Heydərzadə evi
Heydərzadə evi | |
---|---|
Ölkə | İran |
Status | Ölkə əhəmiyyətli |
Şəhər | Təbriz |
Yerləşir | Sahibabad meydanı |
Sifarişçi | Hacı Həbib Lak |
Tikilmə tarixi | XIX əsr |
Vikianbarda əlaqəli mediafayllar |
Heydərzadə evi - Təbriz şəhərinin Maqsudiyyə məhəlləsində və Təbriz Bələdiyyə Binasının cənub hissəsində yerləşən tarixi saray.[1]
Haqqında
[redaktə | mənbəni redaktə et]Bu evin dəqiq olaraq nə vaxt tikilməsi hələ də bilinmir. Lakin, aparılan araşdırmalara görə evin təxminən, 1870-ci illərdə Hacı Həbib Lak tərəfindən tikdirildiyi güman edilir. Ev daxili və xarici olmaqla iki həyətə ayrılır.
Zirzəmidə hovuzxanə deyilən (daxilində hovuz, hovuzun mərkəzində isə kiçik fəvvarə olan geniş otaq) otaq yerləşir və bu otaq müxtəlif rəngli ornamentlərlə bəzədilmiş kərpiç və tağlardan tikilmişdir. Evin bütün otaqları salon vasitəsilə bir-birinə bağlanır. Ev taxtadan düzədilmiş pəncərələrlə, müxtəlif rəngli şüşələrlə, müxtəlif kərpic işləmələrlə və rəsmlərlə bəzədilmişdir. Evin ən gözəl otağı isə əsas otaq hesab edilən və Şah Neşin adlanan otaqdır.[1]
Hal-hazırda
[redaktə | mənbəni redaktə et]Ev 1999-cu ildə 2524 saylı nömrə ilə İranın Milli Abidələri siyahısına salınmışdır.[1]
2001-ci ildə Heydərzadə evi əsaslı şəkildə restavrasiya edilmişdir və hal-hazırda Şərqi Azərbaycan ostanının Turizm İnformasiya Mərkəzinin binası kimi də xidmət göstərir.[1]
Yerləşməsi
[redaktə | mənbəni redaktə et]Heydərzadə evi Təbriz şəhərinin Maqsudiyyə məhəlləsinində, Təbriz Bələdiyyə Binasının və ya Saat qülləsinin cənub hissəsində yerləşir. Hal-hazırda evin ətrafı özü kimi xüsusi zövqlə tikilmiş evlərlə əhatələnmişdir. Bunlara Salmasi evini, Bəhnam evini, Gəncəvizadə evini, Qadaki evini misal göstərmək olar.