Alina Zahitova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alina Zahitova
rus. Алина Ильназовна Загитова
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 18 may 2002(2002-05-18) (22 yaş)
Doğum yeri
Boyu 160 sm
İdman növü Fiqurlu konkisürmə
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alina Zahitova (tələffüzü rus. Алина Загитова; 18 may 2002, İjevsk) — rusiyalı fiqurçu. Alina Zahitova, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında bir qızıl və bir gümüş medal qazanıb.

Alina Zahitova 2019-cu ildə Saitamada Dünya Çempionatlarının qızıl medalına sahib olub. 2018-ci ildə Rusiya Çempionatının qalibi olan Alina Zahitova, Avropa Çempionatlarında 2018-ci ildə qızıl, 2019-cu ildə isə gümüş medal qazanıb. ISU Qran-Pri Finalının 2017-ci ildə qızıl, 2018-ci ildə isə gümüş medalçısı olan Zahitova, ISU Qran-Pri seriyalı yarışların Çin (2017), Fransa (2017), Finlandiya (2018) və Rusiya (2018) mərhələlərinin qalibi olub.

Gənclər arasında isə 2017-ci ildə Dünya Çempionatının qızıl medalına sahib olan Zahitova, həmin mövsümndə həm də gənclər arasında Rusiya Çempionatının, ISU gənclər arasında Qran-Pri Finalının və Avropa Yeniyetmələtinin Avropa Festivalının (EYOF) qalibi olub.

Karyerası ərzində 26 yarışa qatılan Alina Zahitova, onların 17-də qızıl medal, 5-də gümüş medal, 1-də isə bürünc medal qazanıb. O, 2018-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif edilib.

Alina Zahitova Cənubi Koreya idmançısı Yuna Kimdən sonra Olimpiya Oyunlarının, Dünya Çempionatının və Qran-Pri Finalının çempionu olmağı bacaran idmançıdır. O, həm də Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatının qalibi olmağı bacaran birinci Rusiya fiqurçusudur. Alina Zahitova həm də debüt mövsümündəcə Olimpiya Oyunlarının çempionu olmağı bacaran birinci fiqurçudur.

2019-cu il may ayının 6-na olan məlumatlara əsasən o, ISU reytinq cədvəlində birinci pillənin sahibidir.

Alina Zahitovanın uğurlarında xidmətləri olan Eteri Tutberidze

Alina Zahitova 2002-ci il mayın 18-də İjevsh şəhərində anadan olub. Atası — buzüstü xoккey üzrə məşqçi İlnaz Zahitovdur. Alina Zahitova milliyyətcə tatardır. Ona, dəfələrlə Dünya və Avropa Çempionatlarının qalibi olan, 2004-cü il Afina Olimpiadasının çempionu bədii gimnast Alina Kabayevanın şərəfinə Alina adı verilib.

Alina Zahitova 2007-ci ildən idmanla məşğul olur. O, 2008–2014-cü illərdə doğma şəhərində UGİM-də Natalya Antipinanın rəhbərliyi altında məşq edib, 2015-ci ildən isə "Sambo-70" İTM-də Eteri Tutberidzenin rəhbərliyi altında məşq edir.

2015–2016-cı illər:

[redaktə | mənbəni redaktə et]

2015–2016-cı illər mövsümündə gənclər arasında ISU Qran-Pri seriyalı yarışlara qatılmaq hüququ olmayan Alina Zahitova (həmin yarışlara qatılmaq üçün idmançının 14 yaşı tamam olmalıdır), həmin mövsümdə yalnızca bir yarışda, gənclər arasında Rusiya Çempionatında çıxış etdi. Çempionatın qısa proqramını 52.86 balla 12-ci pillədə başa vuran Alina Zahitova, sərbəst proqramda 108.08 bal topladı və 8-ci yeri tutdu. Ümumi nəticədə isə Alina Zahitova gənclər arasında Rusiya Çempionatını 160.94 balla 8-ci pillədə başa vurdu.

2016–2017-ci illər: Gənclər arasında Qran-Pri və Dünya çempionluğu

[redaktə | mənbəni redaktə et]
Alina Zahitova gənclər arasında Dünya Çempionatında (2017-ci il)

Alina Zahitova 2016–2017-ci illər mövsümündən etibarən gənclər arasında beynəlxalq yarışlarda çıxış etməyə başladı. O, həmin mövsüm birinci yarışına avqust ayında Fransanın Sen-Jerve-le-Ben şəhərində qatıldı.[1] Alina Zahitova qısa proqramda 68.08 balla birinci pillənin sahibi oldu.[2] Sərbəst proqramda isə 126.30 bal toplayan Alina Zahitova, ümumi nəticədə 194.38 balla gənclər arasında Fransa Qran-Prisinin qızıl medalına sahib oldu.[1][3] Bu qızıl medal, onun beynəlxalq yarışlarda qazandığı birinci medal oldu.[1]

Sentyabr ayında Alina Zahitova, Sloveniyanın Lyublyana şəhərində analoji yarışa qatıldı.[4] Gənclər arasında Qran-Pri yarışının Sloveniya mərhələsində o, qısa proqramda 68.10 bal topladı və birinci pillənin sahibi oldu.[5] Sərbəst proqramda isə uğursuz çıxış edib 110.30 bal toplayan Alina Zahitova, ümumi nəticədə 178.40 balla gənclər arasında Sloveniya Qran-Prisinin bürünc medalına sahib oldu.[4][6]

2016-cı ilin son ayında Alina Zahitova, gənclər arasında ISU Qran-Pri Finalında mübarizə apardı.[7] Fransanın Marsel şəhərində baş tutan yarışda o, altı idmançı arasında favorit göstərilirdi.[7] Qısa proqramda Alina Zahitova çıxışını səhvsiz təqdim etdi və 70.92 balla birinci yeri tutdu.[8] Sərbəst proqramdada o, çıxışını səhvsiz təqdim etdi və 136.52 balla birinci pillənin sahibi oldu.[9] Bununla da Alina Zahitova, ümumi nəticədə 207.44 balla 2016–2017-ci illər mövsümündə gənclər arasında ISU Qran-Pri Finalının qızıl medalına sahib oldu.[7]

14 yaşlı Alina Zahitova həmin il sonuncu yarışına Rusiya Çempionatı çərçivəsində qatıldı. Çempionatı qısa proqramında o, 75.26 bal topladı və üçüncü yeri tutdu. Sərbəst proqramda isə Alina Zahitova, 146.96 bal topladı və ümumi nəticədə 222.22 balla qızıl medal qazanan Yevgeniya Medvedyevadan sonra Rusiya Çempionatını 18 idmançı sırasında 2-ci yerdə başa vurdu və yarışın gümüş medalına sahib oldu. Həmin gümüş medal onun Rusiya Çempionatında qazandığı birinci medal oldu.

2017-ci ildə Alina Zahitova birinci yarışına gənclər arasında Rusiya Çempionatında qatıldı. Bir müddət əvvəl Rusiya Çempionatının gümüş medalına sahib olan Alina Zahitova, bu səfər gənclər arasında analoji yarışın favoriti göstərilirdi. Qısa proqramı ciddi səhv olmadan başa vuran Alina Zahitova, 74.46 bal topladı və birinci yeri tutdu. Sərbəst proqramda isə o, 146.95 bal topladı və ümumi nəticədə 216.82 balla 18 idmançı sırasında ən yaxın izləyicisi olan Stanislava Konstantinovanı 11.76 bal fərqi ilə geridə qoydu və birinci dəfə gənclər arasında Rusiya Çempionatının qalibi oldu.

2017-ci ilin əvvəlində gənclər arasında Rusiya Çempionatının qalibi olan Alina Zahitova, Ərzurum şəhərinin ev sahibliyində baş tutan XIII Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalına (AYOF—2017) qatıldı. Qısa proqramda 58.30 bal, sərbəst proqramda isə 128.76 bal toplayan Alina Zahitova, ümumi nəticədə 187.06 balla XIII Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalının çempionu oldu.

Alina Zahitova 2016–2017-ci illər mövsümünün həm sonuncu, həm də əsas yarışına mart ayında Tayvanın Taybey şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı çərçivəsində qatıldı.[10] Qısa proqramda çıxışını ciddi səhv olmadan başa vuran Alina Zahitova, 70.58 bal topladı və həmin proqramı birinci pillədə bitirdi.[11] Sərbəst proqramda isə o, daha uğurlu çıxış etdi.[12] Sərbəst proqramda çıxışını ciddi səhv olmadan başa vuran Alina Zahitova, 138.02 bal topladı və həmin proqramıda birinci yerdə başa vuraraq ümumi nəticədə birinci pilləni tutdu və gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib oldu.[10][12]

14 yaşlı Alina Zahitova 2016–2017-ci illər mövsümündə 7 yarışa qatıldı. Həmin yarışları o, beş qızıl, bir gümüş və bir bürünc medalla başa vurdu.

2017–2018-ci illər: Avropa və Olimpiada çempionluğu

[redaktə | mənbəni redaktə et]

Gənclər arasında baş tutan beynəlxalq yarışlarda mübarizə aparmağı dayandıran Alina Zahitova, 2017–2018-ci illər mövsümündə birinci yarışına İtaliyanın Berqamo şəhərinin ev sahibliyində baş tutan "Lombardia Trophy" beynəlxalq yarışı çərçivəsində qatıldı. Yarışın qısa proqramında 72.30 bal, sərbəst proqramında isə 148.18 bal toplayan Alina Zahitova, ümumi nəticədə 220.48 balla birinci yeri tutdu. "Lombardia Trophy" beynəlxalq yarışının qalibi olan Alina Zahitova, seniorlar arasında beynəlxalq yarışlarda birinci qızıl medalına sahib oldu.

Alina Zahitova ISU Qran-Pri Finalında (2017-ci il)

Daha sonra Alina Zahitova Yaponiyanın Saytama şəhərinin ev sahibliyində baş tutan "Japan Open" beynəlxalq yarışında mübarizə apardı. Komandalararası yarış hesab olunan "Japan Open" beynəlxalq yarışında o, sərbəst proqramda çıxış etdi və 145.28 balla Rusiya nümayəndəsi Yevgeniya MedvedyevaYaponiya nümayəndəsi Mai Miharadan sonra üçüncü pillənin sahibi oldu. Alina Zahitova fərdi çıxışda üçüncü pillənin sahibi olsa belə, onun çıxış etdiyi "Europe" yığması ümumi nəticədə "Japan Open" beynəlxalq yarışının qalibi oldu.

Həmin çempionluğdan sonra o, Çində baş tutan ISU Qran-Pri yarışının Çin mərhələsinə qatıldı. Qısa proqramda o, uğursuz çıxış etdi və 70.44 balla dördüncü yeri tutdu. Sərbəst proqramda isə Alina Zahitova 144.44 bal topladı və birinci yeri tutdu. Bu minvalla da ümumi nəticədə 214.88 bal toplayan Alina Zahitova, Çin Qran-Prisinin qalibi oldu.

Həmin ilin noyabr ayında Alina Zahitova Fransanın Qrenobl şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Fransa mərhələsinə qatıldı. O, qısa proqramda olan çıxışı zamanı bir sıra səhvlər etdi və nəticədə 62.46 balla beşinci yeri tutdu. Sərbəst proqramda isə Alina Zahitova, çıxışını səhvsiz təqdim etdi və 152.34 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə 214.80 bal toplayan Alina Zahitova, ISU Qran-Pri yarışının Fransa mərhələsi hesab olunan "Internationaux de France" beynəlxalq yarışının qızıl medalına sahib oldu. Mövsüm ərzində baş tutan ISU Qran-Pri yarışlarında 2 qızıl medal qazanan Alina Zahitova, Yaponiyanın Naqoya şəhərində baş tutan Qran-Pri Finalında mübarizə aparmaq hüququ qazandı.

Naqoya şəhərinin ev sahibliyində baş tutan yarışın qısa proqramında Alina Zahitova 76.28 bal topladı və yalnızca Kanada nümayəndəsi Ketlin Osmonddan geri qaldı. Alina Zahitova uğurlu çıxışını sərbəst proqramdada davam etdirdi. Həmin proqramda 148.04 bal toplayan Alina Zahitova, ümumi nəticədə 224.32 balla bütün rəqiblərini geridə qoydu və debüt mövsümündəcə ISU Qran-Pri yarışının Finalının qalibi oldu.

15 yaşlı Alina Zahitova 2017-ci ildə sonuncu yarışına Rusiya Çempionatı çərçivəsində qatıldı. Ötən çempionatda gümüş medal qazanan Alina Zahitova, bu səfər çempionatın qızıl medalına sahib oldu. Qısa proqramda 78.15 bal Alina Zahitova, sərbəst proqramda 155.45 bal topladı və ümumi nəticədə 233.60 balla birinci dəfə Rusiya Çempionatının qalibi oldu. O, mövsüm ərzində qatıldığı bütün yarışlarda qızıl medal qazandı. Məhz bütün bu uğurlara görə Alina Zahitova, Avropa Çempionatında mübarizə aparaq Rusiya yığmasının heyəti daxil edildi. Həmin Avropa Çempionatı həm də fevral ayında Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarından əvvəl sonuncu ciddi yarış idi.

2018-ci ilin yanvar ayında Rusiyanın ev sahibliyində baş tutan çempionatda Alina Zahitova, Avropa Çempionatlarında debüt etdi. Qısa proqramda o, 80.28 bal topladı. Həmin nəticəyə əsasən o, qısa proqramı 40 idmançı sırasında birinci yerdə başa vurdu. Sərbəst proramdada Alina Zahitova uğurla çıxış etdi. Həmin proqramda 157.98 bal toplayan Alina Zahitova, ümumi nəticədə 238.96 balla birinci pillənin sahibi oldu və Avropa Çempionatının qalibi oldu. Gümüş medalı digər Rusiya nümayəndəsi Yevgeniya Medvedyeva, bürünc medalı isə İtaliya nümayəndəsi Karolina Kostner qazandı.

XXIII Qış Olimpiya Oyunları

[redaktə | mənbəni redaktə et]
Alina Zahitova 2018-ci il Pxençxan Olimpiadasının qısa proqramda "Qara qu quşu" filmindən olan bəstənin, sərbəst proqramda isə "Don Kixot" baletindən olan bəstənin sədaları altında çıxış edir. Bu çıxışları ona 15 yaşında Olimpiya Oyunlarının qızıl medalını qazandırır.

Mövsüm ərzində Qran-Pri Finalında və Avropa Çempionatında qalib gələn Alina Zahitova, 2017–2018-ci illər mövsümünün əsas yarışında çıxış etdi. Fevralın 8-dən 25-nə qədər Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarına Rusiya idmançıları Rusiya yığmasının heyətində yox, Rusiyanın Olimpiya idmançıları yığmasının heyətində qatıldı. Buna səbəb 2017-ci ilin son ayında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya idmançılarının sistemli formada dopinqdən istfadə etməsi hadisəsinə verilən cəzadır. Həmin idmançılar yarışlarda Olimpiya bayrağı altında çıxış etdilər və təltifetmə mərasimləri zamanı Rusiya bayrağı əvəzinə Olimpiya bayrağı qaldırıldı, Rusiya himni əvəzinə isə Olimpiya himni səsləndirildi. 168 idmançının həmin yığmanın heyətində çıxış etdiyi Pxençxan Olimpiadasında Alina Zahitova, medala iddialı idmançılardan idi.

Fiqurçuların yarışı Pxençxan şəhərində Olimpiada üçün inşa edilən 12 000 tamaşaçı tutumuna sahib olan Kannın buz sarayında baş tutdu. Olimpiya cədvəlinə əsasən birinci növbədə yığmalar mübarizə apardı, daha sonra isə fərdi idmançılar mübarizə apardı. Komanda yarışlarında 10 yığma sırasında Kanada, Rusiyanın Olimpiya idmançıları, Birləşmiş Ştatlar və Yaponiya yığmaları əsas favoritlər hesab olunurdu. Rusiyanın Olimpiya idmançıları yığmasının heyətinə 9 fiqurçu daxil edildi: Kişilərin yarışı üçün Mixail Kolyada, qadınlar yarışı üçün Yevgeniya Medvedeva və Alina Zahitova, cütlərin yarışı üçün Yevgeniya Tarasova və Vladimir Morozov, habelə Zabiyaho və Enbert duetləri, buzüstü rəqs yarışları üçün Bobrova və Solovyev.

Fevralın 9-da baş tutan yarışda Mixail Kolyada çıxış etdi və 10 idmançı sırasında 8-ci pillənin sahibi oldu. Bununlada o, ROİ yığmasına 3 bal qazandırdı. Həmin gün cütlərin yarışında çıxış edən Yevgeniya Tarasova və Vladimir Morozov cütlüyü isə birinci pillənin sahibi oldu və ROİ yığmasına 10 bal qazandırdı. Fevralın 11-də baş tutan yarışda isə Bobrova və Solovyov cütlüyü üçüncü pillənin sahibi oldu və ROİ yığmasına 8 bal qazandırdı. Həmin gün qadınların yarışında çıxış edən Yevgeniya Medvedyeva isə birinci pillənin sahibi oldu və ROİ yığmasına 10 bal qazandırdı. Qısa proqramdan sonra 10 yığmadan 6–10-cu pillələri tutan yığmalar mübarizəni dayandırdı. Həmin proqramdan sonra Rusiyanın Olimpiya idmançıları yığması 31 balla 2-ci pillədə idi və 35 balla birinci pillədə qərarlaşan Kanada yığmasından geri qalırdı. Qısa proqramdan sonra yığmalara 2 yarış üzrə idmançıları əvəzetmə hüququ verildi. Rusiyanın Olimpiya idmançıları yığması isə cütlərin yarışında çıxış edən Tarasova və Morovoz cütlüyünü, Zabiyaho və Enbert cütlüyünə, qadınların yarışında çıxış edən Yevgeniya Medvedevanı isə Alina Zahitovaya əvəz etdi.

Sərbəst proqram fevralın 11-də və 12-də baş tutdu. Fevralın 11-də cütlərin yarışında çıxış edən Zabiyaho və Enbert cütlüyü mübarizə apardılar və üçüncü pillənin sahibi oldular. Bununlada onlar, ROİ yığmasına 8 bal qazandırdı. Fevralın 12-də isə daha üç yarış üzrə mübarizə aparıldı. Kişilərin yarışında çıxış edən Mixail Kolyada bu səfər 2-ci pillənin sahibi oldu və ROİ yığmasına 9 bal qazandırdı. Daha sonra isə buzüstünə qadınlar çıxdılar. Alina Zahitova çıxışını ciddi səhv olmadan başa vurdu və onun çıxışı münsiflər heyəti tərəfindən 158.08 balla qiymətləndirildi. O, bu nəticəyə əsasən beş idmançı sırasında birinci pillənin sahibi oldu və ROİ yığmasına əhəmiyyətli 10 bal qazandırdı. Sonda isə buzüstü rəqs yarışında çıxış edən Bobrova və Solovyov cütlüyü mübarizə apardılar və üçüncü pillənin sahibi oldular. Bununlada onlar, ROİ yığmasına 8 bal qazandırdı. Ümumi nəticədə isə 72 balla Kanada yığması birinci pillənin sahibi oldu və Pxençxan Olimpiadasının qızıl medallarına sahib oldu. 66 balla Rusiyanın Olimpiya idmançıları yığması gümüş medalların, 62 balla isə ABŞ yığması bürünc medalların sahibi oldu. Komandalararası yarışda Rusiya Olimpiya idmançıları yığmasına 10 bal qazandıran üç idmançı oldu: Tarasova və Morozov cütlüyü, Yevgeniya Medvedeva və Alina Zahitova. Fevralın 12-də baş tutam təltifetmə mərasimində Rusiyanın Olimpiya idmançıları (ROİ) yığmasına, Pxençxan Olimpiadasının gümüş medalları təqdim edildi.

Vladimir Putin və Alina Zahitova

Komanda yarışlarından sonra isə fərdi yarışlar baş tutdu, Pxençxan Olimpiadasında. Fevralın 21-də qısa proqram çərçivəsində 20 yığmanın 30 idmançısı mübarizə apardı. Olimpiadanın əsas favoritləri İtaliya nümayəndəsi Karolina Kostner, Yaponiya nümayəndəsi Satoho Miyahara, Kanada nümayəndəsi Ketlin Osmond və Rusiyanın Olimpiya idmançıları yığmasının üzvləri Alina Zahitova və Yevgeniya Medvedyeva idi. 25-ci sırada çıxış edən Yevgeniya Medvedeva inamla mübarizə apardı və 81.61 balla birinci pillənin sahibi oldu. Daha sonra çıxış edənlərdən nə Yaponiya nümayəndəsi Satoho Miyahara, nə də Kanada nümayəndəsi Ketlin Osmond, Yevgeniya Medvedevanı ötə bilmədi. 28-ci sırada buzüstünə çıxan Alina Zahitovanın çıxışı isə münsiflər heyəti tərəfindən 82.92 balla qiymətləndirildi və bununlada Yevgeniya Medvedevanı geridə qoydu. Bu minvalla o, qısa proqramı birinci pillədə başa vurdu. 2-ci illədə Yevgeniya Medvedeva, 3-cü pillədə isə Ketlin Osmond qərarlaşdı. 2 gün sonra sərbəst proqram baş tutdu. Sərbəst proqramda 24 idmançı mübarizə apardı (Qısa proqramda 25–30-cu pillələrin sahibi olan idmançılar mübarizəni dayandırdı). 22-ci sırada çıxış edən Alina Zahitova, çıxışını qüsursuz təqdim etdi və onun bu çıxışı münsiflər heyəti tərəfindən 156.65 balla qiymətləndirildi, ümumi nəticədə isə 239.57 balla və birinci pillənin sahibi oldu. Daha sonra çıxış edən Kanada nümayəndəsi Ketlin Osmand, 152.15 bal topladı və ümumi nəticədə 231.02 balla 2-ci pillənin sahibi oldu. Pxençxan Olimpiadasının medallarının talehini, sonda mübarizə aparan Yevgeniya Medvedevanın çıxışı həll etdi. Pxeçxan Olimpiadasının gərgin anlarından biri hesab olunan bu anda, Yevgeniya Medvedeva çıxışını qüsursuz təqdim etdi və münsiflər heyəti, onun bu çıxışını 156.65 balla qiymətləndirdi. Sərbəst proqramda əlavə göstəricilərə görə Yevgeniya Medvedeva 1-ci pillənin, Alina Zahitova isə 2-ci pillənin sahibi oldu. Ümumi nəticədə isə sadəcə qısa proqramın hesabına görə Alina Zahitova qalib gəldi. Alina Zahitova 239.57 balla qızıl medalın, Yevgeniya Medvedyeva 238.26 balla gümüş medalın, Kanada nümayəndəsi Ketlin Osmond isə 231.02 balla bürünc medalın sahibi oldu. Alina Zahitovanın qazandığı qızıl medal, Rusiyanın Olimpiya idmançıları yığmasının Pxeçxan Olimpiadasında qazandığı birinci qızıl medal oldu. Alina Zahitova debüt mövsümündəcə Olimpiya Oyunlarının qalibi olmağı bacaran birinci fiqurçu oldu.

15 yaşında Olimpiadanın qalibi olmağı bacaran Alina Zahitova, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 27 fevral 2018-ci il tarixli 88 nömrəli Sərəncamı ilə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında qazandığı idman uğurlarına görə "Dostluq" ordeni təltif edildi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Alina Zahitova

Pxençxan Olimpiadasında sonra Alina Zahitova İtaliyanın Milan şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında mübarizə apardı. Mövsümün sonuncu əsas yarışlarından biri hesab olunan Dünya Çempionatının favoriti, Qran-Pri Finalının, Avropa Çempionatının və Olimpiadanın qalibi olan Alina Zahitova idi. Martın 22-də baş tutan qısa proqramda Alina Zahitova, 80.52 balla İtaliya nümayəndəsi Karolina Kostnerdən sonra 2-ci pillənin sahibi oldu. Bir gün sonra baş tutan sərbəst proqramada isə Alina Zahitovanın daha qüsursuz çıxış edəcəyi və mövsümü "qızıl trio" ilə bitirəcəyi təxmin edilirdi. Amma təxminlər özünü doğrultmadı və Alina Zahitova Dünya Çempionatında uğursuzluğa düçar oldu. Kompozisiyanın birinci hissəsini ciddi səhv olmadan təqdim edən Alina Zahitova, növbəti hissənin əvvəlində tullanmağa cəhd edən zaman buzüstünə yıxıldı. Daha sonra o, daha bir dəfə tullanmağa cəhd etdi, amma bu cəhdidə uğursuz oldu və o, yenə buzüstünə yıxıldı. Nəhayət üçüncü cəhdən tullanmağı bacarsada, onlar qüsursuz olmadığı üçün münsiflər heyəti tərəfindən aşağı balla qiymətləndirildi. Daha sonra Alina Zahitova daha bir dəfə tullanmağa cəhd etdi, amma onun bu cəhdi uğursuz oldu və o, üçüncü dəfə buzüstünə yıxıldı. Kompozisiyasının sonlarında Alina Zahitova daha üç dəfə tullandı, bu səfər isə hər biri uğurlu alındı. Alina Zahitovanın bu çıxışının nə Dünya Çempionatının qalibi olacağı, nə də ümumiyyətlə medalçılar sırasında yer alacağı məlum idi. Alina Zahitovanın sərbəst proqramda olan çıxışı münsiflər heyəti tərəfindən 128.22 balla qiymətləndirildi və o, yeddinci pillənin sahibi oldu. Ümumi nəticədə isə o, 208.74 balla beşinci pillənin sahibi oldu.

Dünya Çempionatının qalibi ola bilməsə belə, 15 yaşlı Alina Zahitova 2017–2018-ci illər mövsümündə 10 yarışa qatıldı. Həmin yarışları o, 8 qızıl və 1 gümüş medalla başa vurdu.

2018–2019-cu illər: Dünya çempionluğu

[redaktə | mənbəni redaktə et]

2017–2018-ci illər mövsümündə Qran-Pri Finalının, Avropa Çempionatının və Olimpiya Oyunlarının qalibi olan Alina Zahitova, 2018–2019-cu illər mövsümündə birinci yarışına Almaniyanın Oberstdorf şəhərinin ev sahibliyində baş tutan "Nebelhorn Trophy" yarışı çərçivəsində qatıldı. Yarışın qısa proqramında 80.94 bal, sərbəst proqramında isə 158.80 bal toplayan Alina Zahitova, ümumi nəticədə 238.44 balla birinci yeri tutdu və "Nebelhorn Trophy" yarışının qızıl medalına sahib oldu.

Daha sonra Alina Zahitova Yaponiyanın Saytama şəhərinin ev sahibliyində baş tutan "Japan Open" yarışında mübarizə apardı. Komandalararası yarış hesab olunan "Japan Open" yarışında o, sərbəst proqramda çıxış etdi və 160.18 balla birinci pillənin sahibi oldu. Alina Zahitova fərdi çıxışda birinci pillənin sahibi olsa belə, onun çıxış etdiyi "Europe" yığması ümumi nəticədə "Japan Open" yarışının gümüş medalına sahib oldu.

Həmin çempionluğdan sonra o, Finlandiyanın ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Finlandiya mərhələsinə qatıldı. Qısa proqramda o, uğurlu çıxış etdi və 68.90 balla birinci yeri tutdu. Sərbəst proqramda isə Alina Zahitova 146.60 bal topladı və birinci yeri tutdu. Bu minvalla ümumi nəticədə 215.30 bal toplayan Alina Zahitova, Finlandiya Qran-Prisinin qalibi oldu.

Həmin ilin noyabr ayında Alina Zahitova daha bir ciddi yarışda mübarizə apardı. O, Rusiyada baş tutan ISU Qran-Pri yarışının Rusiya mərhələsinə qatıldı. O, qısa proqramda olan çıxışını ciddi səhv olmadan təqdim etdi və nəticədə 80.78 balla birinci yeri tutdu. Sərbəst proqramda isə Alina Zahitova, çıxışını yenə səhvsiz təqdim etdi və 142.18 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə 222.96 bal toplayan Alina Zahitova, ISU Qran-Pri yarışının Rusiya mərhələsi hesab olunan "Rostelecom Cup" yarışının qızıl medalına sahib oldu. Mövsüm ərzində baş tutan ISU Qran-Pri yarışlarında 2 qızıl medal qazanan Alina Zahitova, Kanadanın Vankuver şəhərinin ev sahibliyində baş tutan Qran-Pri yarışının Finalında çıxış etmə hüququ qazandı.

Kanadanın ev sahibliyində baş tutan yarışın qısa proqramında zədə səbəbindən uğursuz çıxış edən Alina Zahitova 77.94 bal topladı və yalnızca Yaponiya nümayəndəsi Riha Kihiradan geri qaldı. Alina Zahitova uğursuz çıxışını sərbəst proqramdada davam etdirdi. Həmin proqramda 148.60 bal toplayan Alina Zahitova, ümumi nəticədə 226.54 balla bütün rəqiblərini geridə qoysada, Yaponiya nümayəndəsi Riha Kihiranı geridə qoya bilmədi və ötən mövsümündə ISU Qran-Pri yarışının Finalının qalibi olan Alina Zahitova, bu səfər gümüş medala sahib oldu.

Alina Zahitova 2018-ci ildə sonuncu yarışına Rusiyanın ev sahibliyində baş tutan Rusiya Çempionatı çərçivəsində qatıldı. O, qısa proqramda 80.62 bal topladı və 18 idmançı sırasında birinci pillənin sahibi oldu. 2 gün sonra baş tutan sərbəst proqramda isə Alina Zahitova uğursuz çıxış etdi. Onun, sərbəst proqramda olan çıxış zamanı bir sıra səhvlər etməsi və bir neçə dəfə yıxılması, 131.42 balla qiymətləndirildi. Bununlada Alina Zahitova sərbəst proqramda 12-ci pillənin sahibi oldu, ümumi nəticədə isə 18 idmançı sırasında Rusiya Çempionatının 212.04 balla beşinci pillədə başa vurdu. Nəticələrə əsasən Alina Zahitova 2019-cu ildə Belarusda baş tutacaq Avropa Çempionatına vəsiqə qazanmadı. Amma, birinci pillənin sahibi olan Şerbahovanın, gümüş medalın sahibi olan Trusovanın və bürünc medalın sahibi olan Kostornayanın Avropa Çempionatına qatılmaq hüququ olmadığı üçün (Avropa Çempionatına qatılmaq üçün idmançının 14 yaşı tamam olmalıdır), dördüncü pillənin sahibi Stanislava Konstantinova, beşinci pillənin sahibi olan Alina Zahitova və altıncı pillənin sahibi olan Sofiya Samodurovanın Avropa Çempionatında mübarizə aparması qərara alındı.

Bir ay əvvəl baş tutan Rusiya Çempionatında uğursuz mübarizə aparan Alina Zahitovanın, 2019-cu il Avropa Çempionatında necə mübarizə aparacağı idman ictimaiyyəti arasında marağla qarşılandı. Belarusun ev sahibliyində baş tutan Avropa Çempionatının qısa proqaramında Alina Zahitova 75.00 bal topladı və birinci pillənin sahibi oldu. Onun ən yaxın izləyicisi olan digər Rusiya nümayəndəsi Sofiya Samodurova isə qısa proqramda 72.88 bal topladı. Yanvarın 25-də baş tutan sərbəst proqramda isə Alina Zahitova uğursuz çıxış etdi. Onun çıxışı münsiflər heyəti tərəfindən 124.34 balla qiymətləndirildi. Bununla da Alina Zahitova sərbəst proqramda dördüncü pillənin sahibi oldu, ümumi nəticədə isə o, 199.34 balla 36 idmançı sırasında 2-ci pillənin sahibi oldu. 2018-ci ildə baş tutan Avropa Çempionatının qalibi olan Alina Zahitova, bu səfər Avropa Çempionatının gümüş medalına sahib oldu. Avropa çempionu isə qısa proqramda 2-ci pillənin sahibi olan digər Rusiya nümayəndəsi Sofiya Samodurova oldu.

Alina Zahitova 2018–2019-cu illər mövsümünün sonuncu və əsas yarışına 18–24 martda Yaponiyanın Saytama şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı çərçivəsində qatıldı. 2018-ci ildə baş tutan Dünya Çempionatının qısa proqramında uğurlu çıxış edən, amma sərbəst proqramda bir sıra səhvlər etməsi və bir neçə dəfə yıxılması nəticəsində uğursuz çıxış edən Alina Zahitova, ümumi nəticədə beşinci pillənin sahibi olmuşdu. Onun əsas məqsədi Dünya Çempionatının qalibi olmağla, bu idman növü üzrə Olimpiadanın, Dünya və Avropa Çempionatlarının qalibi olan birinci Rusiya idmançısı olmaq idi. Qısa proqramda Alina Zahitova uğurlu çıxış etdi və 82.08 balla birinci pillənin sahibi oldu. Onun ən yaxın izləyicisi olan Yaponiya nümayəndəsi isə Kaori Sahamoto qısa proqramda 76.86 bal topladı. Alina Zahitova uğurlu çıxışın davamını sərbəst proqramda da gətirdi. O, sərbəst proqramda möhtəşəm çıxış etdi və onun bu çıxışı münsiflər heyəti tərəfindən 155.42 balla qiymətləndirildi. Bununlada Alina Zahitova ümumi nəticədə 237.50 balla 40 idmançı sırasında birinci pillənin sahibi oldu və 2019-cu il Dünya Çempionatının qızıl medalına sahib oldu. Gümüş medala Qazaxıstan yığmasının üzvü Yelizabet Tursınbayeva, bürünc medala isə Rusiya yığmasının digər üzvü Yevgeniya Medvedyeva sahib oldu. Bu minvalla Alina Zahitova Olimpiadanın, Dünya və Avropa Çempionatlarının qalibi olmağı bacaran birinci Rusiya fiqurçusu oldu.

16 yaşlı Alina Zahitova 2018–2019-cu illər mövsümündə 8 yarışa qatıldı. Həmin yarışları o, dörd qızıl və üç gümüş medalla başa vurdu.

2019–2020-ci illər: Karyeranın uğursuz mövsümü və fasilə

[redaktə | mənbəni redaktə et]

Alina Zahitova 2019-cu ilin 1–2 noyabrında Fransanın Qrenobl şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Fransa mərhələsinə qatıldı. O, qısa proqramda olan çıxışını ciddi səhv olmadan təqdim etsə də, nəticədə 74.24 balla 2-ci yeri tutdu. Sərbəst proqramda isə Alina Zahitova, çıxışını yenə ciddi səhv olmadan təqdim etsə də, çıxışı zəif olduğu üçün, 141.82 balla üçüncü pillənin sahibi oldu. Ümumi nəticədə 216.06 bal toplayan Alina Zahitova, ISU Qran-Pri yarışının Fransa mərhələsi hesab olunan "Internationaux de France" yarışının gümüş medalına sahib oldu.

Kompozisiyaları

[redaktə | mənbəni redaktə et]
Alina Zahitova 2019-cu il Dünya Çempionatının qısa proqramda "Opera xəyalları" filmindən olan bəstənin, sərbəst proqramda isə "Karmen" operasından olan bəstənin sədaları altında çıxış edir. Bu çıxışları ona Dünya Çempionatının qızıl medalını qazandırır.
Mövsüm
Proqram
Qısa proqram
Sərbəst proqram
2015/2016
  • "Unchained Melody" bəstəsi
  • "The Love Inside" bəstəsi
  • "Suspend My Disbelief" bəstəsi
  • "I Had a Life" bəstəsi
    repertuar: Devid Styuart və Qlen Ballard
2016/2017
  • "Don Kixot" baletindən bəstə
    repertuar: Lüdviq Minhus
2017/2018
  • "Don Kixot" baletindən bəstə
    repertuar: Lüdviq Minhus
2018/2019
2019/2020
  • "Me Voy" bəstəsi
    repertuar: Yasmin Levi
  • "The Feelings Begin" bəstəsi
    repertuar: Piter Qebriel
  • "Lawrence d'Arabie" bəstəsi
    repertuar: Moris Jarr
  • "Ramses" bəstəsi
    repertuar: Xatir Xiçam

Karyerası ərzində 5 mövsümdə mübarizə aparan Alina Zahitova, 18 qızıl, 6 gümüş və 2 bürünc medala sahib olub.

Yarış
Mövsümlər
15–16
16–17
17–18
18–19
19–20
20–21
Beynəlxalq yarışlar
Olimpiya Oyunları
1-ci
Dünya Çempionatı
5-ci
1-ci
Avropa Çempionatı
1-ci
2-ci
Qran-Pri: Final
1-ci
2-ci
6-cı
Qran-Pri: Çin
1-ci
Qran-Pri: Finlandiya
1-ci
Qran-Pri: Fransa
1-ci
2-ci
Qran-Pri: Rusiya
1-ci
Qran-Pri: Yaponiya
3-cü
"Lombardia Trophy"
1-ci
"Nebelhorn Trophy"
1-ci
Gənclər arasında beynəlxalq yarışlar
Dünya Çempionatı
1-ci
Qran-Pri: Final
1-ci
Qran-Pri: Fransa
1-ci
Qran-Pri: Sloveniya
3-cü
Avropa Yeniyetmələrinin Olimpiya Festivalı
1-ci
Komanda yarışları
Olimpiya Oyunları
2-ci
"Japan Open"
1-ci
2-ci
1-ci
Rusiya daxili yarışlar
Rusiya Çempionatı
2-ci
1-ci
5-ci
Gənclərin Rusiya Çempionatı
8-ci
1-ci
WD — Mübarizə aparmadı / C — Təxirə salındı
Sıra
Tarix
Yarış
Ev sahibi
QP
SP
Cəmi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
2015–2016-cı illər mövsümü
1.
18.01.2016
24.01.2016
Gənclərin Rusiya Çempionatı Rusiya Rusiya
52.86
12
108.08
8
160.94
8-ci
2016–2017-ci illər mövsümü
2.
24.08.2016
28.08.2016
ISU Gənclərin Fransa Qran-Prisi Fransa Fransa
68.08
1
126.30
1
194.38
1-ci
3.
22.09.2016
24.09.2016
ISU Gənclərin Sloveniya Qran-Prisi Sloveniya Sloveniya
68.10
1
110.30
4
178.40
3-cü
4.
08.12.2016
12.12.2016
ISU Gənclərin Qran-Pri Finalı Fransa Fransa
70.92
1
136.52
1
207.44
1-ci
5.
20.12.2016
26.12.2016
Rusiya Çempionatı Rusiya Rusiya
75.26
3
146.96
2
222.22
2-ci
6.
01.02.2017
05.02.2017
Gənclərin Rusiya Çempionatı Rusiya Rusiya
74.46
1
142.36
1
216.82
1-ci
7.
12.02.2017
15.02.2017
Avropa Yeniyetmələrinin Olimpiya Festivalı Türkiyə Ərzurum
58.30
1
128.76
1
187.06
1-ci
8.
15.03.2017
20.03.2017
Gənclərin Dünya Çempionatı Tayvan Tayvan
70.58
1
138.02
1
208.60
1-ci
2017–2018-ci illər mövsümü
9.
14.09.2017
18.09.2017
"Lombardia Trophy" İtaliya İtaliya
72.30
3
148.18
1
220.48
1-ci
10.
05.10.2017
06.10.2017
"Japan Open" Yaponiya Yaponiya
145.28
3
615.35
1-ci
11.
02.11.2017
05.11.2017
ISU Çim Qran-Prisi Çin Çin
70.44
4
144.44
1
214.88
1-ci
12.
16.11.2017
20.11.2017
ISU Fransa Qran-Prisi Fransa Fransa
62.46
1
152.34
1
214.80
1-ci
13.
06.12.2017
10.12.2017
ISU Qran-Pri Finalı Yaponiya Yaponiya
76.28
1
148.04
1
224.32
1-ci
14.
20.12.2017
24.12.2017
Rusiya Çempionatı Rusiya Rusiya
78.15
1
156.56
1
234.60
1-ci
15.
15.01.2018
22.01.2018
Avropa Çempionatı Rusiya Rusiya
80.28
1
157.98
1
238.25
1-ci
16.
08.02.2018
12.02.2018
Olimpiya Oyunları (Komanda) Cənubi Koreya Cənubi Koreya
158.08
1
66
2-ci
17.
14.02.2018
25.02.2018
Olimpiya Oyunları Cənubi Koreya Cənubi Koreya
82.92
1
157.65
2
240.57
1-ci
18.
18.03.2018
25.03.2018
Dünya Çempionatı İtaliya İtaliya
80.52
2
128.22
7
208.74
5-ci
2018–2019-cu illər mövsümü
19.
26.09.2018
30.09.2018
"Nebelhorn Trophy" Slovakiya Bratislava
75.92
1
164.78
1
240.70
1-ci
20.
05.10.2018
06.10.2018
"Japan Open" Yaponiya Yaponiya
160.18
1
558.14
2-ci
21.
02.11.2018
04.11.2018
ISU Finlandiya Qran-Prisi Finlandiya Finlandiya
68.90
1
146.40
1
215.30
1-ci
22.
16.11.2018
18.11.2018
ISU Rusiya Qran-Prisi Rusiya Rusiya
80.78
1
142.18
1
222.96
1-ci
23.
06.12.2018
10.12.2018
ISU Qran-Pri Finalı Kanada Kanada
77.94
2
148.60
2
226.54
2-ci
24.
18.12.2018
24.12.2018
Rusiya Çempionatı Rusiya Rusiya
80.62
1
131.42
12
212.04
5-ci
25.
20.01.2019
28.01.2019
Avropa Çempionatı Belarus Belarus
75.00
1
125.34
4
200.34
2-ci
26.
18.03.2019
24.03.2019
Dünya Çempionatı Yaponiya Yaponiya
82.08
1
156.42
1
238.50
1-ci
2019–2020-ci illər mövsümü
27.
05.10.2019
06.10.2019
"Japan Open" Yaponiya Yaponiya
154.42
2
614.74
1-ci
28.
01.11.2019
04.11.2019
ISU Fransa Qran-Prisi Fransa Fransa
74.24
2
141.82
3
216.06
2-ci
29.
22.11.2019
24.11.2019
ISU Yaponiya Qran-Prisi Yaponiya Yaponiya
66.84
4
151.16
3
218.00
3-cü
30.
05.12.2019
08.12.2019
ISU Qran-Pri Finalı İtaliya İtaliya
80.60
2
125.64
6
206.44
6-cı

Dövlət təltifləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 "ISU Junior Grand Prix France, 2016 / Ladies / Results" (ing.)). 28.08.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  2. "ISU Junior Grand Prix France, 2016 / Ladies / Short Program" (ing.)). 28.08.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  3. "ISU Junior Grand Prix France, 2016 / Ladies / Free Program" (ing.)). 28.08.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  4. 1 2 "ISU Junior Grand Prix Slovenia, 2016 / Ladies / Results" (ing.)). 24.09.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  5. "ISU Junior Grand Prix Slovenia, 2016 / Ladies / Short Program" (ing.)). 24.09.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  6. "ISU Junior Grand Prix Slovenia, 2016 / Ladies / Free Program" (ing.)). 24.09.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  7. 1 2 3 "ISU Junior Grand Prix Final, 2016 / Ladies / Results" (ing.)). 10.12.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  8. "ISU Junior Grand Prix Final, 2016 / Ladies / Short Program" (ing.)). 10.12.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  9. "ISU Junior Grand Prix Final, 2016 / Ladies / Free Program" (ing.)). 10.12.2016. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  10. 1 2 "ISU World Junior Championships, 2017 / Ladies / Results" (ing.)). 18.03.2017. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  11. "ISU World Junior Championships, 2017 / Ladies / Short Program" (ing.)). 18.03.2017. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.
  12. 1 2 "ISU World Junior Championships, 2017 / Ladies / Free Program" (ing.)). 18.03.2017. 05.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.09.2020.