Kərbəlayı Mirzə Ələkbər Safi
Naviqasiyaya keç
Axtarışa keç
Kərbəlayı Mirzə Ələkbər Safi | |
---|---|
Kərbəlayı Mirzə Ələkbər Məşədi Məhəmmədhüseyn oğlu Safi | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Kaspi vilayəti, Rusiya imperiyası |
Fəaliyyəti | şair |
Üzvlüyü |
Кərbəlayı Mirzə Ələkbər Safi (1840, Şuşa) — şair.
Həyatı
[redaktə | mənbəni redaktə et]Kərbəlayı Ələkbər Safi 1840-cı ildə Şuşa şəhərində doğulmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Mərdinli obasındandır. İbtidai təhsilini əmisindən almışdı. Sənətkarlıqla məşğul idi. O, həm də şair idi. Safi təxəllüsü ilə şeirlər yazırdı. "Məclisi-fərəmuşan"ın üzvü idi. Təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Kərbəlayı Ələkbər Məşədi Məhəmmədhüseyn Qarabağinin oğludur və təxəllüsü Safidir. Mərhum Şəhidin qardaşı oğludur. Mömin bir kişidir, sənətkar əhlindən hesab olunur. Yaşı əlliyə yаxın olar. Bədəncə zəifdir".
Kərbəlayı Ələkbər Safinin Əli, İsmayıl adlı oğulları, Sona adlı qızı vardı.