Zəncirli körpü
Zəncirli körpü | |
---|---|
mac. Széchenyi lánchíd | |
| |
47°29′56″ şm. e. 19°02′37″ ş. u.HGYO | |
Keçid | avtomobillər, piyadalar |
Yeri | Budapeşt |
Üslubu | asma körpü |
Material | daş[d], dəmir |
Uzunluğu | 380 metr |
Eni | 14,8 metr |
Memar | İngilis mühəndis Villiam Tierney Klark |
Açılışı | 20 noyabr 1849 |
Vikianbarda əlaqəli mediafayllar |
Zəncirli körpü və ya Seçeni körpüsü[1] Budapeştinin iki tarixi hissəsini — Buda və Peşti birləşdirən Dunay çayı üzərindəki asma körpüdür. 1849-cu ildə açılmış və Dunay çayı üzərində ilk daimi körpü olmuşdur. Körpü Macarıstanının iqtisadi və sosial həyatında mühüm rol oynadı və Buda və Peştin vahid Budapeşt şəhərində birləşməsi üçün stimullardan birinə çevrildi.
Ad
[redaktə | mənbəni redaktə et]Körpü, tikintisinin təşəbbüskarı və təşkilatçısı olan macar siyasətçisi Qraf İştvan Seçeninin adını daşıyır.
Yer
[redaktə | mənbəni redaktə et]Körpü İştvan Seçeni Meydanı və Adam Klark Meydanını birləşdirir. Körpünün sol sahilində Qreşem sarayı və Macarıstan Elmlər Akademiyası, sağda isə Sıfır Kilometr Daşı (Budapeşt) və Buda qalasına aparan Budapeşt Hill Qala funikulyoru nun aşağı stansiyası var. Yuxarı axınında Marqaret körpüsü, aşağı axınında Erzsebet körpüsü yerləşir.
Tarix
[redaktə | mənbəni redaktə et]Körpü qraf Szeçeninin təşəbbüsü ilə 1839-cu ildə ingilis mühəndisi Villiam Tierney Klark tərəfindən layihələndirilib. Tikintiyə şotland mühəndis Adam Klark nəzarət edirdi. (V. Klark ilə qohumluq əlaqəsi yoxdur). 1849-cu ildə müstəqillik uğrunda gedən müharibə zamanı avstriyalı əsgərlər körpünü partlatmağa çalışsalar da, Klark zəncir kameralarını su ilə dolduraraq onu xilas etmişdir. Körpü 1849-cu ildə istifadəyə verilib və Macarıstanın paytaxtında ilk daimi körpü olub. O zamanlar dünyanın ən böyük körpülərindən biri kimi tarixə düşüb. Körpüyə girişlərin hər birinə heykəltəraş Yanos Marşalko(Marschalkó János) tərəfindən, 1852-ci ildə şir cütlükləri əlavə edilmişdir. Körpü 1899-cu ildən indiki adını daşıyır. Körpünün polad konstruksiyası 1914-cü ildə tamamilə yenidən qurulmuş və mökəmləndirilmişdir. İkinci Dünya müharibəsi zamanı, körpü geri çəkilən alman qoşunları tərəfindən partladılır. 1949-cu ildə nəqliyyatın hərəkəti üçün istifadəyə verilib. Körpü üzərindəki aksesuarlar çuqundan hazırlanmışdır.
Körpü ilə bağlı lətifələrdən birində deyilir ki, heykəltəraş Yanos Marşalko körpünü üzərindəki şirlər üçün dil düzəltməyi unudub. Bu barədə şəhər əhalisi arasında söz-söhbət yayılanda, guya heykəltəraş utandığı üçün özünü Dunay çayına ataraq canına qəsd edib. Əslində isə , aslanların dilləri var, lakin onlar aşağıdan görünmür, çünki şirlər üç metr hündürlükdə quraşdırılıb. Heykəltəraş Yanos Marşalko 1890-cı illə qədər yaşamışdır. 2001-ci ildə macar pilot Peter Besenyei(Péter Besenyei) qəzaya uğramış təyyarəni körpünün altından uçurur. Bu fənd Red Bull aviasiya yarışları üçün standart götürülür.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Körpünün təməlinin qoyulması - rəssam Miklos Barabaş, 1864
-
1946-cı il, körpünün görünüşü
-
Girişin qarşısında aslanlar
-
Körpü dayaqlarından birinin, gecə görünüşü
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Будапешт Arxivləşdirilib 2023-04-22 at the Wayback Machine / А. В. Дрыночкин, В. М. Паппе // Большой Кавказ — Великий канал. — М. : Большая российская энциклопедия, 2006. — С. 290—293. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 4). — ISBN 5-85270-333-8.