Dararadaaam:D Mən gəldim, həm də nələrlə:D Niyəsə bu aralar Oriflame-ə yaman çox ilişmişəm. Bakıda demək olar ki, Oriflame-i tanımayan qadın yoxdu. Burda da ondan qaca bilmədim:D Gedib gəlib kataloqunu vərəqləyirəm. 1 ildən çoxdu ki, istifadə etmirdim, amma artan məhsul çeşidi çox xoşuma gəlir. Elə isə noyabrdan bu yana 12 və 13-cü kataloqlardan etdiyim 3-4 məhsul haqqında danışım, ilk svoçlarımı yerləşdirim:D
Ayaq kremi quru və təmiz ikən ayaqlara çəkiləndə nanə iyi ətrafı bürüyə-bürüyə yandırır ayaqları, qoxu yaranmasını ləngidir. Xoşuma gəldi bu xüsusiyyəti. Süngərlər isə adi süngərdi, heç nədən fərqi yoxdu:D
Solda gördüyünüz əcayib Oriflame tonal krem süngərlərinin yanında çəhrayı rəngli Oriflame Very Me metallik qələm kölgə, 50ml-lik Oriflame tərləmə əleyhdarı ayaq kremi, yanında 3 dənə pomada (Silky Kiss Beige Charmeuse, Power Shine Festive Golden Clover və Golden Pink) və Oriflame Very Me Double Trouble Night Glow göz qələmi)
Solda gördüyünüz əcayib Oriflame tonal krem süngərlərinin yanında çəhrayı rəngli Oriflame Very Me metallik qələm kölgə, 50ml-lik Oriflame tərləmə əleyhdarı ayaq kremi, yanında 3 dənə pomada (Silky Kiss Beige Charmeuse, Power Shine Festive Golden Clover və Golden Pink) və Oriflame Very Me Double Trouble Night Glow göz qələmi)
Başlayaq, qələmlərdən. Gördüyünüz çəhrayı qələm göz kölgəsidi (?). Düzü, ilk dəfədi göz kölgəsini fırçasız, rahatlıqla dağıdıb eləmədən gözümə sürtürdüm:D nətər deyərlər, tənbəlin malıdı. Adi göz qələmi kimi çək çıx. Bunun mavi metallik olanı da var. Bu bitsin, ondan da alacam:D 13-cü kataloqda 8.90TL idi, qiyməti də uyğundu. Gələk, iki uclu qələmə. Çəkilməsi rahatdı, fərqli və ziddiyyətli baxış yaratmaq istəyənlər üçün əladı. Qiyməti 8.90 TL-di 13-cü kataloqda. Bu da svoçları (bilirəm, əyriş-üyrüşdü O_o):
Gələk, bir pomada manyakı olan mənim Oriflame seçimlərimə. Mən öldüm bu Power Shine Festive pomadalarından ötrü. Bu qədər rahat çəkilən, xoş qoxu və rəng verən pomada istifadə etməmişdim. Kefim əhvalım pozulanda çəkirəm ondan, vəssəlam:D Yemiş qoxusu çox xoşuma gəlir, rənglərini yaxşı verir və qızılı hissəcikləri var:D sanki, dodaq parıldadıcısıdı. Məndəkilər qızılı gavalı və qızılı çəhrayıdı. Bunların Power Shine adlı gümüşü hissəcikləri olan pomadaları da var, alıb baxmaq lazımdı. Amma heyif ki, ölçüləri balacadı, 1 aya qalmaz bitər məndə:( Mən aldıqlarımın qiyməti isə 13-cü kataloqda 8.90TL. Silky Kiss pomadası isə elə də xoşuma gəlmədi. Düzü, məndə yaxşı qalmır, otaqdakı qızların isə ürəyi gedir o pomadadan ötrü. Deməli, dodaqdan dodağa dəyişir görünüşü. Rəngi yaxşı verir, amma deyəsən, bu rəng mənə yaraşmır:D Qiyməti 13-cü kataloqda 13.90TL. Şəkillərdə soldan sağa Silky Kiss, Power Shine Festive Golden Pink, Power Shine Festive Golden Plum, pomadaları və svoçlarıdı.
Diqqət! Bu göstərdiyim məhsullar Oriflame Türkiyə kataloqlarından alınmışdır. Buradan baxa bilərsiniz. Azərbaycan Oriflame kataloquna da internet səhifəsindən baxa bilərsiniz. Xoş bazarlıq diləyirəm;)