Cimi Hendriks

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cimi Hendriks
Jimi Hendrix
Cimi Hendriks, 1968-ci il
Cimi Hendriks, 1968-ci il
Ümumi məlumatlar
Digər adı Ceyms Marşall Hendriks
Doğum adı Conni Allen Hendriks
Ləqəbi Cimmi Ceyms
Doğum tarixi
Doğum yeri Sietl, Vaşinqton, ABŞ
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri London, İngiltərə
Vəfat səbəbi boğulma
Musiqiçi məlumatları
Fəaliyyəti
  • Müğənni
  • gitaraçı
  • bəstəkar
Fəaliyyət illəri 1962–1970
Janrlar
Musiqi alətləri
Səs tembri bariton
Albom şirkətləri
Əlaqələri
Mükafatları əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı
İmzanın şəkli
jimihendrix.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Marşall "Cimi" Hendriks (ing. James Marshall "Jimi" Hendrix, doğum adı Conni Ellen Hendriks, ing. Johnny Allen Hendrix; d. 27 noyabr 1942 – ö. 18 sentyabr 1970, Sietl, Vaşinqton, ABŞ) — ABŞ müğənnisi, gitaraçı və bəstəkar. O elektrik gitarada psixodelik rok musiqisini blüz musiqisi ilə sintez edən virtuoz hesab olunur. Hendriks, karyerasının cəmi dörd il davam etməsinə baxmayaraq, populyar musiqi tarixində ən böyük və ən təsirli elektrik gitara ifaçılarından biri kimi qəbul edilir və 20-ci əsrin ən populyar musiqiçilərindən biri hesab olunur. Rok-n-roll şöhrət zalı (ing. Rock and Roll Hall of Fame) onu "rok musiqisi tarixində bəlkə də ən böyük instrumental ifaçı" kimi təsvir etmişdir.[1]

Hendriks gitara çalmağa 15 yaşında başlamışdır. 1961-ci ildə ABŞ ordusuna qoşulmuş, lakin bir il sonra ordudan tərxis edilmişdir. Bundan sonra o, Tennessi ştatının Klarksvill və daha sonra Neşvill şəhərlərinə köçmüş və müxtəlif səhnələrdə çıxışlar etməyə başlamışdır. O, Isley BrothersLitl Riçard, sonralar Curtis Knight and the Squires kimi ifaçılarla birgə fəaliyyət göstərmiş və 1966-cı ilin sonlarında The Animals qrupunun basçısı Ças Çendler onun meneceri olduqdan sonra İngiltərəyə köçmüşdür. Bir neçə ay ərzində Hendriks, basçı Noel Reddinq, zərbçi Mitç Mitçell ilə birgə The Jimi Hendrix Experience qrupunda "Hey Joe", "Purple Haze" və "The Wind Cries Mary" mahnıları ilə İngiltərədə ilk onluğa daxil olan üç hit yazmışdır. 1967-ci ildə Monterey Pop Festivalında çıxışı ilə ABŞ-də məşhurlaşmış və 1968-ci ildə üçüncü və son studiya albomu olan "Electric Ladyland" ilə ABŞ-də bir nömrəyə yüksəlmişdir. Hendriks, 1969-cu ildə "Vudstok" festivalında və 1970-ci ildə "Ayl-of-Vayt" festivalında çıxışlar etmişdir. 1970-ci ilin sentyabrında, 27 yaşında Londonda boğulma nəticəsində vəfat etmişdir.

  1. "Biography of the Jimi Hendrix Experience". Rock and Roll Hall of Fame. Archived from the original on February 1, 2013. Retrieved February 25, 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]