55°30′00″ şm. e. 11°45′55″ ş. u.HGYO

Zelandiya (ada)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zeland adası
dan. Sjælland
Ümumi məlumatlar
Sahəsi 7031 km²
Uzunluğu
  • 132 km
Eni 116 km
Hündür nöqtəsi 126 m
Əhalisi 2.147.281 nəfər (2009-cu il)
Yerləşməsi
55°30′00″ şm. e. 11°45′55″ ş. u.HGYO
Ölkə  Danimarka
Akvatoriya
Zeland adası xəritədə
Zeland adası
Zeland adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zelandiya (dan. Sjælland [ˈɕɛˌlænˀ]) — Baltik dənizinin ən iri, Danimarkanın isə QrenlandiyaDisko adalarından sonra üçüncü iri adasıdır.

Ada Kattegat ilə Baltik dənizi arasında yerləşir. İsveçdən Öresund boğazı, Fyun adasından isə Böyük Belt boğazı ilə ayrılır. Onun sahəsi isə 7031 km² təşkiledir.

Sahilləri alçaq və parçalıdır. Sahillərində çoxlu sayda körfəzlər vardır: Sayere-Buqt, Ays-Ford. Ada əhəng daşıgil kimi suxurlardan ibarətdir. Ən hündür nöqtəsi 126 metrdir. Şimal-qərb hissəsi dəniz səviyyəsindən aşağı yerləşir.

Adada çoxlu sayda göl vardır. Onlardan ən irisi Arresö gölüdür. Ən uzun çayı Suso 82 km məsafəyə malikdir. Hələ XX əsrin əvvəllərində ada bütünlüklə fıstıqpalıd meşələrlə örtülü olmuşdur, lakin müasir dövürdə onların sahəsi xeyli azalıb. Zelandiyanın şərqində və yanaşı yerləşən Amager adasında Danimarkanın paytaxtı Kopenhagen şəhəri yerləşir.

Kanalları: Dannesşelod, Esrom, Frederiksverk.

Adanın adı danımark dilindən tərçümədə Sæl (Suiti) və land (torpaq) mənasını verir, çünki əvvəl adanın sahilləri suitilərlə zəngin olmuşdur. Müasir dan. Sjællanddəniz torpağı (sjo — dəniz mənasını verir). Adanın adının müasir yazılışı Sjæl (qəlb) sözü ilə uyğun gəlir, beləcə Zelandiyanı qəlb torpağı adlandırmaq olar.