Bismark dənizi
Bismark dənizi | |
---|---|
ing. Bismarck Sea | |
| |
Ümumi məlumatlar | |
Tip | Adalar arası |
Sahəsi | 310,000 km² |
Eni | 577 km |
Dərin yeri | 2665 m |
Orta dərinliyi | 1700 m |
Duzluluğu | 34 ‰ |
Yerləşməsi | |
3°53′10″ c. e. 148°42′39″ ş. u.HGYO | |
Ölkə | Papua-Yeni Qvineya |
Üst akvatoriyası | |
Yerləşməsi | Okeaniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bismark dənizi (ing. Bismarck Sea), (Bəzən dənizi Yeni Qvineya dənizi adlandırırlar) — Sakit okeanın qərb hissəsində, Bismark arxipelaqında olan adalar daxilində yerləşir. Sahəsi 310,000 km², orta dərinliyi 1700 m, ən dərin yeri isə 2665 m təşkil edir. Dəniz dibi akkumluyativ suxurları ilə örtülüdür. Dənizdə yerləşən adaların böyük əksəriyyəti vulkan məşəllidir. Sahilləri çox girintili-çıxıntılıdır. Mərcan rifləri ilə zəngindir. Yeni Qvineya sahillərindən Yeni Qvineya cərəyanı keçir. Onunda sürəti 50-75 sm/san təşkil edir, boğazlarda isə axınların sürəti daha yüksəkdir. İl boyu temperatur yüksək olur, illik temperatur 28 s təşkil edir. Duzluğu 34 ‰ təşkil edir. Yağışlar mövsümündə duzluluq nisbətən aşağı düşür. Əsas limanları: Madanq (Yeni Qvineya), Rabual (Yeni Britaniya). Dənizin örgənilməsində rus səyyahı Nikolay Mikluxo-Maklayın böyük rolu olmuşdur.
Maraqlı fakt
[redaktə | mənbəni redaktə et]2-4 mart 1943-ci ildə Amerika-Avstraliya qüvvələri ilə Yapon qüvvələ arasında İkinci Dünya müharibəsi tarixinin ən əhəmiyyətli döyüşlərindən biri baş vermişdir. ABŞ-Avstraliya aviasiyası yapon donanmasında yayınmağı bacararaq, onlara qarşı əks həmləyə keçişdilər. Bu hücum nəticəsində 3220 nəfər həlak olur və yaponlar məğlub edilir. Həmlədə ölənlərin böyük əksəriyyəti təyyarədən açılan plemyot atəşi ilə məhv edilmişdir[1].
İstinad
[redaktə | mənbəni redaktə et]- ↑ "Gün 02-03-1943: Bismark dənizində döyüş. 114". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-31.