менделеев, Дмитрий Иванович (rus.). // Новый энциклопедический словарь СПб: 1915. Т. 26. Мацеевский — Молочная кислота. С. 263–269.
- ↑ 1 2 Чельцов И., В. К. Менделеев, Дмитрий Иванович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XIX. С. 82–85.
- ↑ 1 2 3 4 Mendeléeff, Dmitri Ivanovich (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911.
- ↑ 1 2 МЕНДЕЛЕЕВ // Большая российская энциклопедия. Электронная версия (rus.). Большая российская энциклопедия, 2016.
- ↑ 1 2 NNDB (ing.). 2002.
- ↑ 1 2 3 4 Погодин С. А. Менделеев Дмитрий Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1974. Т. 16 : Мёзия — Моршанск. С. 67–69.
- ↑ Джуа М. История химии.: — М. Мир, 1966.
- ↑ Младенцев М. Н., Тищенко В. Е. Дмитрий Иванович Менделеев, его жизнь и деятельность. М.—Л., 1938. Т. С. 254–256
- 8 fevralda doğulanlar
- 1834-cü ildə doğulanlar
- Rusiya imperiyasında doğulanlar
- 2 fevralda vəfat edənlər
- 1907-ci ildə vəfat edənlər
- 73 yaşında vəfat edənlər
- Sankt-Peterburqda vəfat edənlər
- Literatorski mostkidə dəfn olunanlar
- Sankt-Peterburq İmperator Universitetinin müəllimləri
- Sankt-Peterburq Dövlət Universitetinin müəllimləri
- Baş Pedoqoji İnstitutunun məzunları
- Sankt-Peterburq Dövlət Universitetinin məzunları
- Sankt-Peterburq Dövlət Texnologiya İnstitutunun məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- Prussiya Elmlər Akademiyasının üzvləri
- Serbiya Elm və İncəsənət Akedemiyasının üzvləri
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Göttingen Elmlər Akademiyasının üzvləri
- Sankt-Peterburq Elmlər Akademiyasının üzvləri
- Macarıstan Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif olunanlar
- Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilənlər
- Ağ qartal ordeni (Rusiya) kavalerləri
- II dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- I dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- II dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- Fəxri Legion ordeninin kavalerləri
- Copli medalı ilə təltif edilənlər
- Demidov mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Rusiya alimləri
- Rusiya kimyaçıları
- Poçt markalarında şəxslər
- London Kral Cəmiyyətinin əcnəbi üzvləri