İşıq diodu
İş prinsipi | Elektrolüminessensiya |
---|---|
Kəşf edilib | Oleq Losev (1927)[1] Ceyms Berd (1961)[2] Nik Holonyak (1962)[3] |
İlk istehsal | 1962-ci ilin oktyabrı |
Pin konfiqurasiyası | Anod və katod |
Elektron simvolu | |
İşıq diodu — elektrik enerjisini işıq enerjisinə çevirən p-n keçidli diod. Dioddan düz cərəyan axdıqda elektron və deşiklərin p-n keçidi və onun yaxınlığında intensiv rekombinasiya nəticəsində şüalanma yaranır. Bu effekt elektrolüminessensiya?! adlanır və işığın rəngi (fotonun enerjisinə uyğun) yarımkeçiricinin qadağan edilmiş zonasının enerjisi ilə müəyyən edilir.
İşıq diodlarının sahəsi çox kiçikdir (1 mm2-dən daha az) və tamamlanmış optik komponentlər özünün şüalanma quruluşunu formalaşdırmaq üçün istifadə oluna bilər.[4] 1962-ci ildə praktiki elektron komponentlər kimi meydana çıxan işıq diodları ilk əvvəllər aşağı intensivlikli infraqırmızı işıq şüalandırırdılar.[5] İnfraqırmızı işıq diodları hələ də uzaq məsafədən idarə olunan sxemlərdə elementlərin ötürülməsi üçün istifadə olunur. Müasir işıq diodları görünən, ultrabənövşəyi və infraqırmızı kimi müxtəlif dalğa uzunluğunda çox yüksək parlaqlıqlı işıq vermə qabiliyyətinə malikdir.
İlk əvvəllər işıq diodları tez-tez kiçik közərmə lampalarını əvəz edən elektron cihazlar üçün indikator lampaları kimi istifadə edilirdi. İşıq diodlarının inkişaf etdirilməsi ətraf mühitin məqsədli şəkildə işıqlandırılmasında onları istifadə etməyə imkan yaradır. İşıq diodları közərmə lampalarından bir sıra üstünlüklərə malikdirlər. Bu üstünlüklərə aşağı enerji sərfi, uzun müddətli istifadə, təkmilləşdirilmiş fiziki etibarlılıq, kiçik ölçü və daha sürətli kommutasiyanı misal göstərə bilərik. İşıq diodları müasir dövrümüzdə aviasiya işıqlandırması, avtomobil faraları, reklam, ümumi işıqlandırma, kameralar, işıqlı divar kağızı kimi müxtəlif tətbiqlərdə istifadə olunur. İşıq diodları həmçinin yüksək kommutasiya normalarına görə qabaqcıl informasiya kommunikasiya texnologiyalarında istifadə olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "The life and times of the LED — a 100-year history" (PDF). The Optoelectronics Research Centre, University of Southampton. Aprel 2007. 15 September 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 26 may 2016.
- ↑ US Patent 3293513 Arxivləşdirilib 2018-06-12 at the Wayback Machine, "Semiconductor Radiant Diode", James R. Biard and Gary Pittman, Filed on Aug. 8th, 1962, Issued on Dec. 20th, 1966.
- ↑ "Inventor of Long-Lasting, Low-Heat Light Source Awarded $500,000 Lemelson-MIT Prize for Invention". Washington, D.C. Massachusetts Institute of Technology. 21 aprel, 2004. 9 October 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 may 2016. (#invalid_param_val)
- ↑ Moreno, I.; Sun, C. C. "Modeling the radiation pattern of LEDs". Optics Express. 16 (3). 2008: 1808–1819. doi:10.1364/OE.16.001808. PMID 18542260.
- ↑ "The First Practical LED" (PDF). EdisonTechCenter.org. Edison Tech Center. 2015. 2022-08-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-02-02.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- DMOZ-da İşıq diodu
- İşıq diodları haqqında təhsil — YouTube platformasında