71°00′00″ şm. e. 41°00′00″ ş. u.HGYO

Barens dənizi

Vikipediya, azad ensiklopediya
(Barens dəniz səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Barens dənizi
rus. Moре Баренца
Ümumi məlumatlar
Tip Materik kənarı
Mütləq hündürlüyü 0 m
Sahəsi 1 424 000 km²
Həcmi 282,000 km³
Dərin yeri 600 m
Orta dərinliyi 222 m
Tökülən çay Peçora
Yerləşməsi
71°00′00″ şm. e. 41°00′00″ ş. u.HGYO
Ölkələr
Üst akvatoriyası
Yerləşməsi Şimali Avrasiya
Barens dənizi xəritədə
Barens dənizi
Barens dənizi
Barens dənizi (Avropa)
Barens
dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Barens dənizi (norv. Barentshavet; 1853-cü ilə qədər Murman dənizi) — Şimal Buzlu okeanın ucqar dənizidir. O RusiyanınNorveçin sahillərini əhatə edir. Holland səyyah Vilyam Barensin şərəfinə belə adlandırılmışdır.

Dəniz Avropanın şimal sahili və Şpisbergen, Frans İosifin torpağı və Novaya Zemlya arxipelaqları ilə məhdudlaşmışdır. Dənizin sahəsi 1424 min km²-dir. 600 m-a qədər dərinliyə malikdir. Dəniz kontinental şelfdə yerləşmişdir. Dənizin cənub-qərb hissəsi qışda Şimali-Atlantika cərəyanının təsirinə görə donmur. Cənub-şərq hissəsi Peçora dənizi adlanır. Barens dənizi nəqliyyat və balıqçılıq üçün böyük əhəmiyyətə malikdir — burada böyük limanlar yerləşmişdir (Murman və Vardyo limanı (Norveç)).

Atlantik okeandan gələn isti və duzlu su axınları nəticəsində ilboyu buz tutmur.