Simistor
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Simistor — dəyişən cərəyanla işləyən, AC kommutasiya tətbiqləri üçün ideal bir cihazdır. Yəni-dəyişən cərəyan siqnalının mənfi və müsbət amplitudlarını keçirməyə qadirdir.
Bir tiristor yalnız sabit cərəyanla işləyir və sabit cərəyanlı cihazı idarə edə bilər. Yəni dəyişən cərəyanın yarım periodunu yalnız üst müsbət amplitudu buraxa bilir. Dəyişən cərəyan dalğa formasının hər iki yarısında cərəyan komutasiyasını idarə etmək üçün simistorun istifadə istifadə edilməsi, çox daha yaxşı bir güc istifadəsinə icazə verir. Bununla birlikdə, simistor, komutasiyasının daha çətin olduğu bəzi yüksək güc tətbiqləri üçün hər zaman uyğun deyil. Tiristorun idarə edilmə siqnalı ilə simistorunidarə edilmə arasındakı fərqi şəkildə göstərilmişdir.
Simstorun simvolu
[redaktə | mənbəni redaktə et]Dövrə simvolu simistor iş prinsip formasını verir. Çöldən baxıldığında geriyə dönmüş iki tiristor olaraq görülə bilər və dövrə simvolunun göstərdiyi şey budur.
Simistor simvolunda üç terminal var. Bunlar Gate(qapı) və digər iki terminal ümumiyyətlə "Anod" və ya "Ana Terminal" olaraq adlanılır. Simistorn ikisindən biri olduğu üçün Anod 1 və Anod 2 və ya Ana Terminal, MT1 və MT2 olaraq qəbul edilmişdir.
Simistorun Əsasları
[redaktə | mənbəni redaktə et]Simistor təsirli tiristor əsaslı bir elementdir. Elektrik sistemləri üçün AC komutasiyanı təmin edir. Tiristor kimi, simistorlar bir çox elektrik kommutasiya tətbiqlərində istifadə edilir. Dimmer İşıq dövrələrində geniş istifadə edirlər. AC siqnalının hər iki yarısını da keçirməyə icazə verir. Bu, mövcud güc istifadəsində onları daha məhsuldar hala gətirər. Arxa arxaya iki tiristor istifadə etmək mümkündür ancaq bu, aşağı dəyəri və nisbətən aşağı güc tətbiqləri üçün hər zaman səmərəli deyil. Bir simistorun işləməsini geriyə kürək üstü yerləşdirilmiş iki tiristor baxımından görmək mümkündür.
Simistorun mənfi cəhətlərindən biri də simmetrik olaraq keçirməməsidir. Ümumiyyətlə, periodun hər yarısı üçün fərqli gate gərginliyində keçid edən bir yerdəyişmə olacaq. Bu, EMC(Electro Magnetic Compatibility-elektromaqnit uyğunluğ) performansı üçün yaxşı olmayan əlavə harmoniklər yaradır və eyni zamanda sistemdə qeyri-tarazlıq təmin edər. Cərəyan dalğa formasının komutasiyasını yaxşı-laşdırmaq və daha simmetrik olmasını təmin etmək üçün, impulslayıcı puls zamana qurmaq üçün simistorun xaricində bir cihaz istifadə edilməsi lazımdır. Gate-ə ardıcıl yerləşdirilən bir Dinistor, bunu normal hala gətirməyin bir üsuludur (Diac-dinistor, triac-tiristor).