Azərbaycan Dövlət Bankı (1919)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Dövlət Bankı
Yerləşməsi
Ölkə
Ümumi məlumatlar
Yaranma tarixi 30 sentyabr 1919
Sədr Əliağa Həsənov
Valyuta Azərbaycan rublu
Əliağa HəsənovAzərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri olmuş, 1919-cu ilin dekabrından (Sovet dövrü də daxil olmaqla) Dövlət Bankının müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Dövlət BankıAzərbaycan Xalq Cümhuriyyəti maliyyə siyasətinin həyata keçirilməsini təmin edən mühüm dövlət qurumu.[1][2]

Yaradılmasında məqsəd

[redaktə | mənbəni redaktə et]

Dövlətin maliyyə-iqtisadi müstəqilliyinin təmin edilməsi məqsədilə yaradılmışdı.[2] Belə ki, Rusiya Mərkəzi Bankının Bakıdakı şöbəsi Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran mühüm dövlətçilik vəzifələrini yerinə yetirə bilməzdi. Buna görə də, Hökumət 1919-cu il martın 7-də ADB-nın təşkili barədə layihəni bəyəndi və bankın nizamnaməsini hazırlamağı maliyyə nazirinə tapşırdı.[3] 1919-cu il, mayın 20-də ADB-nın nizamnaməsi Nazirlər Şurasına təqdim olundu.[1]

Nizamnamə hazırlanarkən Rusiya Dövlət Bankının nizamnaməsi əsas götürülmüş, lakin bir sıra dəyişikliklər və ixtisarlar edilmişdi. Məsələn, banka qanunvericilik qaydasında müəyyən olunmuş əsaslarla pul nişanları buraxmaq hüququ verilmişdi, mərkəzi idarənin və onun ayrı-ayrı qurumlarının tərkibi ixtisar olunmuş, eyni zamanda, mərkəzi idarə Bakı şəhərindəki əməliyyat şöbəsi ilə birləşdirilmişdi, bankın yerli strukturlarının şöbə və agentlik hesab edilməsi məqbul sayılmamış, yaradılması nəzərdə tutulan strukturların hamısı bölmə adlandırılmışdı.[1] Onların ştat cədvəli, hüquq və vəzifələri də buna müvafiq olmalı idi. Nizamnaməyə görə, ADB-nın vəzifələri kommersiya banklarının vəzifələrindən geniş idi və o dövlət xarakterli bir sıra tapşırılqarı, o cümlədən pul emissiyasının yerinə yetirməsi dövlətin maliyyə aparatı kimi müvafiq hallarda digər ölkələrin eyni orqanları ilə sazişlər bağlanması, valyuta məsələsinin tənzimlənməsi və s. funsksiyaları yerinə yetirməli idi.[1]

ADB haqqında hazırlanmış qanun layihəsi 1919-cu il, mayın 26-da Hökumət tərəfindən bəyənildi və Parlamentin təsdiqinə verildi.[4] Layihə təsdiq olunana qədər isə iyunun 2-də Hökumət Dövlət bankı haqqında məsələnin müzakirəsi üçün özünün və Bakıdakı Britaniya qoşunları komandanlığının nümayəndələrindən ibarət komissiyanın təşkili barədə qərar qəbul etdi. İyunun 9-da Hökumət Dövlət bankının bütün aktiv və passivləri ilə birlikdə Azərbaycan hökumətinə verilməsi barədə Britaniya komandanlığı qarşısında məsələ qaldırdı. Avqustun 25-də qəbul olunmuş qərara əsasən, Maliyyə Nazirliyinin kredit şöbəsinin neft sənayeçilərinə ayırdığı borclar ADB-yə verildi.

Azərbaycan hökumətinin 25 avqust 1919-cu il tarixli qərarı ilə maliyyə nazirinin müavini, Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü Mark Mixayloviç Abezquza 1 yanvar 1920-ci ik tarixinədək Dövlət Bankına müvəqqəti rəhbərlik həvalə olundu.[5]

Bankın təsis edilməsi ölkənin iqtisadi-təsərrüfat həyatını möhkəmləndirmək zərurətindən irəli gəlmişdi. Kredit banklarına ümidini itirən əhali əmanətlərini oraya qoymurdu. Bu da əhalidə çox böyük məbləğdə dövriyyədən çıxmış pulun yığılıb qalmasına səbəb olmuşdu. Nəticədə, əlavə kağız pul kəsilməsi zərurəti doğurur, manatın alıcılıq qabiliyyətinə mənfi təsir göstərirdi. ADB-nin məqsədi pul tədavülünü asanlaşdırmaq, milli ticarət, sənaye və kənd təsərrüfatına yardım etmək, habelə pul sistemini möhkəmləndirmək idi. İlk vaxtlar bankın əsas kapitalı 500 milyon, ehtiyat kapitalı isə 20 milyon manata bərabər idi. Əsas kapitalı yaratmaq üçün Hökumət ADB-yə, əlavə olaraq 50 milyonluq Azərbaycan və Zaqafqaziya bonu verdi. Beləliklə, bank kağız pul kəsmək üçün müstəsna hüquqa malik oldu.[2]

ADB-yə bankirlər şurası rəhbərlik edirdi. 1919-cu il, sentyabrın 18-də Dövlət bankının nizamnaməsi təsdiqləndi, sentyabrın 30-da onun təntənəli açılışı oldu. 1919-cu il sentyabrın 1-dən fəaliyyətə göstərən Gəncə bankı isə oktyabrın 25-də qəbul olunmuş qanunla Dövlət bankının şöbədi statusunu aldı[2].

  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
  1. 1 2 3 4 Azərbaycan tarixi 7 cilddə V cild, Bakı, 2001.
  2. 1 2 3 4 Azərbaycan cümhuriyyəti (1918–1920), Bakı, 1998.
  3. Qanunverici aktlar, 1998. səh. 463
  4. Qanunverici aktlar, 1998. səh. 565
  5. Qanunverici aktlar, 1998. səh. 652