Cavanşir-Dizaq mahalı
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Cavanşir-Dizaq mahalı — Qarabağ xanlığının 25 mahalından biri.
Qısa bilgi
[redaktə | mənbəni redaktə et]- Sahəsi -
- Əhalisi — Cavanşirlər
- Yaranması — 1747-ci il
- Mərkəzi— Hacılı obası
- Sərhədləri —Qərbdən Xırdapara-Dizaq mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Dəmirçihəsənli mahalı, cənubdan Ərdəbil xanlığı.
Cavanşir-Dizaq mahalının tarixi
[redaktə | mənbəni redaktə et]Qədim-qayım Qarabağın mahallarından biri də Cavanşir-Dizaqdır. Cavanşir-Dizaq mahalı qərbdən Xırdapara-Dizaq, şimaldan Vərəndə, şərqdən Dəmirçi-Həsənli, cənubdan Ərdəbil vilayəti, Şahsevən xanlığı ilə həmsərhəd idi.
Cavanşir-Dizaq mahalı əski Arazbar qəzası ərazisinin əksər hissəsini əhatə edirdi. Arazbar qəzası isə ta qədimdən Cavanşir elinin yurd yeridir. Pənahəli xan Sarıcalı-Cavanşir hakimiyyətə yiyələnəndən sonra Qarabağ xanlığını mahallara böldü. Arazbar qəzasının əsas hissəsi Cavanşir-Dizaq mahalının ərazisinə düşdü.
Qarabağ xanları əslən Cavanşir-Dizaq mahalından olduqlarından bu bölgənin camaatına xüsusi qayğı göstərirdilər. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "Mərhum Pənah xanın əsil-nəsəbi Dizağın Cavanşir elindəndir. Bu el qədim zamanlarda Türküstandan gəlmiş Bəhmənli elinin bir qolu olan Sarıcalı oymağındandır. Bunların ata-babaları Cavanşir eli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və ehsan sahibi olmuş adamlar idi".[1].
1823-cü ildə Qarabağda yaranan rus hərbi komendantlığı və Qafqaz canişinliyi tərəfindən hazırlanan "statistik təsvir"də Cavanşir-Dizaq mahalı haqqında bilgi var. Bir qədər ziddiyətli olsa da, saf-çürük edib yazımıza daxil etməyi gərəkli bildik.[2]
Cavanşir-Dizaq mahalı 1823-cü ildə
[redaktə | mənbəni redaktə et]- Hacılı obası — 67 tüstü vergi ödəyirdi. 50 tüstü isə vergidən azad olunmuşdu. Vergi ödəməyənlər: Minbaşı Qasım bəy qardaşları ilə 3 tüstü, Qasım bəyin rəncbəri 1 tüstü, Səlif bəyin 1 tüstüsü, onun rəncbəri 1 tüstü, molla 1 tüstü, dəllək 1 tüstü, çavuş 1 tüstü, kasıb, dul və yetimlər 17 tüstü, Mirzə Camal bəyin rəiyyətləri 2 tüstü, kədxudanın 4 tüstüsü, Şərif bəyin oğulları 5 tüstü.
- Yağlıvənd obası — 52 tüstü vergi ödəyirdi. 24 tüstü vergidən azad olunmuşdu. Vergi ödəməyənlər: Səfiqulu yüzbaşı 1 tüstü, onun rəncbəri 1 tüstü, kədxuda 2 tüstü, molla 1 tüstü, dəllək 1 tüstü, çavuş 1 tüstü, yüzbaşının qardaşı Şərəfxan 1 tüstü, Ağakişinin uşaqları 2 tüstü, kasıb, dul və yetimlər 14 tüstü. Məşədi İbrahim Əsəd bəyin yanında yaşayırdı. Şəmşinin iki oğlu Şuşa qalasında idi. Qalada olan bir neçə divanxana fərraşı oba ilə birlikdə vergi ödəyirdi.
- Qaraxanbəyli obası — 34 tüstü vergi ödəyirdi. 21 tüstü vergidən azad olunmuşdu. Vergi ödəməyənlər: Mürsəl yüzbaşı 1 tüstü, onun rəncbəri 1 tüstü, yüzbaşının qardaşı 1 tüstü, molla 1 tüstü, dəllək 1 tüstü, çavuş 1 tüstü, YəHya bəyin övladları 3 tüstü, kasıb, dul və yetimlər 12 tüstü.
$ Seyidmahmudlu obası — 11 tüstü vergi ödəyirdi. 11 tüstü vergidən azad olunmuşdu. Vergi ödəməyənlər: Məhəmməd yüzbaşı 1 tüstü, onun rəncbəri 1 tüstü, məaf 1 tüstü, molla 1 tüstü, çavuş 1 tüstü, kasıb və yetimlər 7 tüstü.
- Bəhmənli obası — 24 tüstü vergi ödəyirdi. 10 tüstü vergidən azad olunmuşdu. Vergi ödəməyənlər: Zeynalabdin yüzbaşı 1 tüstü, molla 1 tüstü, çavuş 1 tüstü, kasıb və yetimlər 6 tüstü.
- Merdinli obası — 13 tüstü vergi ödəyirdi. 9 tüstü vergidən azad olunmuşdu. Vergi ödəməyənlər: Namazəli yüzbaşı 1 tüstü, onun rəncbəri 1 tüstü, dul və yetimlər 6 tüstü. 1 tüstü də Qaradağdan gəlmişdi.
- Qəribənd obası — 8 tüstü vergi ödəyirdi. 11 tüstü vergidən azad olunmuşdu. Vergi ödəməyənlər: Əli yüzbaşı 1 tüstü, onun rəncbəri 1 tüstü, yüzbaşının qardaşları 3 tüstü, məaf 1 tüstü, kasıb və yetimlər 6 tüstü.
- Dədəli obası — 6 tüstü vergi ödəyirdi. 6 tüstü vergidən azad olunmuşdu. Vergi ödəməyənlər: Həzrətqulu yüzbaşı 1 tüstü, Hacı Rəsulun övladları 3 tüstü, kasıb və yetimlər 2 tüstü.
- I Zərgər obası — 22 tüstü vergi ödəyirdi. 17 tüstü vergidən azad olunmuşdu. Vergi ödəməyənlər: Cəfər yüzbaşı 1 tüstü, onun rəncbəri 1 tüstü, çavuş 1 tüstü, xan nökərləri 9 tüstü, məaflar—Imankişi və ƏliHüseyn xan təliqəsi ilə vergidən azad olunmuşdular, kasıb və yetimlər 6 tüstü. 6 tüstü də xaricdən qayıtmışdı.
- II Zərgər obası — 42 tüstü vergidən azad olunmuşdu. Kədxuda Gülməmməd 1 tüstü və rəiyyət 20 tüstü. Kədxuda Pirəli 1 tüstü və rəiyyət 20 tüstü.
- III Zərgər obası — 15 tüstü vergi ödəyirdi. 5 tüstü vergidən azad olunmuşdu. Vergi ödəməyənlər: Yüzbaşı Zal bəy 1 tüstü, onun rəncbəri 1 tüstü, molla 1 tüstü, kasıblar 2 tüstü.
- Dirağarda obası — 20 tüstü vergi ödəyirdi.
1827-ci ildə Mehdiqulu xan İrandan qayıdandan sonra məhkəməyə təqdim etdiyi arayışların içində mahallarda yaşayan dövlət (xəzinə) oba və kəndlərini göstərən bilgi var. Həmin bilgini yazımıza köçürməyi gərəkli bildik.
Cavanşir-Dizaq mahalı 1827-ci ildə
[redaktə | mənbəni redaktə et]# | Obalar | Vergiödəyənlər | Ödəməyənlər | Rəncbərlər |
---|---|---|---|---|
1 | Hacılı | 86 | 13 | - |
2 | Yağləvənd | 51 | 14 | 1 |
3 | Qaraxanbəyli | 26 | 3 | 3 |
4 | Seyidmahmudlu | 25 | 3 | 1 |
5 | Böyük Bəhmənli | 27 | 5 | 3 |
6 | Merdinli | 18 | 1 | 1 |
7 | Qərbənd | 11 | 1 | 1 |
8 | Dədəli | 4 | 1 | 1 |
9 | I Zərgər | 7 | 2 | - |
10 | II Zərgər | 9 | 2 | - |
11 | Veysəlli | 27 | 3 | 2 |
12 | Dilağarda | 30 | 21 | - |
Cavanşir-Dizaq mahalının ərazisində təkcə sadaladığımız obalar yaşamırdı. Mahalda müxtəlif mülkədarlara bağlı obalar da qərar tuturdu. Cavanşir-Dizaq mahalında mülkədarlara bağlı obalar:
- Arasbarlı obası
- Bala Bəhmənli obası
- Mirzəcamallı obası
- Əlixanlı obası
- Kürdmahmudlu obası
- İşıqlı obası
- Əbdürrəhmanbəyli obası
1831-ci ildə kollec katibi Suşko Cavanşir-Dizaq mahalının əhalisinin cədvəlini hazırlamışdı.
Cavanşir-Dizaq mahalı 1831-ci ildə
[redaktə | mənbəni redaktə et]- Yağləvənd obası — dövlət kəndlisi 75 tüstü, 164 kişi
- Bəhmənli obası — 5 bəy tüstüsü, 13 kişi, 1 tüstü molla, 3 mollaya bağlı kişi, dövlət kəndlisi 34 tüstü, 73 kişi
- Arasparlı obası — dövlət kəndlisi 7 tüstü, 13 kişi
- Seyidmahmudlu obası — 1 tüstü molla, 2 mollaya bağlı kişi, dövlət kəndlisi 34 tüstü, 71 kişi
- Merdinli obası — dövlət kəndlisi 21 tüstü, 50 kişi
- Mirzəcamallı obası — dövlət kəndlisi 24 tüstü, 68 kişi
- Hacılı obası — 5 tüstü bəy , 16 kişi, dövlət kəndlisi 110 tüstü, 294 kişi, bəy rəiyyəti 12 tüstü, 36 kişi
- Əbdürrəhmanbəyli obası — 7 tüstü bəy, 23 kişi, dövlət kəndlisi 50 tüstü, 127 kişi
- Dədəli obası — 5 tüstü bəy, 14 kişi, dövlət kəndlisi 5 tüstü, 9 kişi
- Qaraxanbəyli obası — 3 tüstü bəy, 4 kişi, dövlət kəndlisi 45 tüstü, 92 kişi
- Əlixanlı obası — dövlət kəndlisi 28 tüstü, 53 kişi
- Qərbənd obası — dövlət kəndlisi 18 tüstü, 30 kişi
- Veysəlli obası — 2 tüstü bəy, 6 kişi, 1 tüstü molla, dövlət kəndlisi 36 tüstü, 122 kişi
- I Zərgər obası — dövlət kəndlisi 14 tüstü, 32 kişi
- II Zərgər obası — dövlət kəndlisi 22 tüstü, 49 kişi
- Dilağarda obası — dövlət kəndlisi 59 tüstü, 141 kişi, Mehdiqulu xana bağlı rəiyyətlər 2 tüstü, 5 kişi
1832-ci ildə Cavanşir-Dizaq mahalının vergiödəyən əhalisi xüsusi cədvəldə göstərilib. Bu cədvələ mahalın obaları bütövlükdə düşməyib.
Cavanşir-Dizaq mahalı 1832-ci ildə
[redaktə | mənbəni redaktə et]# | Obalar | Vergiödəyənlər | ödəməyənlər |
---|---|---|---|
1 | Hacılı | 76 | 17 |
2 | Yağləvənd | 48 | 9 |
3 | Qaraxanbəyli | 27 | 3 |
4 | Seyidmahmudlu | 26 | 3 |
5 | Merdinli | 15 | 1 |
1833-cü ilin 20 yanvarında Cavanşir-Dizaq mahalının əhalisi dövlət tərəfindən özəl cədvəllərdə qeyd olunub.
Cavanşir-Dizaq mahalı 1833-cü ildə
[redaktə | mənbəni redaktə et]- Bəhmənli kəndi — molla 1 tüstü, dövlət kəndlisi 25 tüstü, bəy 3 tüstü, rəncbərlər 3 tüstü, bəy kəndlisi 3 tüstü, cəmi 35 tüstü
- Hacılı obası — dövlət kəndlisi 76 tüstü, bəy 4 tüstü, rəncbər 13 tüstü, məaf 2 tüstü, bəy kəndlisi 18 tüstü, cəmi 113 tüstü
- Yağləvənd obası — molla 1 tüstü, dövlət kəndlisi 47 tüstü, bəy 9 tüstü, cəmi 57 tüstü
- Qaraxanbəyli obası — molla 1 tüstü, dövlət kəndlisi 26 tüstü, bəy 3 tüstü, bəy kəndlisi 3 tüstü, cəmi 33 tüstü
- Seyidmahmudlu obası — molla 1 tüstü, dövlət kəndlisi 25 tüstü, bəy 3 tüstü, cəmi 29 tüstü
- Merdinli obası — molla 1 tüstü, dövlət kəndlisi 14 tüstü, bəy 1 tüstü, cəmi 16 tüstü
- Qərvənd obası — molla 1 tüstü, dövlət kəndlisi 10 tüstü, bəy 1 tüstü, rəncbər 1 tüstü, cəmi 13 tüstü
- Dədəli obası — dövlət kəndlisi 3 tüstü, bəy 4 tüstü, cəmi 7 tüstü
- I Zərgər obası — dövlət kəndlisi 9 tüstü, bəy 1 tüstü, rəncbər 1 tüstü, cəmi 11 tüstü
- Veysəlli obası — molla 2 tüstü, dövlət kəndlisi 28 tüstü, bəy 3 tüstü, cəmi 33 tüstü
- Dilağarda obası — molla 1 tüstü, dövlət kəndlisi 28 tüstü, bəy 6 tüstü, cəmi 35 tüstü
- Alıxanlı obası — molla 2 tüstü, dövlət kənlisi 15 tüstü, bəy 4 tüstü, cəmi 21 tüstü
- Əbdüləzim bəy və Cəfərqulu bəy (Əbdürrəhmanbəyli) obası — dövlət kəndlisi 43 tüstü, bəy 7 tüstü, cəmi 50 tüstü
- Abbasqulu bəy Səlif bəy oğlu (Hacılı obasının qolu) obası — dövlət kənlisi 2 tüstü, cəmi tüstü, Kəbirli mahalındadır,-qeydiyyatı var.
- Dövlətyarlı obası — bəy kəndlisi 39 tüstü, məaf 5 tüstü, Cavanşir mahalındadır,-qeydiyyatı var.
- Mirzəcamallı obası — bəy kənlisi 11 tüstü, bəy 2 tüstü, cəmi 13 tüstü
- Arasparlı obası — bəy kəndlisi-4 tüstü, bəy 1 tüstü, cəmi 5 tüstü
- Qacar obası — bəy kəndlisi 30 tüstü, bəy 5 tüstü, cəmi 35 tüstü, Vərəndə mahalındadır,-qeydiyyatı var.
- Mehdisərkar obası — bəy kəndlisi 22 tüstü, dövlət kəndlisi 4 tüstü, cəmi 26 tüstü, Dizaq mahalındadır,- qeydiyyatı var.[4]
Cavanşir-Dizaq mahalının naibləri
[redaktə | mənbəni redaktə et]Titul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | Məhəmmədşərif bəy Hacılı-Cavanşir | 1747 | 1761 |
Naib | Səlif bəy Hacılı-Cavanşir | 1761 | 1777 |
Naib | Məhəmmədxan bəy Hacılı-Cavanşir | 1777 | 1794 |
Naib | Şərif bəy Hacılı-Cavanşir | 1794 | 1805 |
Naib | Qasım bəy Hacılı-Cavanşir | 1805 | 1822 |
Rus üsul-idarəsi dönəmi
- Qasım bəy Səlif bəy oğlu………………………………..1822–1834
Mahalın naibləri Cavanşir elinin Hacılı camaatının nümayəndələrindən təyin olunurdular. Onlar irsən bu mahalı idarə etmişdilər. Digər mahallardan fərqli Cavanşir-Dizaq mahalında mülk, xalisə və başqa torpaqlar az idi. Mahalın ərazisində əsasən divan və camaat (icma) torpaqları mülkiyyət biçimi vardı.
Mahal ərazisində yaşayan obaların əksəriyyəti Cavanşir soylu olduqlarından xanlıq dönəmində heç bir vergi ödəmirdilər. Iki Qarabağ xanının vəziri olmuş, tarixçi və hüquqçu Mirzə Camal Cavanşir Qarabaği el-obaların vergi ödəməsi xüsusunda yazır: "Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi… Qarabağ ellərindən tövcü pulu və məhsuldan malcəhət alınmazdı. Onlar məaf idilər"[5]. Cavanşir-Dizaq mahalı 1840-cı ildə ləğv edildi. Yeni yaranan Şuşa qəzasının Vərəndə sahəsinə bağlandı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Qarabağnamələr, 1-ci kitab, Bakı, "Yazıçı", 1989, səh.110
- ↑ Описание Карабахской провинции, составленное в 1823 году по распоряжению главноуправляющего в Грузии Ермолова действительным статским советником Могилевским и полковником Ермоловым. Tiflis, 1866 il.
- ↑ ARDTA, fond 130, iş 1, saxlama vahidi 22, səh.118 b.
- ↑ ARDTA, fond 24, iş 1, saxlama vahidi 334.
- ↑ Qarabağnamələr, 1-ci kitab, Bakı, "Yazıçı", 1989, səh.144
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu. Hacılılar. "Soy" dərgisinin özəl nəşri, 2004, səh. 18
- Ənvər Çingizoğlu. Cavanşir-Dizaq mahalı. Bakı: Mütərcim, 2012, −216 səh.