Gesner dağlaləsi
Gesner dağlaləsi (lat. Tulipa gesneriana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu. "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU C2a(ii). Nadir növdür.
Gesner dağlaləsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Gesner dağlaləsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik ot bitkisidir. Soğanağı yumurtaşəkilli, uzunsov, qonur rəngli qınla örtülüdür. Gövdə və çiçək saplağı qısadır. Yarpaqları 3 ədəd, enli neştərşəkilli, yaşılımtıl-göydür. Çiçəkyanlığı parlaq qırmızı, qaidəsində sarı ləkələr var; ləkələr sarı və ya qırmızı ləkəli sarıdır. Ləçəklər uzunsov-yumurtaşəkilli küt və təpə hissəsi örtüklüdür.
Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Aşağı və orta dağ qurşaqlarında, dağ bozqırlarında, otlu yamaclarda, daşlı-çınqıllı, qayalı yerlərdə yayılmışdır. Mezoksеrofitdir.
Yayılması
redaktəNaxçıvanın dağlıq rayonları (Ordubad rayonu, Nus-nus kəndi ərazisi).
Sayı və tеndеnsiyası
redaktəTəbii ehtiyatı azdır. Əhali tərəfindən intensiv toplanması gələcəkdə azalma təhlükəsini ehtimal etməyə əsas verir.
Məhdudlaşdırıcı amillər
redaktəAntropogеn, ekoloji və zoogen amillər.
Mühafizə tədbirləri
redaktəMühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması vacibdir.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 306.