Aleksandra Trusova
Aleksandra Trusova | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Александра Трусова | ||||||||||||||
| ||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||
Tam adı | Aleksandra Trusova | |||||||||||||
Ləqəbi | Русская ракета[1], The russian rocket[2] | |||||||||||||
Vətəndaşlığı | Rusiya | |||||||||||||
Doğum tarixi | ||||||||||||||
Doğum yeri | Ryazan, Rusiya | |||||||||||||
Boyu | 155 sm. (5 ft 1 in) | |||||||||||||
İdman növü | Fiqurlu konkisürmə | |||||||||||||
Məşqçisi | Eteri Tutberidze (2017—) | |||||||||||||
Medallar
|
||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandra Vyaçeslavovna Trusova (rus. Александра Вячеславовна Трусова; 23 iyun 2004, Ryazan, Rusiya) ― Rusiyanı təmsil edən fiqurçu. O, 2020-ci ildə baş tutan Avropa Çempionatının və ISU Qran-Pri Finalının bürünc medalına sahib olub. Trusova həm də, Kanada Qran-Prisinin (2019) və Rusiya Qran-Prisinin (2019) qalibi olub. Rusiya Çempionatlarında 2018-ci ildə gümüş, 2019-cu ildə isə bürünc medala sahib olan Trusova, gənclər arasında Avstraliya (2017), Belarus (2017), Litva (2018) və Ermənistan (2018) Qran-Prilərinin də qalibi olub, gənclər arasında ISU Qran-Pri Finalında isə 2017-ci ildə qızıl, 2018-ci ildə isə gümüş medala sahib olub. 2018 və 2019-cu illərdə gənclər arasında Dünya Çempionatının qalibi olmağıda bacaran Trusova, Yelena Radionovadan sonra 2 dəfə gənclər arasında Dünya Çempionatının qalibi olmağı bacaran idmançısıdır. O, həm də 2018 və 2019-cu illərdə gənclər arasında Rusiya Çempionatının qalibi olub.
Karyerası
[redaktə | mənbəni redaktə et]2016–2017-ci illər: Gənclərin Rusiya Çempionatında dördüncü pillə
[redaktə | mənbəni redaktə et]Aleksandra Trusova 2017-ci ilin 1–5 fevralında St. Peterburq şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. O, qısa proqramda 64.95 balla altıncı, sərbəst proqramda isə 130.65 balla dördüncü pillənin sahibi oldu. Bununla da 12 yaşlı Aleksandra Trusova ümumi nəticədə 195.60 balla 18 idmançı sırasında dördüncü pillənin sahibi oldu. Çempionatın qızıl medalına isə Alina Zaqitova sahib oldu.
2017–2018-ci illər: Gənclər arasında Dünya çempionluğu
[redaktə | mənbəni redaktə et]Aleksandra Trusova, 2017–2018-ci illər mövsümündə qısa proqramlarda Pecci Linin bəstəsi olan "Big Spender" əsərinin, sərbəst proqramlarda isə Antonio Vivaldinin bəstəsi olan "The Four Seasons: Summer" əsərinin sədaları altında mübarizə apardı.
Aleksandra Trusova 2017–2018-ci illər mövsümündə gənclər arasında baş tutan beynəlxalq səviyyədə yarışlarda mübarizə apardı. O, əvvəlcə 22–26 avqustda Avstraliyanın Brisben şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışında mübarizə apardı.[3] Aleksandra Trusova qısa proqramda 66.58 balla, sərbəst proqramda isə 132.12 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 198.70 balla gənclər arasında Avstraliya Qran-Prisinin qalibi oldu.[3][4][5] Onun ümumi nəticədə topladığı 198.70 bal, Alina Zaqitovadan (208.60 və 207.44) və Yaponiya nümayəndəsi Marin Hondadan (202.62) sonra gənclər arasında dördüncü ən yaxşı nəticə oldu.[3]
Daha sonra o, 20–24 sentyabrda Belarusda baş tutan gənclər arasında ISU Qran-Pri yarışında mübarizə apardı.[6] Qısa proqramda 70.72 balla, sərbəst proqramda isə 126.60 balla birinci pillənin sahibi olan Aleksandra Trusova, ümumi nəticədə 197.32 balla Belarus Qran-Prisinin qızıl medalına sahib oldu.[6][7][8] Bir ay ərzində həm Avstraliyada, həm də Belarusda ISU Qran-Pri mərhələlərinin qalibi olan Aleksandra Trusova, gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Yaponiyanın Naqoya şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri Finalında altı idmançı – Rusiya nümayəndələri Aleksandra Trusova, Sofiya Samodurova, Alyona Kostornaya, Darya Panenhova və Anastasiya Tarahanova, habelə Yaponiya nümayəndəsi Riha Kihira mübarizə apardı.[9] Aleksandra Trusova, qısa proqramda 74.26 balla birinci pillənin sahibi oldu.[10] O, həm də həmin nəticəyə əsasən gənclər arasında qısa proqram üzrə Dünya rekorduna imza atdı (əvvəl Dünya rekorduna 70.92 balla Alina Zaqitova sahib idi). Sərbəst proqram isə Aleksandra Trusova və Alyona Kostornaya arasında gərgin idman mübarizəsi şəraitində baş tutdu.[11] Birinci pillənin sahibi 132.94 balla Alyona Kostornaya oldu.[11] Trusova isə Kostornayadan 0.58 bal az topladı: 132.36.[11] Ümumi nəticədə isə Aleksandra Trusova 205.62 balla qızıl medalın, Alyona Kostornaya isə 205.58 balla gümüş medalın sahibi oldu.[9]
Daha sonra o, 2018-ci ilin 22–26 yanvarında baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Ötən il baş tutan çempionatda dördüncü pillənin sahibi olan Aleksandra Trusova, bu səfər qızıl medalın sahibi oldu. Qısa proqramda 75.25 balla, sərbəst proqramda isə 138.85 balla birinci pillənin sahibi olan Aleksandra Trusova, ümumi nəticədə 214.10 balla gənclər arasında Rusiya Çempionatının qalibi oldu. Gümüş medalı Alyona Kostornaya, bürünc medalı isə Stanislava Konstantinova qazandı. Bununla da onlar, gənclər arasında Dünya Çempionatına vəsiqə qazandı.
2017–2018-ci illər mövsümünün gənclər arasında əsas yarışı – 5–11 martda Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Dünya Çempiontı idi.[12] Aleksandra Trusova qısa proqramda 72.04 balla birinci pillənin sahibi oldu.[13] Sərbəst proqramda isə 154.50 balla birinci pillənin sahibi olan Aleksandra Trusova, gənclər arasında Dünya Çempionatının qalibi oldu.[14] O, həmin nəticəyə əsasən Dünya rekorduna imza atdı (əvvəl Dünya rekorduna 138.02 balla Alina Zaqitova sahib idi), habelə ümumi nəticədə topladığı 226.54 balla da Dünya rekorduna imza atdı (əvvəl Dünya rekorduna 208.60 balla Alina Zaqitova sahib oldu).[12] Aleksandra Trusova həm də, gənclər arasında dördlü salxov və dördlü tulup tullanışı edən birinci fiqurçu oldu. Gənclər arasında Dünya Çempionatının gümüş medalını Alyona Kostornaya, bürünc medalını isə Yaponiya nümayəndəsi Maho Yamaşita qazandı.[12]
Aleksandra Trusova 2017–2018-ci illər mövsümü ərzində qatıldığı beş yarışın hamısında qızıl medala sahib oldu.
2018–2019-cu illər: 2-ci dəfə Gənclər arasında Dünya çempionluğu
[redaktə | mənbəni redaktə et]Aleksandra Trusova, 2018–2019-cu illər mövsümündə qısa proqramlarda Nensi Sinatra bəstəsi olan "Bang Bang" əsərinin, sərbəst proqramlarda isə Tomoyasu Hoteinin bəstəsi olan "Kill The Target" əsərinin sədaları altında mübarizə apardı.
Ötən mövsüm ərzində gənclər arasında ISU Qran-Pri Finalının və Dünya Çempionatının qalibi olan Aleksandra Trusova, 2018–2019-cu illər mövsümündə də gənclər arasında baş tutan beynəlxalq səviyyədə yarışlarda mübarizə apardı. Əvvəlcə o, 5–8 sentyabrda Litvanın Kaunas şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Litva Qrap-Prisində ("Amber" Cup) mübarizə apardı.[15] Aleksandra Trusova, qısa proqramda 3Lz+3Lo tullanışı etdi və 75.74 balla birinci pillənin sahibi oldu.[16] O, həmin nəticəyə əsasən Dünya rekorduna imza atdı. Sərbəst proqramda isə Aleksandra Trusova, 4T+3T, 3Lz+3Lo və 3Lz+1Eu+3S tullanışları etdi və 146.70 balla birinci pillənin sahibi oldu.[17] Bu proqramda da o, Dünya rekorduna imza atdı. Bununla da Aleksandra Trusova, ümumi nəticədə 222.44 balla gənclər arasında Litva Qran-Prisinin qızıl medalına sahib oldu.[15]
O, növbəti uğuruna Ermənistanın İrəvan şəhərində baş tutan gənclər arasında Ermənistan Qran-Prisində ("Armenian" Cup) imza atdı.[18] Qısa proqramda 3Lz+3Lo tullanışı edən Aleksandra Trusova, 75.20 balla birinci pillənin sahibi oldu.[19] Sərbəst proqramda isə o, bu səfər 4Lz, 3Lz+3Lo və 3Lz+1Eu+3S tullanışları etdi və 146.82 balla birinci pillənin sahibi oldu.[20] Aleksandra Trusova həm də, Litva Qran-Prisində özünün imza atdığı Dünya rekorduna bir daha imza atdı. Bu minvalla da o, ümumi nəticədə 222.02 balla birinci pillənin sahibi oldu və gənclər arasında Ermənistan Qran-Prisinin qalibi oldu.[18] Mövsüm ərzində Litva və Ermənistan Qran-Prilərinin qızıl medalı sahib olan Aleksandra Trusova, növbəti dəfə gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Kanadanın ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri Finalında altı idmançı – Rusiya nümayəndələri Aleksandra Trusova, Alyona Kostornaya, Anna Şerbahova, Anastasiya Tarahanova və Alyona Kanışeva, habelə Cənubi Koreya nümayəndəsi Kim Ye-Lim mübarizə apardı.[21] Aleksandra Trusova, qısa proqramda 74.44 balla, sərbəst proqramda isə 140.78 balla 2-ci pillənin sahibi oldu və ümumi nəticədə 215.22 balla gənclər arasında ISU Qran-Pri Finalının gümüş medalına sahib oldu.[21][22][23] Aleksandra Trusova, sərbəst proqramda 3Lz+3Lo və 3Lz+1Eu+3S tullanışları etsə də, dördlü luts tullanışını uğursuz elədi.[21] Bununla da onun, 2017-ci ilin avqust ayında davam edən "qızıl medal" seriyası başa çatdı və o, gümüş medala sahib oldu.[21] Qızıl medalı isə digər Rusiya nümayəndəsi Alyona Kostornaya qazandı.[21]
Daha sonra Aleksandra Trusova, Rusiya Çempionatında mübarizə apardı. Qısa proqramda o, 75.96 balla 2-ci pillənin sahibi oldu. Sərbəst proqramda isə Aleksandra Trusova, dördlü luts tullanışını birinci cəhddə uğurlu, növbəti cəhddə isə uğursuz elədi. Bununlada o, sərbəst proqramda 154.76 balla və ümumi nəticədə 230.72 balla 2-ci pillənin sahibi oldu və Rusiya Çempionatının gümüş medalına sahib oldu. Qızıl medalı Anna Şerbahova, bürünc medalı isə Alyona Kostornaya qazandı.
31 yanvar-4 fevralda isə Perm şəhərinin ev sahibliyində gənclər arasında Rusiya Çempionatı baş tutdu. Ötən il baş tutan çempionatın qalibi olan Aleksandra Trusova, bu səfərdə qızıl medalın sahibi oldu. O, qısa proqramda 70.55 balla yeddinci pillənin sahibi oldu. Sərbəst proqramda isə Aleksandra Trusova, 164.45 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 235.00 balla gənclər arasında Rusiya Çempionatının qalibi oldu. Gümüş medalı Alyona Kostornaya, bürünc medalı isə Anna Şerbahova qazandı.
2018–2019-cu illər mövsümünün gənclər arasında əsas yarışı – 4–10 martda Xorvatiyanın Zaqreb şəhərində baş tutan gənclər arasında Dünya Çempiontı idi.[24] Aleksandra Trusova qısa proqramda 72.50 balla 2-ci pillənin sahibi oldu.[25] Sərbəst proqramda isə 150.40 balla birinci pillənin sahibi olan Aleksandra Trusova, gənclər arasında Dünya Çempionatının qalibi oldu.[26] O, həmin nəticəyə əsasən Dünya rekorduna imza atdı (əvvəl Dünya rekorduna 146.82 balla özü sahib idi), habelə ümumi nəticədə topladığı 222.90 balla da Dünya rekorduna imza atdı (əvvəl Dünya rekorduna 222.44 balla elə özü sahib oldu).[24] Gənclər arasında Dünya Çempionatının gümüş medalını Anna Şerbahova, bürünc medalını isə ABŞ nümayəndəsi Tinq Cui qazandı.[24] Aleksandra Trusova, Yelena Radionovadan sonra 2 dəfə gənclər arasında Dünya Çempionatının qalibi olmağı bacaran növbəti idmançı oldu.[24]
14 yaşlı Aleksandra Trusova 2018–2019-cu illər mövsümü ərzində qatıldığı altı yarışın 4-də qızıl medala, 2-də isə gümüş medala sahib oldu.
2019–2020-ci illər: Avropa Çempionatında bürünc medal
[redaktə | mənbəni redaktə et]Aleksandra Trusova, 2019–2020-ci illər mövsümündə qısa proqramlarda Edvard Grieg bəstəsi olan "Solveig's Song" əsərinin, sərbəst proqramlarda isə Matt Bellaminin bəstəsi olan "For the Throne" əsərinin sədaları altında mübarizə apardı.
Aleksandra Trusova, 18–22 sentyabrda Bratislava şəhərinin ev sahibliyində baş tutan "Ondrej Nepela Memorial" yarışında mübarizə apardı.[27] O, qısa proqramda 75.92 balla, sərbəst proqramda isə 164.78 balla birinci pillənin sahibi oldu.[28][29] Bununla da Aleksandra Trusova, ümumi nəticədə 240.70 balla "Ondrej Nepela Memorial" yarışının qalibi oldu.[27]
Daha sonra o, Yaponiyanın Saytama şəhərində baş tutan "Japan Open" yarışında mübarizə apardı. Aleksandra Trusova, sərbəst proqramda 160.54 balla birinci pillənini sahibi oldu. Onun mübarizə apardığı Avropa yığması isə ümumi nəticədə 615.75 balla "Japan Open" yarışının qızıl medalına sahib oldu.
Aleksandra Trusova, 2019–2020-ci illər mövsümündə ISU Qran-Pri yarışının Kanada və Rusiya mərhələlərində mübarizə apardı.[30] Kanadanın Kelouna şəhərinin ev sahibliyində baş tutan Kanada Qran-Prisinin qısa proqramında Aleksandra Trusova, 75.40 balla üçüncü pillənin sahibi oldu.[31] Sərbəst proqramda isə o, 166.62 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 242.02 balla Kanada Qran-Prisinin qalibi oldu.[30][32] Aleksandra Trusova həm də, sərbəst proqram üzrə və ümumi nəticə üzrə Dünya rekorduna imza atdı.
Daha sonra o, 15–17 noyabrda Rusiyada baş tutan "Rostelecom Cup" yarışında mübarizə apardı.[33] Qızıl medal uğrunda əsas mübarizə Aleksandra Trusova və Yevgeniya Medvedyeva arasında oldu.[33] Qısa proqramda Aleksandra Trusova 74.22 balla 2-ci pillənin sahibi oldu.[34] Yevgeniya Medvedyeva isə 76.94 balla birinci pillənin sahibi oldu.[34] Sərbəst proqramda isə Yevgeniya Medvedyeva 148.84 balla 2-ci pillənin, Aleksandra Trusova isə 160.26 balla birinci pillənin sahibi oldu.[35] Bununla da Aleksandra Trusova, ümumi nəticədə 234.48 balla "Rostelecom Cup" yarışının qızıl medalına sahib oldu.[33] Gümüş medalı Yevgeniya Medvedyeva, bürünc medalı isə ABŞ nümayəndəsi Mariah Bell qazandı.[33] Mövsüm ərzində həm Kanada Qran-Prisinin, həm də Rusiya Qran-Prisinin qalibi olan Aleksandra Trusova, ISU Qran-Pri Finalına vəsiqə qazandı.
İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri Finalında altı idmançı – Rusiya nümayəndələri Alyona Kostornaya, Aleksandra Trusova, Anna Şerbahova və Alina Zaqitova, Yaponiya nümayəndəsi Riha Kihira və ABŞ nümayəndəsi Mariah Bell mübarizə apardı.[36] Qısa proqramda Aleksandra Trusova, üçlü axel tullanışı etməyə cəhd edən zaman buzüstünə yıxıldı və bu, onun nəticəsinə ciddi təsir göstərdi. Bununlada o, 72.44 balla beşinci pillənin sahibi oldu.[37] Sərbəst proqramda isə Aleksandra Trusova, 4F, 4Lz, 4T+1Eu+3S və 3Lz+3T tullanışı etdi, dördlü tulup tullanışı etməyə cəhd edən zaman buzüstünə yıxıldı. Bununlada o, 162.74 balla üçüncü pillənin sahibi oldu.[38] Ümumi nəticədə isə Aleksandra Trusova, 234.18 balla üçüncü pillənin sahibi oldu və ISU Qran-Pri Finalının bürünc medalına sahib oldu.[36] Bununla da onun, 2019-cu ilin fevral ayında davam edən "qızıl medal" seriyası başa çatdı. Qızıl medalı Alyona Kostornaya, gümüş medalı isə Anna Şerbahova qazandı.[36]
Daha sonra Aleksandra Trusova, Rusiya Çempionatında mübarizə apardı. Ötən il baş tutan Rusiya Çempionatının gümüş medalına sahib olan Aleksandra Trusova, bu səfər bürünc medala sahib oldu. O, qısa proqramda 75.46 balla, sərbəst proqramda isə 150.88 balla üçüncü pillənin sahibi oldu. Bu minvallada Aleksandra Trusova, ümumi nəticədə 226.34 balla Rusiya Çempionatının bürünc medalını qazandı. Qızıl medala Anna Şerbahova, gümüş medala isə Alyona Kostornaya sahib oldu.
Aleksandra Trusova, 2020-ci ilin yanvar ayında Avropa Çempionatlarında debüt etdi.[39] O, 20–26 yanvarda Avstriyanın Qrats şəhərinin ev sahibliyində baş tutan Avropa Çempionatında mübarizə apardı.[39] Qısa proqramda Aleksandra Trusova, Alyona Kostornaya və Anna Şerbahovadan sonra 74.95 balla üçüncü pillənin sahibi oldu.[40] Sərbəst proqramda da o, üçüncü pillənin sahibi oldu (150.40 balla) və ümumi nəticədə 225.35 balla Avropa Çempionatının bürünc medalını qazandı.[41] Qızıl medala Alyona Kostornaya, gümüş medala isə Anna Şerbahova sahib oldu.[39]
Rusiya yığmasından Alyona Kostornaya, Anna Şerbahova və Aleksandra Trusova 16–22 martda Kanadanın Monreal şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında mübarizə aparmalı idi. Amma Dünya Çempionatından beş gün əvvəl, martın 11-də ISU, COVID-19 pandemiyasına görə Dünya Çempionatının təxirə salındığını elan etdi.
15 yaşlı Aleksandra Trusova 2019–2020-ci illər mövsümü ərzində qatıldığı yeddi yarışın dördündə qızıl medala, üçündə isə bürünc medala sahib oldu.
Kompozisiyaları
[redaktə | mənbəni redaktə et]
|
| ||
|
|
Uğurları
[redaktə | mənbəni redaktə et]Karyerası ərzində 4 mövsümdə mübarizə aparan Aleksandra Trusova, 13 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olub.
Dünya Çempionatı | |||||
Avropa Çempionatı | |||||
Qran-Pri: Final | |||||
Qran-Pri: Kanada | |||||
Qran-Pri: Rusiya | |||||
"Ondrej Nepela" | |||||
Gənclərin Dünya Çempionatı | |||||
Gənclərin Qran-Prisi: Final | |||||
Gənclərin Qran-Prisi: Avstraliya | |||||
Gənclərin Qran-Prisi: Belarus | |||||
Gənclərin Qran-Prisi: Ermənistan | |||||
Gənclərin Qran-Prisi: Litva | |||||
Rusiya Çempionatı | |||||
Gənclərin Rusiya Çempionatı | |||||
"Japan Open" | |||||
Nəticələri
[redaktə | mənbəni redaktə et]01.02.2017 05.02.2017 |
Gənclərin Rusiya Çempionatı | Rusiya | |||||||
22.08.2017 26.08.2017 |
ISU Gənclərin Avstraliya Qran-Prisi | Avstraliya | |||||||
20.09.2017 24.09.2017 |
ISU Gənclərin Belarus Qran-Prisi | Belarus | |||||||
06.12.2017 12.12.2017 |
ISU Gənclərin Qran-Pri Finalı | Yaponiya | |||||||
22.01.2018 26.01.2018 |
Gənclərin Rusiya Çempionatı | Rusiya | |||||||
05.03.2018 11.03.2018 |
ISU Gənclərin Dünya Çempionatı | Bolqarıstan | |||||||
05.09.2018 08.09.2018 |
ISU Gənclərin Litva Qran-Prisi | Litva | |||||||
10.10.2018 14.10.2018 |
ISU Gənclərin Ermənistan Qran-Prisi | Ermənistan | |||||||
06.12.2018 10.12.2018 |
ISU Gənclərin Qran-Pri Finalı | Kanada | |||||||
18.12.2018 24.12.2018 |
Rusiya Çempionatı | Rusiya | |||||||
01.02.2019 04.02.2019 |
Gənclərin Rusiya Çempionatı | Rusiya | |||||||
04.03.2019 10.03.2019 |
ISU Gənclərin Dünya Çempionatı | Xorvatiya | |||||||
18.09.2019 22.09.2019 |
"Ondrej Nepela Memorial" | Bratislava | |||||||
05.10.2019 06.10.2019 |
"Japan Open" | Yaponiya | |||||||
25.10.2019 28.10.2019 |
ISU Kanada Qran-Prisi | Kanada | |||||||
15.11.2019 18.11.2019 |
ISU Rusiya Qran-Prisi | Rusiya | |||||||
05.12.2019 08.12.2019 |
ISU Qran-Pri Finalı | İtaliya | |||||||
26.12.2019 30.12.2019 |
Rusiya Çempionatı | Rusiya | |||||||
24.01.2020 25.01.2020 |
Avropa Çempionatı | Avstriya |
Mənbələr
[redaktə | mənbəni redaktə et]Keçidlər
[redaktə | mənbəni redaktə et]- Aleksandra Trusovanın Commonsda olan mediafaylları
- Aleksandra Trusovanın rəsmi Instagram səhifəsi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://www.championat.com/figureskating/article-3698677-trusova-stala-dvukratnoj-chempionkoj-mira-po-figurnomu-kataniju-sredi-juniorov.html.
- ↑ https://fs-gossips.com/alexandra-trusova-whether-i-would-take-part-in-2026-winter-olympics-this-is-so-far-away-now-i-live-for-today/.
- ↑ 1 2 3 "ISU Junior Grand Prix Australia, 2017 / Ladies / Results" ( (ing.)). 28.08.2017. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Junior Grand Prix Australia, 2017 / Ladies / Short program" ( (ing.)). 28.08.2017. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Junior Grand Prix Australia, 2017 / Ladies / Free program" ( (ing.)). 28.08.2017. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 "ISU Junior Grand Prix Belarus, 2017 / Ladies / Results" ( (ing.)). 24.09.2017. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Junior Grand Prix Belarus, 2017 / Ladies / Short program" ( (ing.)). 24.09.2017. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Junior Grand Prix Belarus, 2017 / Ladies / Free program" ( (ing.)). 24.09.2017. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 "ISU Junior Grand Prix Final, 2017 / Ladies / Results" ( (ing.)). 10.12.2017. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Junior Grand Prix Final, 2017 / Ladies / Short program" ( (ing.)). 10.12.2017. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 3 "ISU Junior Grand Prix Final, 2017 / Ladies / Free program" ( (ing.)). 10.12.2017. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 3 "ISU World Junior Championships, 2018 / Ladies / Results" ( (ing.)). 10.03.2018. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Junior Championships, 2018 / Ladies / Short program" ( (ing.)). 10.03.2018. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Junior Championships, 2018 / Ladies / Free program" ( (ing.)). 10.03.2018. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 "ISU Junior Grand Prix Lithuania, 2018 / Ladies / Results" ( (ing.)). 08.09.2018. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Junior Grand Prix Lithuania, 2018 / Ladies / Short program" ( (ing.)). 08.09.2018. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Junior Grand Prix Lithuania, 2018 / Ladies / Free program" ( (ing.)). 08.09.2018. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 "ISU Junior Grand Prix Armenia, 2018 / Ladies / Results" ( (ing.)). 14.10.2018. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Junior Grand Prix Armenia, 2018 / Ladies / Short program" ( (ing.)). 14.10.2018. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Junior Grand Prix Armenia, 2018 / Ladies / Free program" ( (ing.)). 14.10.2018. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 3 4 5 "ISU Junior Grand Prix Final, 2018 / Ladies / Results" ( (ing.)). 08.12.2018. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Junior Grand Prix Final, 2018 / Ladies / Short program" ( (ing.)). 08.12.2018. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Junior Grand Prix Final, 2018 / Ladies / Free program" ( (ing.)). 08.12.2018. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 3 4 "ISU World Junior Championships, 2019 / Ladies / Results" ( (ing.)). 10.03.2019. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Junior Championships, 2019 / Ladies / Short program" ( (ing.)). 10.03.2019. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU World Junior Championships, 2019 / Ladies / Free program" ( (ing.)). 10.03.2019. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 "Ondrej Nepela Memorial, 2019 / Ladies / Results" ( (ing.)). 22.09.2019. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "Ondrej Nepela Memorial, 2019 / Ladies / Short program" ( (ing.)). 22.09.2019. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "Ondrej Nepela Memorial, 2019 / Ladies / Free program" ( (ing.)). 22.09.2019. 14.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 "ISU Grand-Prix Canada, 2019 / Ladies / Results" ( (ing.)). 28.10.2019. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand-Prix Canada, 2019 / Ladies / Short program" ( (ing.)). 28.10.2019. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand-Prix Canada, 2019 / Ladies / Free program" ( (ing.)). 28.10.2019. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 3 4 "ISU Grand-Prix Russia, 2019 / Ladies / Results" ( (ing.)). 18.11.2019. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 "ISU Grand-Prix Russia, 2019 / Ladies / Short program" ( (ing.)). 18.11.2019. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand-Prix Russia, 2019 / Ladies / Free program" ( (ing.)). 18.11.2019. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 3 "ISU Grand-Prix Final, 2019 / Ladies / Results" ( (ing.)). 08.12.2019. 2020-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand-Prix Final, 2019 / Ladies / Short program" ( (ing.)). 08.12.2019. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU Grand-Prix Final, 2019 / Ladies / Free program" ( (ing.)). 08.12.2019. 2019-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ 1 2 3 "ISU European Championships, 2020 / Ladies / Results" ( (ing.)). 26.01.2020. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU European Championships, 2020 / Ladies / Short program" ( (ing.)). 26.01.2020. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- ↑ "ISU European Championships, 2020 / Ladies / Free program" ( (ing.)). 26.01.2020. 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.