Bakı Şəhər İctimai Özünüidarəsi
Bakı Şəhər İctimai Özünüidarəsi | |
---|---|
Ümumi məlumatlar | |
Növü | bələdiyyə |
Təsis tarixi | 18 sentyabr 1918 |
Ləğv olunma tarixi | 28 aprel 1920 |
Əvvəlki orqan | Bakı Şəhər Duması |
Sonrakı orqan | Bakı Şəhər Xalq Deputatları Soveti |
İdarə heyəti | |
Qasım Qasımzadə | |
Quruluşu | |
Üzvlərin sayı | 80 |
Qeydlər | |
18 sentyabr 1918 tarixindən 28 aprel 1920 tarixinədək fəaliyyət göstərmişdir. | |
Bakı Şəhər İctimai Özünüidarəsi — Bakı şəhərinin özünüidarə orqanı vəya bələdiyyə.
Tarixi
[redaktə | mənbəni redaktə et]Rusiya senatının 1877-ci il 24 may tarixli qərarına əsasən 1878-ci ildə Bakı Şəhər Duması yaradılmışdı. Fevral inqilabından sonra ləğv edilmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918, sentyabr) isə fəaliyyəti bərpa olunmuşdu.
1918-ci il iyulun 30-da Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti İctimai Özünüidarələrinin fəaliyyətinin bərpa olunması haqqında qərar qəbul etdi. Sentyabrın 18-də isə Bakı Şəhər İctimai Özünüidarəsi Rusiya Müvəqqəti hökumətinin 1917-ci il 9 iyun tarixli qanunu əsasında seçilmiş tərkibdə bərpa edildi. Şəhər dumasına tərkibini, öz mülahizəsinə görə, artırıb 80 nəfərə çatdırmaq, həmçinin, şəhər idarəsi işçilərinin sayını artırmaq hüququ verildi.[1]
Dumanın 19 sentyabrda şəhər başçısı Pyotr İlyuşkin sədrliyi ilə iclası keçirilmiş iclasda keçmiş deputatlar haqqında məlumat toplamaq üçün xüsusi komissiya yarandı. Sentyabrın 21-də keçirilən iclasa bu komissiyanın sədri Qasım Qasımzadə 1917-ci ildə seçilən 105 Duma üzvdən 34-nün (10-u azərbaycanlı, 24-ü qeyri-millətlər) şəhərdə olduğunun məlumatını verdi. Komissiya Dumanın tərkibini yeni deputatlar hesabına bərpa etmək üçün 46 nəfərin (33-ü azərbaycanlı, 13-ü qeyri-millət) namizədliyi açıq səs vermə yolu ilə qəbul edilmişdir.
Bələdiyyənin yeni tərkibi əvvəlki Duma tərkibindən fərqlənirdi. Beləki Sosialist blokunun 25 deputatından yalnız 8-i (6-sı Rusiya Sosial Demokrat Fəhlə Partiyası, 2-si Sosialist İnqilabçılar Partiyası) fəaliyyət göstərirdi. Boş qalan yerlərdən 6-sı Rusiya Sosial Demokrat Fəhlə Partiyası, 11-i isə Sosialist İnqilabçılar Partiyasından seçilməli idi. Həmçinin Daşnaksutyunun 18 yeri, Rus Demokratik Cəmiyyətinin isə 2 yeri boş idi. Bu yerlər həmin fraksiyalara veriləcəkdi. Bu təqdirdə deputat sayı 113-ə yüksələcək və tərkib belə olacaqdı: Müsavat və bitərəf azərbaycanlılar qrupu 43, Daşnaktsutyun 18, Sosialist İnqilabçılar Partiyası 13, Rusiya Sosial Demokrat Fəhlə Partiyası 12, Sosial Demokrat Hnçak Partiyası 8, Xalq Azadlığı Partiyası 7, Birlik qrupu 4, Yəhudi qrupu 2, Rus Demokratik Cəmiyyəti 2 və bitərəf ruslar 2.
Şəhər Özünüidarəsinin fəaliyyəti bərpa edilərkən deputatların xeyli hissəsi olmadığından (anarxiya zamanı qaçıb dağılışmışdılar), hökumətin icazəsi ilə Dumanın özünün daxil etdiyi şəxslər hesabına Bakı Şəhər Dumasının tərkibi tamamlanmışdı.[2] Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi.[3] Bu dövrdə deputatlarının artıq yarıdan çoxu azərbaycanlılar idi.
1919-cu il yanvarın 27-də isə şəhərlərin, o cümlədən Bakı Şəhər İctimai Özünüidarəsi deputatlarının səlahiyyəti, aprelin 1 -dən gec olmayaraq, yeni seçkilər keçirilməsi şərti ilə uzadıldı. İdarənin fəaliyyətinə nəzarət qubernatora və daxili işlər nazirinə həvalə olunmuşdu.
Tərkib
[redaktə | mənbəni redaktə et]Mənbə: [3]
Duma üzvləri
[redaktə | mənbəni redaktə et]- Abram Benyaminoviç Roxlin
- Aleksey Mitrofanoviç Ammosov
- Aleksey Petroviç Deliçın
- Pavel Makaroviç Qara Mirzə
- Mixail Froloviç Podşibyakin
- Boris Konstantinoviç Finkelşteyn
- İosif Xaimoviç Anşeles
- Eruxim Zalmanoviç Blyumşteyn
- Nikolay İvanoviç Drujinin
- Anton İvanoviç Neşeretov
- Aleksandr İsidoroviç Okinşeviç
- İzrail Mark Mixayloviç Abezquz
- Bençion Volf Vladimir Sauloviç Beynşal
- Miron Yakovleviç Şor
- Hacı ağa Babayev
- Kərbəlayi Hüseyn Hacıyev
- Mahmud Quliyev
- Ağa Zeynal Tağıyev
- İosif Feodroviç Blinov
- Venedikt Arseneviç Badayev
- Astvaçatur Qeorqiyeviç Vaçyanç
- Tiqran Asaturoviç Zaxaryan
- Stepan Serqeeviç Taqianosov
- Qayk Boqdanoviç Ter-Mikaelyan
- Əliağa Həsənov
- Qasım Qasımzadə
- Əbülfəz Qarayev
- Heybətqulu Məmmədbəyov
- Vladimir Aleksandroviç Bakradze
- Sultan Məcid Qənizadə
- Mir Yaqub Mehdiyev
- İlyas Cəfərov
- Stepan Vasilyeviç Mamanov
- Pyotr Yakovleviç Osadko
Yeni seçilən üzvlər
[redaktə | mənbəni redaktə et]- Yakov Petroviç Kaplan
- Lev Veniaminoviç Perçixin
- Məlik bəy Sultanov
- Məhəmməd xan Təkinski
- Ağa bəy Səfərəliyev
- Qasım Cəfərov
- Ağabala Quliyev
- Abbas Eyvazov
- Muxtar Əliyev
- Əli Abbas Aşurov
- Əsəd bəy Əmirov
- Arseniy Nikolayeviç Saparov
- Vladimir Vasilyeviç Smirnov
- Arşak Arutyunoviç Paronyan
- Mixail Norsesoviç Atabəyov
- Qeqam İosifoviç Konstanyanç
- Bəhram bəy Mirzə Cəfər bəy oğlu Axundov
- Əlisgəndər Hacı Baba oğlu Cəfər
- Abbasqulu Məmmədibrahim oğlu Kazımzadə
- Kitabulla Vahab oğlu Axundov
- Əliheydər Allahverdiyev
- Abbasəli Kərimov
- Qulamrza Mirzə Rəsul oğlu Şərifzadə
- Əhməd bəy İsa bəy oğlu Hacınski
- İsmayıl Kərbəlayi Dadaş oğlu Tağıyev
- Tağı Əliyeviç Nağıyev
- Yusif Mirzə Məlik Məmməd oğlu Mikayılov
- Həsən ağa Həsənov
- Əsədulla Əhmədov
- Məmməd Cavad Sadıxov
- Məmməd Əli Salayev
- Hacı Qasımov
- Fətulla Ağaəlizadə
- Qara bəy Qarabəyov
- Ələskər Hacıyev
- Nəcəf Əmiraslanov
- Əliabbas Zeynalov
- Zeynal bəy Səlimxanov
- Mövsüm Səlimov
- Aleksandr Konstantinoviç Leontoviç
- Abram Nikitiç Dastakyan
- Yakop Osipoviç Qukasov
- Qleb Lıvoviç Lopatinski
- Yakop Nikolaeviç Smirnov
- Konstantin Aleksandroviç İreçki
- Yusif Əhmədzadə
Struktur
[redaktə | mənbəni redaktə et]Bakı Şəhər İctimai Özünüidarəsi şəhər başçısının rəhbərlik etdiyi idarə 7 şöbədən (təsərrüfat, tikinti, maliyyə, torpaq, məktəb, tibb-sanitariya, su kəməri) ibarət idi.
Maliyyə
[redaktə | mənbəni redaktə et]Maliyyə böhranı və ağır həyat şəraiti şəhər idarəsini hökumətdən kömək istəməyə vadar edirdi və hökumət ona dəfələrlə subsidiya və yardımlar ayırmışdı. 1919-cu il yanvarın 25-də səpmə yatalağa qarşı mübarizə üçün 2 milyon 200 min manat, fevralın 26-da isə şəhər təsərrüfatının ehtiyaclarına sərf olunmaqdan ötrü 4 milyon manat ayrılmışdı. 1919-cu il iyulun 27-də Parlament gətirilən və aparılan yüklərdən pud hesabı ilə şəhərlərin xeyrinə rüsum alınması barədə qərar qəbul etmiş, noyabrın 17-də isə "Bakı Şəhər Özünüidarəsi tərəfindən pud hesabı ilə rüsumlar yığılması qaydası"nı təsdiq etmişdi. Bu qaydaya əsasən, ixrac olunan neftin və neft qalıqlarının hər pudundan 10 qəpik, ağ neftdən və sürtkü yağlarından 20 qəpik rüsum alınırdı.
Şəhər təsərrüfatı bundan əvvəlki hərc-mərclik dövründə başlı-başına qalmış və dağılmışdı. Ona görə də Bakı şəhər özünüidarəsi çoxlu strukturlarının və qanunla təsbit edilmiş hüquqlarının olmasına, Hökumətin ona xeyli maddi yardım göstərməsinə, xəzinədən bir sıra borclar verilməsinə baxmayaraq, səmərəli fəaliyyət göstərə bilməmişdi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 235. ISBN 9952-417-14-2.
- Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Qanunverici aktlar, 1998. səh. 316
- ↑ AXCE, I cild,, 2004. səh. 235
- ↑ 1 2 Qanunverici aktlar, 1998. səh. 677