Ali bitkilər

bitki kladı
(Embryophytes səhifəsindən yönləndirilmişdir)

Ali bitkilər (lat. Embryophytes) — bitkilər aləminin streptofitlər kladına aid bitki kladı.

Ali bitkilər
Elmi təsnifat
Aləm:
Klad:
Ali bitkilər
Beynəlxalq elmi adı

Təsnifatı

redaktə

Hazırda ali bitkilərin 300 min növü məlumdur. Xəzərdə onların 5 növü qeyd edilmişdir. Bunların hamısı çiçəkli bitkilərə aiddir: dənizotu (Zostera nolti), daraqşəkilli suçiçəyi (Potamogeton pectinatus), 2 növ ruppiya (Ruppia spiralis, R.maritima), najas (Najas marina). Dənizotu qum və qumbalıqqulağı torpaqlarda inkişaf edir. Suçiçəyinə dənizin sahil zonasında, nayas bitkisinə isə körfəzlərdə rast gəlinir. Ruppiyaların hər iki növü körfəzlərdə yaşayır. Ali bitkilərlə həm balıqlar, həm də su quşları gidalanır. Bir çox balıqlar (çəki, çapaq, külmə) öz kürülərini onların üzərinə tökürlər.

Ali bitkilərin inkişaf fazası

redaktə

Ali bitkilərdə toxumalara və vegetativ orqanlara (kök, gövdə, yarpaq) diferensiasiya, həmçinin inlişaf tsiklində nəslin növbələşməsi xasdır. Bitki bir-birini əvəz edən iki inkişaf fazasından (qametofit və sporofit) ibarətdir.

Qametofit

redaktə

Qametofit- cinsi nəsildir. Üzərində cinsi orqanlar (anteridi və arxeqoni) əmələ gəlir. Bunların cinsi orqanları çoxhüceyrəlidir.

Anteridi

redaktə

Anteridi - xarici divarı bir və ya bir neçə qatdan ibarət dölsüz hüceyrələrlə örtülən ovalşəkilli və ya dairəvi cisimlərdir. Anteridilərdən spermagen hüceyrələr, onlardan da erkək qametlər - hərəkətli spermatozoidlər - inkişaf edir. Onlar ancaq suda hərəkət edir.

Arxeqoni

redaktə

Arxeqoni - aşağısı genişlənmiş qarıncıqdan, yuxarısı isə ensiz boyuncuqdan ibarət olan kolbavari cisimdir. Arxeqonini qurumadan qoruyan dölsüz hüceyrələr onu xaricdən əhatə edir. Qarıncıq hissəsində hərəkətsiz dişi qamet - yumurta - hüceyrə - yerləşir. Yumurta - hüceyrədən yuxarıda boğaz kanal hüceyrəsi yerləşir. Yumurta - hüceyrə yetişdikdə kanal hüceyrələri seliklə örtülür və arxeqoni təpə tərəfdən açılır. Spermatozoid selik maddələri ilə arxeqoninin qarıncığına keçir və orada yumurta-hüceyrə ilə qovuşur; mayalanma baş verir. Örtülütoxumlu və bəzi çılpaqtoxumlu bitkilər istisna olmaqla, digər ali bitkilərdə arxeqonilər vardır.

Sporofit

redaktə

Sporofit - üzərində qeyri-cinsi çoxalma orqanları (sporangillər) formalaşan qeyri-cinsi nəsildir. Sporangilərdə sporlar əmələ gəlir. Sporofit diploiddir. Ali bitkilərin reduksion bölünməsi sporların sporangilərdə əmələ gəlməsi zaman baş verir. Spor haploiddir, ondan qametofit inkişaf edir. Qametofit də haploiddir. Mayalanma zamanı haploid diploid vəziyyətinə keçir. Ziqot diploiddir, ondan sporofit inkişaf edir. Ali bitkilərin yaşıl yosunlardan əmələ gəldiyi ehtimal edilir. Bunu aşağıdakı müddəalar sübut edir:

  1. Bitki aləminin geoloji tarixində ali bitkilər erasından əvvəl yosunllar erası olmuşdur;
  2. Nəsli kəsilmiş qədim ali bitkilərin (psilofitlərin və ya riniofitlərin) yosunlarla (budaqlanmaya görə) oxşarlığı vardır;
  3. Ali bitkilərdə və yosunların çoxunda olan nəsil novbələşməsindəki oxşarlıq;
  4. Ali bitkilərin çoxunda erkək cinsi hüceyrələr sərbəst hərəkətlidir və onların qamçıları vardır;
  5. Xloroplastların quruluşunda və funksiyalarında oxşarlıq.

Ali bitkilərin quruya çıxması ilə xüsusi su təminatına, cinsiyyət orqanlarının qurumaqdan müdafiəsinə uyğunlaşmalar, cinsi prosesin həyata keçməsi üçün - çoxhüceyrəli cinsiyyət orqanları, sporofitin morfoloji diferensiyası və çoxhüceyrəli spor qutucugu və ya sporangi, toxumaların mexaniki və ötürücü sistemləri, dəricik, ağızcıqlar və s. kimi xüsusi uyğnnlaşmalar yaranmışdır.

 
Most bryophytes, such as these mosses, produce stalked sporophytes from which their spores are released.

Ali bitkilərin qrupları

redaktə

Adətən, ali bitkiləri 4 əsas qrupa - mamırkimilərə, qıjıkimilərə, çılpaqtoxumlulara və örtülütoxumlulara bölürlər. Lakin hal-hazırda onları 9 şöbəyə - rinofitlər, zoosterofillofitlər, mamırkimilər, plaunkimilər, psilotkimilər, qatırquyruğukimilər, qıjılar, çılpaq- və örtülütoxumlu bitkilərə bölürlər. Birinci iki şöbə nəsli kəsilmiş bitkilərin qazıntı halında olan formalaridir.

Ədəbiyyat

redaktə
  • Gray, J.; Chaloner, W.G. & Westoll, T.S. (1985), "The Microfossil Record of Early Land Plants: Advances in Understanding of Early Terrestrialization, 1970-1984 [and Discussion]", Philosophical Transactions of the Royal Society B: Biological Sciences, 309 (1138): 167–195, Bibcode:1985RSPTB.309..167G, doi:10.1098/rstb.1985.0077
  • Rubinstein, C.V.; Gerrienne, P.; De La Puente, G.S.; Astini, R.A. & Steemans, P. (2010), "Early Middle Ordovician evidence for land plants in Argentina (eastern Gondwana)", New Phytologist, 188 (2): 365–9, doi:10.1111/j.1469-8137.2010.03433.x, PMID 20731783

İstinadlar

redaktə

Həmçinin bax

redaktə