Təbriz Peşə Muzeyi
Təbriz Peşə Muzeyi | |
---|---|
Açılış tarixi | 11 may 2017 |
Təsisçi | Rza Sarabi Əqdəm |
Mövzu | Qədim peşələr |
Ölkə | |
Yerləşir | Şərqi Azərbaycan Təbriz |
Ünvan | Təbriz |
Vikianbarda əlaqəli mediafayllar |
Təbriz Peşə Muzeyi — 2017-ci ildə təbrizli heykəltaraş, yazıçı və kolleksiyaçı Rza Sarabi Əqdəmin təşəbbüsü ilə fəaliyyətə başlayan və Azərbaycanın tarixi peşələrini özündə əks etdirən muzey. Üç illik fəaliyyətindən sonra 18 may 2020-ci ildə Beynəlxalq Muzeylər Günündə bağlanması insanların etirazına səbəb olub.[1][2]
Haqqında
[redaktə | mənbəni redaktə et]Təbriz Peşə Muzeyi təbrizli heykəltaraş, yazıçı və tədqiqatçı alim Rza Sarabi Əqdəmin öz cəhdi ilə təsis edilib. Muzeyin açılışı 2017-ci ilin 11 may tarixində baş tutub. Muzeydə Azərbaycanın tarixi peşələrini özündə əks etdirən eksponatlar yer alıb. Bundan başqa eksponatlar arasında Tomas Edisonun əl işığı lampası, Yaxın Şərqdə bərabəri olmayan fənər kolleksiyası, Teymurilər dövrünə aid Quran kitabı, Türkmənçay müqaviləsindən sonra Qacar və çar sərhədlərinin xəritəsi, Nasist dövrünə aid Almaniya səfirliyindən alınan əşyalar və müxtəlif tarixi dövrlərin silahları kimi əsərlər mövcuddur.[3]
Muzeyin bağlanması
[redaktə | mənbəni redaktə et]3 il ərzində muzey tamamilə pulsuz fəaliyyət göstərib. Bundan başqa bu illər ərzində dövlət və rəsmilər tərəfindən də muzeyin fəaliyyətinə dəstək verilməyib. Muzeyin təsisçisi Rza Sarabi Əqdəm qeyd edib ki bu illər ərzində rəsmilərdən yalnız boş vədlər və quru təşviq görüb. Bir neçə xarici ölkədən və İranın bəzi böyük şəhərlərindən kolleksiyalarını satmaq üçün təkliflər aldığına baxmayaraq kolleksioner bu təklifləri qəbul etməyib. Heç bir dövlət orqanlarından yardım almadan öz şəxsi pulu ilə köhnə əşyalar və xüsusi ilə kameraları toplayan təbrizli kolleksioner 3 ildən sonra Təbriz bələdiyyəsinin kameraları satın almaqda sözünü tutmadığı üçün Peşə Muzeyindən eksponatları toplamaq məcburiyyətində qalıb. Muzey 18 may 2020-ci ildə Beynəlxalq Muzeylər Günündə bağlanıb. Bu hadisə isə insanların etirazlarına səbəb olub.[1]
Şəkillər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Hamid Məlikoğlu. "Təbrizin Peşə Muzeyi Dünya Muzey Günündə bağlandı". amerikaninsesi.org. 18 may 2020. 20 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Bağlanan "Təbriz Peşə Muzeyi"nin əşyaları zibil maşını ilə daşındı". gunaz.tv. 20 may 2020. 20 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ Hamid Məlikoğlu. "Təbrizli kolleksioner: Bu gedişatla mühacirət etməyi düşünürəm". amerikaninsesi.org. 12 sentyabr 2019. 20 may 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.